Ağıllı körpə üçün 7 məsləhət

  • Qadın
Alimlər müəyyən ediblər ki, uşaqların ağıllı və istedadlı olmalarının 50%-i genetik faktorlarla əlaqəlidirsə, digər yarı faizi kənar faktorlardan asılıdır.

1. Hamilə olarkən çoxlu nağıllar danışın
Körpənin dil inkişafı hamiləliyin son 3 ayında başlayır. O, həmin dövrdə səsləri eşidir və yaddaşına yazır. Bu səbəbdən çoxlu nağıllar oxuyun.

2. Aktiv olun
Daim hərəkətdə olmaq körpənizin də ana bətnində özünü yaxşı hiss etməsinə səbəb olur. Belə hamilələrin körpələrinin beynində neyronların sayı artır ki, bu da onların gələcəkdə öyrənmək bacarığını inkişaf etdirir.

3. Daha çox günəş enerjisi qəbul edin
Gündə 20 dəqiqə də olsa, Günəş enerjisi qəbul etməlisiniz. Adətən, hamilələrdə çatışmayan vitaminlərdən biri də D vitaminidir. Bu vitamin körpələrin ürəyinin və sümüklərinin güclü olması üçün lazımdır.

4. Qarnınıza masaj edin
20-ci həftədən etibarən körpəniz qarnınıza toxunuşunuzu hiss edir. Araşdırmalara görə, körpələr hətta ana və atanın toxunuşunu ayırd edə bilir. Bu səbəbdən tez-tez badam yağı ilə qarnınızı masaj edin.

5. Körpənizlə danışın
Körpələr 16-cı həftədən etibarən eşitməyə başlayırlar. 27-ci həftədən sonra isə eşitdiklərini yaddaşlarına yazırlar. Üstəlik, buna reaksiya da verir. İkidilli ailələrdə körpənin hər iki dilə reaksiya göstərməsi buna ən yaxşı sübutdur.

6. Qida rasinonuzu rəngarəng edin
Əgər gələcəkdə körpənizin daha rəngarəng damaq dadının olmasını istəyirsinizsə, fərqli qidalar qəbul edin. Körpənin ləzzət hissi 12-ci həftəsindən etibarən inkişaf edir.

7. Mahnı ifa edin
Ritmik mahnılarla körpənizi əyləndirə bilərsiniz. Xüsusilə, qafiyəli uşaq mahnıları ifa edin. Həmin mahnıları körpəniz dünyaya gəldikdən sonra da eşidərsə, sakitləşəcəkdir.
 

0 şərh