Mastopatiya

  • Qadın
Ginekoloqların fikrincə dünyada hər iki qadından birində bu xəstəliyin ən azı ilkin əlamətləri var. Bunun adı – mastopatiyadır. Bəlkə də, siz təəccüblənib, bu statistikaya fikir vermək istəmirsiz, bu zaman aşağıdakı halların sizdə olub olmamasını qeyd edin:
— menstruasiya öncəsi döşdə ağrılar, həcminin böyüməsi, yüngül şişkinlik. Əgər bu hallar olubsa, siz artıq risk qrupundasınız. Sizə məsləhətimiz odur ki, ən qısa zamanda həkimə müayinəyə gedin.

Hər bir qadın, mastopatiyanın müalicəsini və profilaktik tədbirlərini bilməlidir. Həmçinin bu xəstəlik digər ciddi xəstəliklərin (onkoloji xəstəliklər də ola bilər) yaranmasının fonu ola bilər.

Süd vəzinin digər xəstəliklərinə nisbətdə mastopatiya qorxulu xəstəlik deyil. Vaxtında həkimə müraciət edildiyi halda, çox uğurla müalicə olunur. Buna görə də, ginekoloq müayinəsindən keçməyi təxirə salmayın. Adətən mastopatiyanın əlamətləri dövrü xarakter daşıyır- menstruasiyaya 10 gün qalmış. Buna görə də, qadınlar bu əlaməti çox vaxt dövrü ağrılar kimi qəbul edib ciddiyə almırlar.

Mastopatiyanı necə müəyyən etmək olar?
Mastopatiya – süd vəzinin xoşxassəli xəstəliyidir. Adətən süd vəzində ağrılar, formasının dəyişməsi ilə müşaiyət olunur. Mastopatiya süd vəzinin ən geniş yayılmış xəstəliyidir. Statistikaya görə, bu xəstəlik reproduktiv yaş dövründə olan qadınların 60-90% də olur.

Mastopatiyanın ən əsas əlamətləri:
süd vəzində ağrılar, döşə toxunduqda, ağrı hissi;
süd vəzinin həcminin böyüməsi;
döşün şişməsi.

Əgər siz də, özünüzdə bu xəstəliyin olmasından şübhələnirsinizsə, həkim müayinəsindən keçin. Ən azı məsləhət alın.

Aşağıdakı bəndlər sizə uyğundursa, siz artıq risk qrupundasınız:
sizin ana tərəfdən qohumlarınızın süd vəzilərində xoşxassəli və ya bədxassəli şişlər olub;
sizdə endokrinoloji xəstəliklər var;
tez-tez stress keçirirsiniz;
artıq çəkiniz var;
yaşınız 40-dan artıqdır;
sizdə abort və ya hamiləliyin yarıda kəsilməsi halları olmuşdur;
siz 30 yaşa qədər doğmamısınız;
siz doğuşdan sonra uşağı əmizdirməmisiniz, və ya qısa dövrdə, ya da iki ilə yaxın dövrdə əmizdirmisiniz;

Narahat olmayın, bu müalicə olunur!
Həkim sizi vizual müayinə edərək, süd vəzilərinin ultrasəs müayinəsindən keçirəcək. Həmçinin endokrinoloji müayinə və mədə bağırsaq traktının müayinəsi də mümkündür. Əgər “mastopatiya” diaqnozu təsdiq olunsa, həkim müalicə təyin edəcək. Sizi qorxuda bilən ən pis hal isə, cərrahi müdaxilə və ya hormonoterapiya ola bilər. Lakin xəstəliyin ilkin mərhələlərində, müalicə metodları sadə və çoxsaylıdır:

Xüsusi dieta
Kofe, çay, şokoladın məhdudlaşdırılması və ya tam imtinası. Bu ağrıların xeyli azalmasına imkan verir.

Vitaminoterapiya
Vitaminlər qəbul edilmiş dərmanların, təsir güclərini artırır, yan təsirlərini azaldır, sinir sistemini normallaşdırır, immun sistemi möhkəmləndirir.

Dr. Sevinc Əkbərova

0 şərh