Mensturasiya sancılarını yüngülləşdirən çaylar

  • Qadın
Mensturasiya sancıları bəziləri tərəfindən normal şiddətdə olan adi ağrı olsa da, bəziləri tərəfindən çox şiddətli və dözülməz ağrı kimi izah edilir. Bu period insandan insana görə dəyişkənlik göstərir. Bəs hansı bitkilər bu ağrıya yaxşı təsir edir? 

Zəncəfil çayı: aparılan araşdırmalara görə zəncəfilin ağrı kəsici xüsusiyyəti var. Digər araşdırmalar isə zəncəfil çayının mensturasiya ağrılarına yaxşı təsir göstərdiyini açıqlamışdır. Bu periodda zəncəfil çayını gündə maksimum 3 stəkan içməyiniz ürək bulantılarına və ağrıya təsir edir.

Çobanyastığı çayı: çobanyastığı çayının tərkibində antispazmik olduğu üçün o da zəncəfil çayı kimi ağrıların qarşısını alır. Gündəlik ən çox 3 stəkan çobanyastığı çayı içilə bilər.

Nanə çayı: Nanə çayı baş ağrısı üçün bitki tərkibli çaylar sinfində yer alan və eyni zamanda sakitləşdirici, ishal əngəlliyici xüsusiyyətə sahibdir. Saydığımız bu 3 problem adətən mensturasiya periodunda sıxlıqla yaşanır. Gündə ən çox 3 stəkan nanə çayı içə bilərsiniz.

0 şərh