Hamiləlik zamanı qadında baş verən dəyişikliklər

  • Qadın
— Hamiləlik zamanı qadının immun sistemi zəifləyir. Bu hamiləliyin saxlanması və normal inkişafı üçün olduqca vacibdir.

İmmun sistemimizin əsas vəzifəsi orqanizmə düşən yad hüceyrələri tapıb zərərsizləşdirməkdir. Yeni həyatın əmələ gəlməsində həm ananın, həm də atanın hüceyrələri iştirak edir. Atanın hüceyrəsi ana orqanizmi üçün yaddır və ananın immun sistemi onu potensial təhlükə kimi qəbul edə bilər. Bu səbəbdən körpəni müdafiə etmək üçün ananın orqanizmi öz immun sistemini qismən zəiflədir.

Məhz buna görə hamiləlik zamanı qadınlar infeksion və soyuqdəymə xəstəliklərinə daha tez tutulur, qadınların əksər hissəsində göbələk infeksiyası oyanır, xroniki xəstəliklər kəskinləşir və s. Bu hamiləlik zamanı immun sisteminin zəifləməsi ilə bağlıdır.

— Hamiləliyin erkən pozulmasının (hamiləliyin lap əvvəlində) səbəbi bir çox hallarda (bəzi məlumatlara gözrə 70% hallarda) döldə olan hər hansı genetik patologiya ilə bağlı olur.

— Hamiləlik zamanı qadınlar iyləri və dadları daha yaxşı hiss etməyə başlayır. Bu müdafiə mexanizmidir. Bunun əsas məqsədi ananın orqanizmini keyfiyyətsiz, xarab, ziyanlı maddələrdən qorumaqdır ki, zəhərlənmə baş verməsin.

Maraqlıdır ki, hamilə qadınların rənglərə qarşı olan həssalığı da artır. Belə ki, çox parlaq rənglər (parlaq qırmızı, narıncı) qadında başgicəllənməsi tutmasına və hətta qusmaya səbəb ola bilər.

— Hamiləlik zamanı qadınların bir çox hissəsində tez-tez burun tutulur. Bu hamiləlik zamanı selikli qişalarda olan dəyişikliklərlə bağlıdır. Bu halda həkimlər qadınlara dəniz suyu əsasında burun spreylərdən və ya damcılardan istifadə etmək tövsiyə edir. Zökəmə qarşı xüsusi vasitələrdən istifadə etmək (xüsusilə hamiləliyin əvvəlində) tövsiyə edilmir.

— Hamiləlik zamanı qadının təfəkküründə də müəyyən dəyişikliklər baş verir. Belə ki, riyazi funksiyalar, yaddaş ciddi zəifləyir. Bu da hamilə qadının orqanizmində gedən proseslərlə bağlıdır və doğuşdan sonra vəziyyət tez bir zamanda düzələcək.

— Doğuş zamanı qadın 250-400 qr qan itirir. Bu qadının orqanizmi üçün təhlükəli deyil. Məsələ burasındadır ki, hamiləlik dövründə qadının orqanizmi ehtiyat qan yığır.

— Hamiləlik zamanı qadının xasiyyətində bəzi dəyişikliklər baş verir. Bunun səbəbi hormonal dəyişikliklərdir. Hamilə qadın daha həssas, daha küsəyən, narahat olur, tez özündən çıxır, səbəbsiz (ətrafdakıların fikirinə görə) ağlayır və əsəbləşir. Bu təbiidir. Bu səbəbdən hamilə qadına güzəşt etmək, onu qorumaq lazımdır.
 

0 şərh