Kişilər qadını necə anlayar?

Kişilərin bir qadını anlama sirləri;
Sual çox açıq və dəqiq «kişilər hansı qadınlarla evlənir» daha yaxşı sevişənmi, bakirə olanlarlamı, yaxşı ailə qızlarıylamı, iş və karier etmiş olanlarlamı? Saysaq daha çox uzanar. Budur kişilərin evlənmək istədiyi qadın xarakterləri;
1. Özünüzə, nə qədər güvəndiyinizə baxarlar.
Başınızı və bədəninizi dik tutursunuzsa, göz təması qurmanız, əlini möhkəmcə qavrayaraq tutmanız özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilər bu qadınları bəyənərkən, kəşf etmə duyğusuna sahib kişilər utancaq, məsafəli qadınlardan təsirlənə bilər.
2. Sizdən gözəl uşaqları olub — olmayacağına əhəmiyyət verərlər.
Kişilər də bir qadının görünüşünə baxaraq gələcəkdəki uşaqlarının fiziki xüsusiyyətlərinin necə olacağını anlayırlar.
3. Ehtiraslı olmanız əhəmiyyətlidir.
Kişilər yeməklə ehtiras arasında maraqlı bir bağ qurur. Onlara görə yeməkdə iştahlı qadının, yataqda da iştahı açıqdır və fərqli dadları sevən qadın, fərqli təcrübələri də rədd etməz.
4. Azad ruhlu qadınları sevərlər.
Paltarınıza baxaraq dəli ya da klassik biri olub olmadığınızı qiymətləndirərlər. Cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərər. Geyim tərziniz, fiziki xüsusiyyətlərinizə və xarakterinizə uyğun deyilsə dərhal aydın olar.
5. İşinizi dərhal təxmin edərlər.
Ümumi bir araşdırmaya görə qısa və baxımlı saçlar — ümumiyyətlə hüquq, maliyyə, insan qaynaqları kimi sektorlarda işləyən qadınlar tərəfindən seçilir. Qeyri-adi saç görünüşü olan qadınlar da media, reklam ya da xalqla əlaqələr sahələrdə işləyənlərdir. Toplanan ya da at quyruğu edilən saçlar, qətiliklə müəllim ya da həkimlərdir. Yüksək dikdaban ayaqqabı geyən qadınlar, kişilərə görə kariyer sahibi, müvəffəqiyyətli, özündən əmin idarəçilərdir. Əslində işimizlə əlaqədar nə qədər çox özümüzü ələ verirmişik elə deyilmi?
6. Bədən uyğunlaşmasını, qarşılaşdığınızda anlayarlar.
İlk tanış olduğunuzda qarşınızdakının təbii qoxusunu hiss edərsiniz. Bir kişi, qadının bədən qoxusunu hiss etdiyi anda, avtomatik olaraq sonrasına qərar verər.
7. Bədxərc, yoxsa tutumlu olduğunuzu anlayarlar.
Kişilərin markadan anlamadıqları doğru deyil. Paltarlarınıza, görünüşünüzə baxaraq sizin çox xərcləyən biri olub — olmadığınızı tez anlayarlar.
8. Çətin biri olduğunuzu tez anlayarlar.
Birlikdə olarkən seçdiyiniz yer, içki və yemək seçimləri, getdiyiniz yerdəki rəftarlarınız sizin çətin bəyənən, kaprisli biri olduğunuzu göstərə bilər.
9. Optimist olub — olmadığınızı ilk görüşmədə anlayarlar.
Kişilər tanış olma anındakı üz ifadənizdən nə qədər optimists olduğunuzu anlaya bilərlər. Çatık qaşlar, narahatlıq içində dişlənilən dodaqlar, kənarları məhv edilmiş dırnaqlar yaxşı əlamət deyil. Kişilər həyatda, sevinci yüksək qadınlarla birlikdə olmaqdan xoşlanırlar.
10. Özünə inanan qadın xoşlayırlar.
Bir kişi, sizi ilk fikirdəcə yoldaşlarınızla söhbət edən görürsə ona asılı olmayacağınızı anlayır.
11. Şikayəti sevməzlər.
Soruşduğu hər suala şikayət cümləsiylə başlayırsınızsa, başında şübhələr meydana gələr. Kişilər həyatı önlərinə gəldiyi kimi qəbul etməkdən yanadır və qətiliklə şikayət sevməzlər. Sizin hadisələri ələ alışınızdan ömür boyu deyinib — deyinməyəcəyinizi anlaya bilərlər.
12. Təsirləndiyinizi dərhal anlayarlar.
Bir kişi ondan təsirləndiyinizi ilk 20 saniyədə anlyır. Qarşı cins bədən dilini oxuyan biridirsə, həmi an sizin hislərinizi həll edir. Əldə etdiyi nəticəyə görə sizi daha yaxından tanıyır ya da uzaqlaşır.
 

0 şərh