Qadınların istədikləri

  • Qadın
İstəyirəm ki, sən məni nəzakətlə, isti ilə və qayğı ilə örtəsən.
Istəyirəm sabahkı gün haqda əminliklə fikirləşə bilim.
Istəyirəm sən həmişə yanımda olasan.
 
Istəyirəm yalnız sənin fikrinlə yuxuya gedim və yuxudan oyanım.
Istəyirəm ki, sənə hər yerdə və hər zaman lazım olacağıma, məni əmin edəsən.
Istəyirəm sənin gözlərinə baxım və orda öz əksimi görüm.
 
Istəyirəm sənin gülüşünü görüm və bilim ki, həmin gülüş mənə aiddir.
Istəyirəm hər səhər məni yuxudan yalnız sən oyadasan.
Istəyirəm mən olmayanda ərköyün bir uşaq kimi ağlayasan, acı çəkəsən.
 
Istəyirəm sənin musiqin olum: daim dinlədiyin, daim düşündüyün və daim sözlərimi xatırladığın.
Istəyirəm sənin günəşin olum.
Istəyirəm yalnız sənin olum və bilim ki, bir ömürlük səninəm.
 
Istəyirəm sənin bütün duyğularında, bütün arzularında mən var olum, o istəklər yalnız mənimlə bağlı
olsun.
Istəyirəm sənə inanım və heç vaxt heç nə də şübhə etmiyim.
Istəyirəm daim səsini eşidim.
 
Istəyirəm sənə əzab verim, ancaq bu əzab şirin əzab olsun.
Istəyirəm həmişə mənsiz darıxasan, bu hissə görə özüvə yer tapa bilməyəsən.
Istəyirəm yalnız ağlında və ürəyində deyil, eyni zamanda ruhunda olum.
 
Istəyirəm sənin hər şeyin olum.
Istəyirəm biləsən ki, bunlar yetərli deyil.
Istəyirəm məni sevəsən.
 
Səni sevmək istəyirəm
 

0 şərh