Qadın və Beyin

Qadın: İlahi, o gedir, gedir, məni atır (ağlayır)
Beyin: Yaxşı ki gedir...
Qadın: Bunun nəyi xeyirdi? Əclaf əşyalarını yığışdırır...
Beyin: Sızıldama, sevin. Dəyirman kimi əl-qolunu yelləmə, gülümsə...
Qadın: Əclaf! Çamadanı doldurur. Özünə hörmət edən kişi təkcə ayaqqabı və corabını götürər. Bu əclaf maykalarını da götürür... (ağlayır)
Beyin: Gülümsə!
Qadın: Bəlkə, boynuna sarılım? Qarşısında diz çöküm?
Beyin: Axmaq!
Qadın: Bəlkə, başına tava ilə vurum?
Beyin: ?
Qadın: Sonra yedirərəm. Bu yolla sağalana kimi iki ay saxlayaram. Bəlkə, sonra mənə öyrəşər, getməz?
Beyin: Cinayətkarsan. Qüvvələri hesaba almırsan?
Qadın: Belə ağıllısansa, de, nə edim?
qadin beyiniBeyin: Gülümsə....
Qadın: Burada yaxşı nə var? Mən tək qalıram (ağlayır).
Beyin: Gülümsə, azad qadın olursan...
Qadın: Nəyimə lazımdı belə azadlıq?
Beyin: Gülümsə. Azadlıq gözəldir.
Qadın: Nədi gözəlliyi?
Beyin: Braziliya dili öyrənərsən – seriallara tərcüməsiz baxarsan. Bunu nə vaxtdı arzu edirdin.
Qadın: Vaxt olmurdu.
Beyin: Maliyyə işlərini özün tənzimləyərsən.
Qadın: Şuba alaram, bantlı yay ayaqqabısı... (göz yaşlarını silir)
Beyin: Hüquq şöbəsindən olan o oğlanla nahar etməyə gedərsən. Sənə elə baxırdı ki...
Qadın: (gülümsəyir) Aha. Makdonaldsa gedərik. O mənə təklif eləmişdi. Şuba, bantlı ayaqqabı...
Beyin: Heç kimə yemək hazırlamayacaqsan, paltar yumayacaqsan...
Qadın: Manikür, pedikür, maska, massaj (xoşbəxtcəsinə gülür)
Beyin: Bax, bu pozitiv cəhətləri görmürdün.
Qadın: Ax, yaşayacağam!!!! (qalib ədası ilə gülür) Ooooooooooooo!!!!!!
Beyin: Nə?
Qadın: O, çamadanı qucaqlayıb, mənim dizlərimi öpür. Bağışlamağımı istəyir. Qalmaq istəyir.
Beyin: Oy!
Qadın: Bəs azad qadın nə olacaq? (ağlayır) Şuba, bantlı ayaqqabı, hüquq şöbəsindən Vasya nə olacaq?
Beyin: Belə yaxşıdır, belə yaxşıdır

27 şərh

ayxansevda
çox xırda yazmısınız güclə oxudum və katdan istifadə edin
ayxansevda
Allah uzaq elesin belə qadınlardan
Nailə_Qasarayeva

 Bəs görəsən «Kişi və beyin» necə olur?

Əliyev
Bu barədə mən bir məqalə yazaram.
Xrizoberil
maraqlı olardı bilmək ))))
MaksiMuS
Ayxan xanım yazılış forması haqda məlumatlı deyidilm. Bunda sonra daha diqqətli olaram
cahandar
Maksimus,ayxansevda xanım istifadəçi deyil :)))))  Proilinə baxmamısan???
MaksiMuS

Gör necə qəribə haldır ki oz həmcinsinizi belə arzuolunmaz hesab edirsiz  )))

MaksiMuS

Nailə xanım kişilər beyinləri ilə adətən cox gözəl anlaşa və yola gedə bilirlər )))

Qozetta
Hər kişi yox))))
Shabnam_Ilham

Müxtəlif cür fikirlər olsa da, öz istəyinə nail olur axırda… Əsas olan öz istəyinə çata bilməkdi..:)

Xrizoberil
mənim çox xoşuma gəldi, maraqlı dialoq alınıb ))))
cahandar

Məqalə gözəldir.Təşəkkür.Kişi və beyin məncə mütəlif olardı.


1-ci dialoq (qısa yazacam özət :))   )


kişi-o gedir,


beyin-qoy getsin


kişi-axı onu sevirəm onsuz yaşaya bilmərəm


beyin-o da səni sevsəydi inanardı kiminsə sözü ilə səni tərk etməzdi


kişi- yox qoymayacam.(keçir sevdiyinin qarşısına və əngəl olur getməsinə)


 


2-ci növ kişiər


kişi-əşşi qoy getsin,məndən yaxşısını yapacaq?


beyin-burama onun kimi sevənin olmayacaq


kişi-həyatda qadın tək odur?dərdimdən ölənim çoxdur


beyin-ondan bir də olmayacaq


kişi-ürəyi istəyir getsin peşman olub özü qayıdıb yalvaracaq


beyin-daha özün bilərsən


ayrılırlar.daha peşman olub qayıdıb qayıtmamaq qadından asılı olur.Belə kişiyə qayıdan qadınları da qınayıram.

Ferbara
Maraqlı dialoqdu. Görəsən beyinlə insanı necə ayıra bilmisiniz? Axı tək düşünən varsa da, o da beyindi. Bəlkə yarımkürələrin dialoqu desək daha doğru olar. Ya da insanla vicdanın dialoqu.
Unknown
cahandar burdan belə bir nəticəyə gələ bilərikmi qadınlar hardasa beyinlərinin fikri(ağlın dediyi) ilə hardasa razılaşır və dinləyirlər,kişilər isə nə olur olsun tam əksini edir və heç dinləmirlər də
cahandar

Xeyir səhviniz var istər qadın istərsə də kişilər əksəriyyət hamısı demirəm ancaq əksəriyyət ağıl dediyini dinləmir.Ürəyin buyurduğu cür hərəkət edirlər.Sadəcə bəzi qadınlar və kişilər arasında da belələri var,var dövlət,şan şöhrət düşünəndə ağıl dediyi ilə razılaşırlar.Ağıllı insan məncə həm ürəyi həm də beyni ilə ortaq məxrəcə gəlib düzgün mövqe tutmalıdır.Ferbara,siz isə o hissədə yanılırsınız ki burda düşünməkdən getmir söhbət,burda dialoqdur.Əlbəttə ki ağıl və beyin daim dialoqda olurlar məcazi mənada.Düşünən beyin hərəkət isə ürəklə bağlı olur.Beyin sevmir ki,sevən ürəkdir.Nə olsun ki hər şeyin idarəçisi beyindir.Ürək çalışmasa beyin çalışmaz.Odur ki,beyinlə insanı deyil,ürəyi ayırmaq mümkündür.


Ümumiyyətlə bir fikir irəli sürüm bu qətiyyən ferbara ünvanlanmayıb,hər kəsə,oxuculara tövsiyyəm var.burda hamını demirəm əksər istifadəçi oucular mövzunu,məqaləni tamamən oxuyub qavramamış,məğzin,məqsədin nə olduğu mənimsəməmiş şərh yazmağa tələsirlər.Xahiş edirəm kimsənin xətrinə dəyməsin.Bunu bir məsləhət kimi qəbul edin tənqid deyil.Əsasən də yenilər.Yəni müşahidə etmişəm ki,hətta məqaləni oxumamış,şərhlərdən də hardasa söhbətin nədən getdiyini anlayıb şərh yazanlar da var.Bu da mübahisələrə gətirib çıxarır.Yazarın nə məqsədlə yazdığını anlamadan şərh yazanda səhv fikir artıq mübahisəyə çevrilir.Yəni məsləhət edərdim ki diqqətli olasınız.Bütün mövzularda topikdən kənaraçıxmalar var.Üzr istəyirəm çat otaqlarına bənzəyir.Ya da foruma.Öncələr belə deyildi.belə olmasın çox xahiş edirəm.Düşünürəm ki,hər biriniz bu fikirdəsiniz.Uğurlar hər kəsə

Ferbara
Fikrimcə, ürək adi ət parçasıdır. Beyin sevərkən, əsəbləşərkən və s., yaxud insan qaçarkən, ürək prosesə reaksiya verir. Ona görə xüsusi hallarda beyin səbəbkar olduğu halda, özünü bəlli etməz. Beləliklə, günah ürəkdə olar, çünki o həmin vaxt özünü bəlli edər. Ona görə ürək, ürək deyərik. :)
Ferbara
Ona görə ancaq beyində dayandım.
cahandar
Ürək,ət parçasıdır lakin ürək sevir,ürək ağrayır,ürək yanır(məcazi mənada),beyin sadəcə idarə edir.Ürəyin keçirdiyi prosesləri bizə anlamaqda kömək edir.Beyin düşünür,lakin ürək yanır.Beyin ürəyin nə hiss etdiyini bizə anlamaqda kömək edirşHər ikisi önəmlidir.
MaksiMuS
Unknown sadece kiwilerin fikri veya qerari konkret ve deqiqliyi ile Son qerari formalawdirir.Ama qadinlarin son qerarin formalawmasi braziliya seriali tek q_mueyyen,q_konkret,anlawilmaz olur. Topiki beyenen her kese minnetdaram.Arxivde bu tip maraqli cox meqalem var ki belke de ekser kayzenciler bixeberdi:)
Ferbara
Serial deməyin. Özü də braziliya serialı. Əsəbləşirəm. Bilmirəm necə baxırlar onlara. :))
Responsible
Braziliya seriallarına da heç əvvəlki kimi baxan yoxdur. İndi türk seriallarının hökmranlığıdır :)
MaksiMuS
Serialin xaricisine de lenet,yerlisine de:)
məryam
Maraqlı mövzudu. Amma deyəsən, bir az mövzudan seriallara keçdik:)
soni_memmedzade
ürək nə deyir desin sonda ağlın dediyi olur.qadınlarda kişilərə baxmış ağıl az olur,amma biclik çox.Qadın nə qədər ağıllı olsa da hisslərinə yenik düşür.