Qadının göz yaşı

Kiçik bir oğlan anasından soruşdu:
- Nə üçün ağlayırsan?
- Çünki mən qadınam-, deyə cavablandırdı anası.
- Anlamadım! -,dedi uşaq. Anası uşağı qucaqlayıb
- Və heç bir zaman anlaya bilməyəcəksən! -,dedi.
Atasına:
- Ata, anam nə üçün ağlayır? -,deyə soruşdu.
Atanın cavabı:
- Bütün qadınlar səbəbsiz ağlaya bilirlər -,dedi.
ağlayan qadınKiçik oğlan böyüdü, yetkinləşdi, ancaq hələ qadınların nə üçün ağladıqlarını kəşf edə bilmədi.Nəhayət öldükdən sonra cənnətə getdiyində Allaha soruşdu:
- Allahım! dedi. Qadınlar nə üçün bu qədər asan ağlaya bilirlər?
ALLAH buyurdu ki:
- Mən qadınları xüsusi yaratdım!... Bütün həyatın ağırlığını daşıya biləcək qüvvətdə olmasına baxmayaraq başqalarına təsəlli verəcək qədər yumşaqdırlar.. Doğumun ağrısı olduğu qədər doğurduqları övladlarının nankorluğuna söykənə biləcək iç qüvvətini verdim. Başqalarının qüvvətinin qalmadığında davam edəcək əzmi, ailəsinin xəstəliyində yorğunluğa buraxdırmayacaq qüdrəti verdim.
Ərlərini bütün qüsurları ilə sevmək qüvvətini verdim. Kişinin qabırğasından onları kişinin ürəyini qorumaları üçün yaratdım. Onlara yaxşı bir ərin yoldaşını əsla incitməyəcəyini, lakin bəzən dəstək və qüvvətini sınayacaq davranışlar da
tapılacağını anlayacaq həssas bir zəka verdim. Tək zəiflik olaraq qadınlara bir göz yaşı verdim. Tamamilə özlərinin sahib olduqları, ehtiyacları olduğunda istifadə etmək üçün.. İNSANLIQ ÜÇÜN BİR GÖZYAŞI !.. deyə cavablandırdı.

Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə özünü nə şəkildə daşıdığıdır. Qadını əsas gözəl edən sevgisini paylaşa bilməsi, fədakarlığı,məsuliyyəti, anlayışı, yalnız məlumata deyil eyni zamanda ürəyə də istiqamətli ağılıdır...

Həmçinin bax:
Qadınlar nəyi istəyir?
Ana olmaq nədir?


 

7 şərh

Cavid
Maraqlıdır amma yazının oxunmasında biraz problem var.
Yucin
Bu xisləti təmiz qadınlara aiddir. Qadında var ki, yalançı göz yaşlarıyla çox ürəkləri yumşaldır. Göz yaşından istifadə edir. Belə bir məsəl eşitmişəm: Qadın lazım olanda gülür amma istədiyi vaxt ağlaya bilir.
FiLOSOF

Çox təəssüfki qadınların göz yaşı bəzən kişilərə sıradanmış kimi gəlir… Mən buna çox təəssüf edirəm. Keşke azacıq niyə ağlandığını anlasanlar...

cahandar

qadınlar göz yaşı baxımından bir balaca güclü olmaqa çalışsalar gözəl olar.söhbət əsil göz yaşından,qəlb yanğısından gedirsə!qürurlu qadınlardan gedirsə!qadin daha əzimli,daha dəyanətli,daha sədaqətli,daha da güclü olsa kaşki.


 

ElcinHesenov
Qadınların göz yaşları qızıldan dəyərlidir bunu biz gec bilirik sınan qəlbi düzəltməkdə gec olur
alan
cox gozeldi.indiye qeder bu qeder maraqli yazi oxumamisdim.cox sagol
Medikamentoz
Məncə bu kifayət qədər emosional bir yanaşmadır,qadınlara həmişə güclü varlıq kimi baxmışam,İnsan dünyaya gətirmək çox böyük «kişilikdir»!