Bir qadın üçün...

Bir qadın üçün ən xeyirli yer evinin içidir...
Bir qadın üçün ən fəxrli vəzifə analıqdır...
Bir qadın üçün ən təhlükəsiz yer yuvasıdır...
Bir qadın üçün ən gözəl dost ALLAH üçün yaşayan əridir...
Bir qadın üçün ən xeyirli məşğuliyyət ibadətdir...
Bir qadın üçün ən rahat olduğu an övladlarının sevincini seyr etməkdir...
Bir qadın üçün ən gözəl bəzək ədəbdir...








Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.



 

11 şərh

Zeyneb_Ehmedova

təmamilə razıyam maraqlıdı


 

Samir012
Qadın üçün ən gözəl şey daxili gözəllikdir.
Qadın üçün ən dəyərli vaxt ailəsinə ayırdığı vaxtdır.

P.S. Maraqlı və fərqli yanaşmadı amma düşünürəm ki topikləri daha geniş yazmaq olar, hərhalda dəyərli sözlərin çox olması daha faydalı olar. Təşəkkür
ayxansevda
niyə ağıllı öz işi olan gözəl həkim ya müəllim və s. qadınları çoxları xoşlamır qadın üçün ancaq analıqmı vəzifədir? uşaqlar böyüyür hərənin öz həyatı olur onda yazıq ana evdə lazımsız obyektə çevrilir gəlin öz cavan həyatını yaşayır, o isə həyatının o çağında bilmir nə eləsin öz işi varsa artıq illərlə qazandığının bəhrəsini görür. bilmirəm mən düşünürəm ki, qadın da ictimai işlərdə iştirak etmə\lidir, ancaq evdə oturub uşaq böyütməməlidir. dub ana nə tərbiyə verə bilər? insan evdə oturduqca dublaşır. heç kimi təhqir etmək istəmirəm, ancaq evdə oturduqca passivləşir insan bəlkə bayaq kobud dedim çoxları inciyəcək ancaq bu həqiqətdir.
Karizma
Xeyir sen sehv sohbet eliyirsen.O ne demekdir ki insan evde oturduqca dublasir.Coxumuzun anasi bacisi evde oturub ev isleriynen mesqul olur.Demek onlar hamisi dubdur?Xahis edirem bir az komentlerinize fikir veresiniz.Menim size boyulk hormetim var idi.Cox tessuf
Gülnar
ayxansevda, fikrinizlə tamamilə razıyam…
Karizma
Sen de ayxansevda-nin serhiynen razilasmisan.Sen deyesen ictimai islerenen cox mesgul olmusan.O qeder de cox mesgul olmusan ki, arti evde oturan qadinlara dub deyenlere haqq verirsen.Yarasdirmadim
Gülnar
Bəli, mən ayxansevdanın fikri ilə razıyam..Bəs sənə kim ixtiyar verib mənim fikrimi bu cür kobud ifadə ilə mühakimə edirsən, tanımadığın insana nəyisə yaraşdırmırsan və mənim ictimai işlə çox məşğul olmağım barədə fərziyyə irəli sürürsən..Şərhlərini yazanda həddini aşma xahiş edirəm…
Karizma
birincisi men bilmezdim ki, bu movzu bu qeder uzanacaq.Sen gormursen o evde oturan qadinlar dublasirlar deyir.Ele bele maraq ucun ozuvu qoy o qadinlarin yerine.Birde ki sen de qadinsan.Eger sizin haqqinizda bele danisan insanlarla razilasirsansa men hec vaxt bunnan barisa bilmerem .Belede ki tehqir olmaz amma tenqid olar.Men de sizi tenqid eliyirem.Qurtardi getdi.
ayxansevda
həqiqət acı olur. əgər evdə oturub boş-boş qonşuları gəzən seriallara baxan qeybet edən qadınlara dublaşırlar deyilirsə və bu sizin xətrinizə dəyirsə gedin özünüzü düzəldin daha güzgünü niyə qırırsınız. bu bir. ikincisi heç nəyi və heç kimi bəyənməyən insan kimi gedin özünüzü tənqid edin sonra başqalarının şərhinə odlu -alovlu fikir bildirin. bu mənim subyektiv fikrimdi bacarırsınız hörmətlə yanaşın razılaşmaya bilərsiniz bu sizin haqqınızdı amma müdaxilə etmək borcunuz deyil. mən nə yazdığımı və nə fikirləşdiyimi yaxşıı bilirəm evdar qadın — dub qadın demək deyil təbii ki. o qədər ev xanımı olan balasına yaxşı təhsil verən evdə otursa da maariflənən qadınlarımız var. lakin qadını sırf evdə oturub bozbaş bişirən kimi görmən insanlarla razılaşmıram. düşünürəm ki, əgər qadının diplomu varsa öz ixtisası üzrə işləmək pis olmazdı ən azı inkişaf edər deyə, yox peşəsi yoxsa daha nə etmək olar hamı savadlı olmaz ki. lakin evdə oturub saat 11 də duran sonra bir seriasını keçirdiyi üçün tez rəfiqəsinə zəng edib serialı müzakirə edən sonra uşağı dərsdən saat 1də gəlib «ana yemək bişirməmisən?» «yox ay bala get yumurta bişir » deyən qadınları dublaşmış insan hesab edirəm istəyirsiniz xətrinizə dəyir nə lur olsun mən belə düşünürəm elə qadınlara hörmətiim yoxdu necə ki, balasına çörək pulu qazanmaq əvəzinə veyillənən kişiləri qınadığım kimi.
Someone
Əladır, oxu-oxu bitmək bilmir)
Old_Baku_
ayxansevda mən sizinlə təmamilə razıyam.karizmanı başa düşə bilmirəm.məncə hər şey göz önündədi.karizma ayxansevda sənə demir ki,evdə oturan hər bir qadın dubdu.məncə ayxansevda fikrini təmamilə aydın ifadə edib.evdə oturub,sözün əsil mənasında telefondan asılı qalmaq,onun bunun qiybətini etmək,serialları müzakirə etmək dubluqdan başqa bir şey deyildir.elə xanımlarımızda var ki,təhsili olmamasına baxmayaraq,övladına təhsil vermək necə əziyyətlərdən keçir,onların bir seriala baxmağa vaxtı belə olmur təki övladım oxusun deyirlər.evdə də boş vaxtlarını maariflənməklə keçirirlər.kim necə başa düşürsə düşsün.