Gəlinliklər | Mənfi və müsbət cəhətlər

Ailəni düşündürən ən əsas məsələlərdən biridir desəm hər halda mənimlə razılaşarsınız. Bu paltarları əldə etməyin müxtəlif növləri var. Ən çox dəbdə olanı  gəlinlik paltarlarının icarəyə verilməsidir. Yəqin razılaşarsınız ki, belə bir işə tələbat olmasaydı, bununla məşğul olan insanları da tapmaq müşkülə çevrilərdi. Bəzi insanlar üçün bu əlverişli variantdır, digər bir qisim isə əksini düşünür. Bunu azacıq da olsa, aydınlaşdırmaq üçün gəlinliklərin icarəyə verilməsinin müsbət və mənfi cəhətlərinə baxaq.

Müsbət cəhətlər:
1. Paltarın bütün dəyərini ödəmək məsələsi ortadan qalxır, sadəcə tələb olunan müəyyən faiz ödənilir. Adətən bu gəlinlik paltarının ümumi qiymətinin 30-50%-i həddində olur. Bəzi hallarda paltarın ilk müştərisinin məhz həmin olduğunu əsas gətirən satıcılar daha çox pul tələb edirlər. Ancaq bunun çox vaxt sadəcə bir uydurma və yalandan o tərəfə keçmədiyini unutmaq olmaz.
2. Toydan sonra sizin paltarınız qarderobunuzda tozlanmayacaq, həm də şkafınızın böyük bir hissəsini zəbt etməyəcək. 
3. Artıq «lazımsız» hala gələn paltarınıza müştəri tapmaq problemi olmayacaq. 

Mənfi cəhətlər:

1. Paltarın bir yeri xarab və ya zay olduqda sizin gəlinliyin tam qiymətini ödəməli olacaqsınız.2. Salonlarda ehtiyac olduqda paltarların ətək hissəsinin qısaldılması kimi xidmətlər təklif olunmur.3. Sizin xoşunuza gələn paltar artıq öz yeni sahibəsinin yolunu gözləyə bilər. Ancaq təbii ki, salonlara müəyyən əvvəlcədən müəyyən məbləğdə ödəniş (girov) həyata keçirməklə bunun qarşısını almaq olar. Bu isə yenidən əlavə xərc deməkdir. 
4. Bəzən isə salonlar paltarın xarab olması halında qabaqcan müştəridən aldıqları girovu qaytarmamaq üçün müxtəlif bəhanələrlə paltarın xarab olduğunu sübut etməyə çalışırlar. 
toy gəlinlik paltarı

Qərara gələ bildinizmi? O zaman daha bir neçə nüansı diqqətdə saxlamaq lazımdır:
1. Paltar icarəyə verilsə belə qiymət siyahısında paltarın icarə qiyməti ilə yanaşı tam qiyməti də göstərilməlidir.
2. Əgər müqaviləylə almaq mümkündürsə, həmin variantdan istifadə edin. Çünki bu halda müavilədə icarə şərtləri və digər məsələlər göstəriləcək. Müqavilənin bir nüsxəsini özünüzdə saxlayın, digərini isə mağaza sahibində.
3. Paltarı götürməmişdən qabaq ona diqqətli şəkildə baxın. Bir yerində xarab olub olmadığını müəyyənləşdirin. Çünki toydan sonra yalan bəhanələrlə sizdən əlavə pul tələb edə bilərlər.
4. Paltar müəyyən saat və ya gün ərzində icarəyə verilir. Həmin müddətdən gec paltar təhvil verilsə (təbii ki, hər hansı üzrlü səbəbə görə) nə qədər xərcə düşəcəyinizi qabaqcadan öyrənmək lazımdır.
5. Gəlinliyi salona qaytararkən pasport, kvitansiya və ya çeki özünüzlə götürməyi unutmayın.
6. Həmçinin gəlinliyin kim tərəfindən-siz yoxsa gəlinlik salonu- kimyəvi təmizləmə ediləcəyini öyrənməyi unutmayın.

0 şərh