Evdar qadın vərdişləri

  • Qadın
Yaşadığımız cəmiyyətində "Evdar qadın" deyilincə hər kəsin ağlında müəyyən və tək model canlanır. Əlbətdə ki, evdar qadın əslində deyildiyi və hallandığı kimi adi bir ifadə deyil. Ancaq cəmiyyətimizdə evdar qadın anlayışı biraz adiləşdirilib. Bunun səbəbi isə, bu xarakteri meydana gətirən cahiliyyə əxlaqının bir mənada ənənəvi hal almasıdır. Əlbəttə müxtəlif səbəblərə görə bu ümumiləşdirmənin xaricində qalan evdar qadınlar da vardır. Ancaq burada ələ alınan, cahiliyyə əxlaqında geniş şəkildə yaşanan evdar qadın modelidir.

Cahiliyyə cəmiyyətində evdar qadının klassik olaraq hər gün yaşadığı son dərəcə monoton bir həyatı vardır. Ümumiyyətlə evdar qadının hər günkü əsas vəzifəsi, ailənin digər üzvlərinin otaqlarını yığışdırmaq, paltarlarını yumaq, yemək bişirmək, alış-veriş etmək və evin digər işlərini görməkdən ibarətdir. Əlbəttə hər insanın bu işləri görməsi lazımlı və hətta zəruridir.Ancaq burada səhv olan nöqtə, insanların bu işləri, dünyada yaşanan bütün problemləri görməməzlikdən gələrək, axirəti tamamilə unudaraq və Allaha qarşı məsuliyyətlərini düşünməyərək, dünyaya bağlı bir ehtirasla etmələridir.Bütün həyatlarını, düşüncələrini, planlarını bu işlər üzərinə qurmaları və özlərini yaradan Allahı razı etmənin yollarını axtarmaq yerinə, gündəlik həyatın kiçik məşğuliyyətləriylə başlarını qatmalarıdır.

Gündəlik işləri arasında cahil evdar qadının əsla uzaq qalmadığı bəzi vərdişləri də vardır. Bu vərdişlər ümumiyyətlə bu əxlaqdakı qadınların çoxunda ortaqdır. Özlərinə görə bu monoton həyatlarını ancaq bu şəkildə rəngləndirdiklərini və ev mühitinin çətinliklərindən bu şəkildə uzaqlaşdıqlarını düşünürlər. Əllərinə keçən hər imkanı, hər boş vaxtı bu vərdişlərlə  keçirirlər. Halbuki ətraflı araşdırıldığında bütün bu vərdişlərin bu kəsləri çox bəsit və sadə bir dünyaya yönəltdiyi görünür.
 

0 şərh