Qadınlar nə istər?

  • Qadın
Qadınlar nə istəyir sualı daim kişilərin diqqət mərkəzindədir. Qadınlar müxtəlif xüsusiyyətlərə malik olduğundan onların ortaq cəhətləri anlamaq biraz çətindir. İstər qədim atalar sözləri istərsədə alimlər bu və bu kimi sualları araşdırmağa və onlara cavab tapmağa daim can atmışlar. «Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməzsənsə tikan olar.»  Evliliklərimizdə ya da yoldaşlıqlarımızda cütlərin yaşadıqları qarşıdurmaların təməlində ya ünsiyyət problemi ya da kişinin və ya qadının eqoistcə davranıb qarşı cinsi tanımaması yatmaqdadır. Gərək ki, qarşında duran insanı yaxsı dinləməli və daha sonra qiymətləndirməlisən.

Edinburgh Universiteti Psixologiya hissəsi tərəfindən dünyanın dörd bir tərəfindəki 6500 qadın ilə edilən araşdırmada qadınların kişilərdən nə gözlədiyi soruşuldu. Araşdırmanın liderliyini boynuna götürən professor Wiseman əslində qadınların kişilərdən gözlədiyi şeylərin pul ilə ölçülmədiyini çoxunun pul ilə əlaqəsi belə olmadığını söyləyir. Ona görə qadınların ən çox istədiyi şey, kişinin onları çaşdırması deyir. Wisemana görə kişilərin etməsi lazım olan 10 şey bunlar:
1- Sevgilinizin gözünü bağlayın  və ona bir sürpriz göstərin.
2- Ona söyləmədən bir həftə sonu şəhər xaricində plan edin.
3- Ona mahnı ya da şeir yazın.
4- Ona həyatınızda qarşısına çıxan ən gözəl və mükəmməl qadın olduğunu söyləyin.
5- İşdən yorğun-arğın gəldiyində ona isti bir duş hazırlayın.
6- Evin bəzi yerlərinə onun görə biləcəyi şəkildə eşq mesajları yazın.
7- Bir həftə sonu yatağına nahar aparın.
8- Hava soyuq olduğunda pencəyinizi verin.
9- Ofisinə çiçək göndərin.
10- Sevdiyi mahnılardan bir CD hazırlayın. 

Yaxşı, bunlar ediləcək şeylərdir belə əslində tələb edilən şey nədir? Qadınlar əslində sevilmək deyil, sevməkmi istəyirlər? Ya da kiçik hesablar arxasında qaçmadan sevə bilmək.Əslində qadınlar çox şey istəmirlər. Birdənə həyat yoldaşları olsun amma yeri gəldiyində hədiyyələr verib ev işlərində kömək etməli, uşağa baxmalı, həftədə bir çölə çıxarmalı, davamlı iltifatlar etməli, arada maço olmalı. Qadınlar həmişə ən gözəl olmaq istəyərlər, kişilər üçün deyil təbii ki, bu yalnız ətrafdakı qadınlardan daha gözəl olma yarışıdır. Qadınlar rəng istər həm həyatlarında həm ətraflarında. Artıqdan bir neçə kilo aldiqlarinda bunu onlara söyləsəniz həyatları qaralar və qara geyməyə başlarlar. Qadınlar istirahət edilmək istər, axmaq sapan konuşsalarda, saatlarla sürsə də..Heç ağıl vermədən ona nə edəcəyini söyləmədən yalnız təsdiqləyərək istirahət edilmək istəyərlər. Qadınlar kişilərin özünə aşiq olmasını istər və bu aşan ölənə qədər sürməsini. Anlayış istər və bu anlayışın ömür boyu sürməsini. Gözəllik istər ömür boyunca qalsın istər. 70 yaşında belə olsa özünə çıtır deyilməsini istər. Bəzən isə qadınlar nə istədiklərini belə bilməzlər.

3-cü Dünya müharibəsi çıxsa belə doğum günü, evlilik ildönümü unudulmasın istər. Günün 8 saatını yataqda 8 saatını bərbərdə 8 saatını alverdə keçirmək istər. Dünyanın ən gözəl qadını olduğu cümləsinin dəqiqədə bir deyilməsini istər. Doğurduqdan sonra bədəninin pozulmamasını istər. Qadın kişi bərabərliyini müdafiə etməklə birlikdə hesabı kişi ödəsin istər. Tacıq edilməmək şərtiylə təhrik edilmək istər. Bütün bu istəklər və daha yüzlərləsi dörd dördlük şəkildə qarşılansa görəsən xoşbəxt oluna bilinərmi?.Qadın kişi əlaqələrində xoşbəxtlik, uyğunlaşma gorməkdir. Araşdırmaçılar romantik eşqdən evlilik eşqinə keçməyi mümkün edən strategiyaları belə təyin etmişlər:
1- Dürüstlük 2- Dinləmə 3- Açıqlıq 4- Təsir edicilik 5- Cazibədarlıq 6- Həssaslıq 7- Dəstək olma 8- Problemi gecikdirmədən həll etmə 
Qadın və kişi arasında təməldə bəzi fərqliliklər vardır. Gözləmələri qiymətləndirərkən mütləq bunların da göz qarşısında saxlanılması lazımdır. Məsələn axşam evə gəlincə qadın danışmaq və istirahət edilmək istəyərkən kişi TV izləyərək günün yorğunluğunu atmaq istər. Kişi hirsləndiyi  zaman tək qalmaq istəyərkən qadın qızdığı zaman üstünə gedilsən, danışılsın istər. Xüsusi günləri qadın unutmazkən, kişi xatırlamaz, xatırlayanlar da nə gərək var deyərək hədiyyə almazlar. Hər nə qədər qadınlar nə istər? Desək də xoşbəxtliyin təməlində qarşılıqlılıq əsasdır. John Gottmanın etdiyi araşdırmalar nəticəsində bir əlaqəyə ən çox zərər verən 5 şeyi belə təriflər: 
1- Tənqid 2- Nifrət 3- Savunmacılık 4- Ağırdan alma,fikir verməmək 5- Davaçılıq 
Bəli, əgər bizlər yuxarıdakı səhvləri etməz, həyat yoldaşımızdan əvvəl özümüzün səhvlərini görər və qəbul etsək, kimsəni dəyişməyə məcbur etmədən əvvəl biz «doğru insan» olsaq qadınlar nə istər? Sualına heç gərək qalmayacaq.
 

1 şərh

azadmamedov90
Çətin məsəslədir, həmdə çooox çətin…