Qadın susmağı öyrənir...

  • Qadın
Qadın çıxır başqa qadının bətninindən;
Həyata ilk qışqırığını edir;
Səssizliyi eşidir…
Atasının gözlərindəki məyusluq;
İlk yaşadığı qarışıqlıq olur.
'Səssizlik oldusa qız doğulub' sözünü öyrənir.
Susur!




Qadın uşaq olur;
Gülməsi, oynaması,
Ordan-bura qaçması xor görülür;
Əngəllənir…
'Qız xeylağı ciddi olmalıdı' sözünü öyrənir.
Susur!  

Qadın məktəbə gedir;
Oxuma yazma öyrənəcəyi qədər,
Qadın olmasına çatacaq qədər.
Səbəbini anlaya bilmir;
'Oxuyub  nə olacaqsanki, oxumuş ev qadını?' sözünü öyrənir.
Susur!

Qadın gənc olur;
Gəzməsi, getməsi, danışılır.
Söz gəlməsin deyə, şüşədən çölə baxmaz.
'Pis qadın' nə deməkdi öyrənir.
Susur!

Qadın evlənəcək yaşa gəlir;
Ər seçməz;
Seçilir.
'Qız xeylağını  boş buraxsan ya halvaçıya ya zurnaçıya gedər sözünü' öyrənir.
Susur!

Qadın evlənir,
Evdə xidmətçi,
Mətbəxdə aşbaz,
Ərinin yanında qulluqçu olur.
'Yuvanı dişi quş qurar' sözünü öyrənir…
Susur!    

Qadın aşağılanır, sözü dinlənilmir,
'Ərin vurduğu yerdə, gül bitər' sözünü öyrənir
Susur!


Qadın ana olur,
'Ərinin uşağının anası olur.
Oğlan doğmasa
Nə qadınlığını, nə analığını isbatlayır.
Oğlan doğur,
İlk dəfə alqışlanır… ki;
Yenə də ər öyülür.
'Kişi adamın kişi uşağı olur'sözünü öyrənir;
Susur!

Qadın yaşlanır 'ana' olur;
Hörməti o yaşda görür.
Danışmaq istəyir;
Vaxt gecikiir ..
Köçür gedir…
Nəhayət;
Qadın doğulur,
Böyüyür,
Yaşayır,
Ölür,

Susur ..


Tərcümə etdi:Musalı Azər



Mətndən istifadə edərkən (saytlarda,facebook səhifələrində və s.) istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.
 

24 şərh

yravil
Həmişəki kimi Original məqalələrdən biridir.Təşəkkürlər maraqlidir.
ORIGINAL
yravil,sizə də əməyə hörmət qoyduğunuza görə təşəkkürlər.
Ferbara
Necə ilk dəfə yayımlanır ki, bunu çox-çox əvvəllər oxumuşam?
Ferbara
Musalı Azər tərcümə edibsə, kim yazıbmış?
ORIGINAL
Ferbara tərcümə etdiyim yerdə müəllif qeyd olunmamışdı.Mən internetdə rast gəlməmişəm deyə elə yazmışam və şəxsən özüm tərcümə etmişəm.
Ferbara
O zaman bu sizindir?
ORIGINAL
Xeyr,mənim deyil o yazı,özü də dünən yayımlanıb,fikir verdinizsə orda tərcümə başqa cür edilib,mən dünən yayımlayacaqdım sadəcə tam tərcümə etməmişdim.İndi nə deyirsiz,silim?
Ferbara
Sadəcə "Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır." cümləsi qüvvədən düşür. :) Silməyin, heyifdi. :)
ORIGINAL
Ok,onda onu silirəm 1 sutka gecikməymə görə.Amma məhz bu saytdan götürənlər mənbəni qeyd etməlidir.Təşəkkürlər diqqətnizə görə
Ferbara
Sizə də əməyinizə görə təşəkkür edirəm. Amma sözlər çox tanışdır. Türkcədən tərcümə etmisiniz?
Ferbara
Onda ola bilsin oxuduğum və yadımda qalan türkcəsi imiş.
cahandar
Mən ilk dəfədir oxudum və çox bəyəndim.Bu cür məqalələrin yeri var.Lap her hansı saytda olmuş olsa da.Çünki mənim kimi çoxları netdə oturub bir çox saytlardan faydalana bilmir vaxt məhdudluğu səbəbindən.Odur ki sevimli kayzen saytımızda oxuduqlarımızdan faydalanırıq.təşəkkür.!!!
Old_Baku_
Topikə görə təşəkkürlər.Orginal məqalən çox maraqlı alınıb.Silməyinə heç ehtiyac yoxdur belə əladı.
Tunzale93
maraqlidi.ellerinize sagliq
emil-melik
duz soze zaval yoxdu
rustam_aLiyev
vallah təsir eliyən tərcümə bu oldu.öz istedadınıda qoymusan bura)gözzəldi
Silen_ce

bir sözlə, ƏLA!

Nailə_Rzayeva
əslində qadın danışır. lakin təəssüf ki, onu eşidə bilənlər çox azdır…
kentavr
Mən də qadınam!Lazım olan yerdə susuram,o yerdə ki, sözün əsl mənasında düzgün yol göstərən böyük,ağsaqqal,müdrik,aqil insan var!Əgər mənim zərif məxluq olmağımdan kimsə   istifadə
edərsə,onda susmağın heç bir yeri yoxdur!XXI-ci əsrin qadını elı belə də olmalıdır! Təşəkkürlər!!!
LaLə

doğurdan da əladır. zəhmətinizə dəyən 1 məqalədir, təşəkkürlər.


 

BaKiNeC
Gözəl məqalə üçün çox təşəkkürlər.