Xoşbəxt olmaq hər bir qadının haqqıdır.

  • Qadın

Bir həyat yoldaşım olsun istədim... Sadəcə ona aid olum, onun üçün döyünsün ürəyim, çırpınsın varlığım.

İşdən gəlməyini səbirsizliklə gözləyim, saata həsrətlə baxım, ətirlənib, bəzənim, qapının zəngi çalınanda ürəyim çarpınsın, qaçıb qabağına sarılıb ona... Hər gün ilk və son dəfə gəlirmiş kimi....


Bir həyat yoldaşım olsun istədim. Məni arvadı gözündə görməsin, sadəcə uşaqlarının anası hesab etməsin, evinin qulluqcusu bilməsin. Onun evinin xanımı, sirlərini bölüşəcəyi ən yaxın dostu olum. Xırda məişət məsələlərini problem etməsin, Ev çirklidirsə, boşqab yuyulmayıbsa, yemək hazır deyilsə, sadəcə gülümsəsin, öpsün yanaqlarımdan, «Bilirəm yorğunsan, bəlkə evə pizza sifariş verək?» desinBir həyat yoldaşım olsun istədim. Onun üçün ən dadlı təamları hazırlayım, salatları xüsusi zövqlə bəzəyim, hər gün heç yorulmadan ən gözəl süfrəni onun üçün açımBir həyat yoldaşım olsun istədim. İlk tanış olduğumuz, ilk görüşdüyumuz, ilk öpüşdüyümüz günlərin hər birini xatırlasın. Özəl günlərimizdə məni restorana dəvət etsin, yaxud daha romantik dənizin sahilinə aparsın, uzanaq qumun üstünə, ulduzlara baxaq, ötən günləri xatırlayaq.

Mənə hədiyyə almaq üçün bayramları, ad günlərini, özəl anları gözləməsin. Kiçik bir hədiyyə də olsa mənə tez-tez sürprizlər etsin. Bir şokalat da olsa, yolun qırağından üzüb gətirdiyi bir çiçək də olsa...

Boyayım saçlarımı hər gün bir rəngə. Gah sarışın, gah qaraşın, yalnız onun üçün bəzənim, onun üçün geyinim. Yeni paltarlar aldığımda bir-bir soyunum-geyinim onun qabağında. O da səbr və sevgi ilə mənə baxsın, hər geyimdə bir cür gözəl göründüyümü heyranlıqla bildirsin. Geyimlərimə qarışmasın, qadağa qoymasın, qoy özüm onun zövqü üçün sevimli paltarlarımdan imtina edim.

Bir həyat yoldaşım olsun istədim. Bəzən dəlilik etsin. Evin ortasında məni qucağına alıb fırlasın, yaşımın hansı dövründən asılı olmayaraq dəcəllik, şıltaqlıq edəcək qədər səmimiyyət olsun aramızda.

Bir həyat yoldaşım olsun istədim. Saçlarımı sağallamaq, məni əzizləmək, dodaqlarımı öpmək üçün gecələri gözləməsin. Ən maraqlı verilişlərimizi divanda onun qucağına sığınaraq, başımı onun çiyninə yaxud dizinə qoyaraq seyr edim. Hərdən də imkan verməyim baxsın, saçlarını qarışdırım, üz-gözünü öpüşlərə qərq edim.

Bir həyat yoldaşım olsun istədim. İstirahət günlərini fərqli məkanda keçirmək üçün əvvəldən planlar qursun. Bir bazar kinoya, bir bazar teatra, birində boilinqə, birində isə sadəcə qol-qola girib küləyin sərin mehi üzümüzə vura-vura yarıqaranlıqda parkda, həyətdə gəzişək, zarafatlaşaq, deyək-gülək.

Bir həyat yoldaşım olsun istədim. Gərgin iş rejimindən 5 dəqiqə də olsa zaman ayırıb, bir sms göndərsin telefonuma, yaxud mailimə «səni sevirəm» deyə...

İşlərimə dəstək versin, məni qorusun, onun arxamda bir dağ kimi hiss edim, atam da, anam da, övladım, hər şeyim olsun o mənim.

Bir həyat yoldaşım olsun istədim. Ən seksual pünyarlarımı onun üçün geyinim, yataq otağımızı ətirli şamlarla bəzəyim...

Hər gecəmizi maraqlı və rəngarəng etmək üçün bir şeylər düşünüm, fantaziyalar qurum, bitməsin, adiləşməsin, sönməsin ehtirasımız, çılğıncasına sevişək yorulana qədər...Sonra başımı sinəsinə qoyub sevdiyimin ürək döyüntülərini dinləyərək dünyanın ən xoşbəxti kimi yuxuya gedim.Bir həyat yoldaşım olsun istədim. Onu övladımın atası olduğu üçün yox, övladımı sevdiyimin bir parçası olduğu, məhz ona aid olduğu üçün sevim.Bir həyat yoldaşım olsun istədim. O qədər ağıllı, o qədər alicənab, o qədər dünyagörüşlü və mükəmməl bir insan olsun ki, heç vaxt qadın-kişi bərabər olmalıdır düşüncələrini oyatmasın məndə. O mənə AZADLIQ versin, mən imtina edim, deyim, yox, istəmirəm, sən daha güclü ol, qoy mən zəif, zərif olum, sığınım sənə. Gücüm də, AZADLIĞIM da, hər şeyim SƏNSƏN deyim... Bunu ürəkdən deyəcək qədər çox sevdiyim bir həyat yoldaşım olsun istədim...

 

Müəllif: Aynur Qurbanqızı

 

Fotosessiya



 

 




 

40 şərh

AdeLina
Aynur Qurbanqızının məqalələrini çox sevirəm, bu fikirlər də sadəcə möhtəşəmdir
Ferbara
cahandar, şəkilləri bəyənmədim. Üzr istəyirəm, çox primitivdilər.
Ferbara
Sizə heç yaraşdırmadım. :)
cahandar
şərhinizə verilən minusa görə bunu yamısınızsa səhviniz var mən saytda olmayanda verilib o.mən əksinə düzəltdim onu.nəisə...deyəsən sayta minus vermə virusu yayılıb bu gözəl postum da minuslanıb.Allah bilsin bəndə kimdir ki.
Ferbara
Yox, şərhimin minuslanmağından xəbərsizəm. Minuslansa nə olacaq? Hərənin öz fikri var.
Bəyənmədiyimi ki cür deyə bilərdim: minuslamaqla, ya da sadəcə şərhlə. Mən şərhlə bəyənmədiyimi bildirməyi üstün tutdum. Yəni məqalənin + və ya — düyməsinə dəymədim. :)  Həqiqətən,  cahandar, heç bəyənmədim şəkilləri. İnciməyin. :)
cahandar
Bəyənib bəyənməmək sizin subyektiv fikrinizdir.bu o demək deyil ki pisdir.Bəyənən bəyənir.Mən bu cür boş şeylərdən incimirəm.ok?
Ferbara
Ok. :) Mən də minussuz bəyənmədim. :) Bir şey soruşum, şəkillərdəki yazıları siz yerləşdirmisiniz?
cahandar
xeyir mən yerləşdirməmişəm onun da müəllifi Aynurdur.
Ferbara
Mən şəkilləri sizə yaraşdırmadım deyirdim.
DiplomatkA
Gözəl məqalədi,hamiya beləsi qismət olsa idi nə var ki ))
məryam
Bele adam menim fikrimce yoxdu.
MaksiMuS
Bu meqaledeki Bir Bir deye deye hamisini istediki:) burda sadalananlari istemeden once ona layiq olmaq,hak etmek lazimdi.Ideal insan partnyor axtariwi sezdim meqalede.Duzdu oxumaqcun,yararlanmaqcun gozel meqaledi.Ama cawib burdaki parametre uygun birini axtararsiz.Teklik ve xeyal qiriqligi tapintiniz olacaq. Emeye hormet coxsagol.
Shabnam_Ilham

Maraqlı istəklər idi. Bir həyat yoldaşım olsun istədim..- bu cümlə oxuduqca tez-tez səslənsə də gözəl ahəng yaradırdı.Müsbət səs verməyə dəyər məncə. Təşəkkürlər cahandar :)

cahandar
Əməyə qiymətə görə hər birinizə təşəkkürümü bildirirəm
Rene
Kim istəməz ki? Amma türklər demiş nerde?? )) Düzdür, ideal insan yoxdur, qarşına çıxan insanın mütləq mənfiləri olacaq, hər birimizdə olduğu kimi. Önəmli olan bu mənfilərin keçə biləcəyin şeylər olmasıdır.
ayxansevda

düşünürəm ki, burda səslənən fikirlərdə eqoizm var ancaq hər şeyi özü üçün istəyir, həyat yoldaşının ancaq ona məxsus olmasini istəyir. lakin unudulur ki real həyat nağıl deyil yazıq kişi işdə yorulur ailəsini daha yaxşı təmin etmək üçün çalışır elə ailələr var ki, kişinin heç xəbərlərə baxmağa vaxtı olmur ya da pizza sifariş etməyə pulu yazıq yorğun evə gəlir nəticədə ev dağınıq yemək yox bu Allah bendəsi necə alnından öpsün və s kişilərin xüsusi günləri özəl tarixləri yadda saxlamaq deyə istedadları yoxdu bunula qadınlar barışsa heç vaxt xəyal qırıqlığına uğramazlar real ailə bilirsiniz necə olur?- bir -birinə güzəşdə getmək mənfləri şişirtməmək kişi işdən gəlir ona isti çay dadlı şam yeməyi vermək ümumi qısa söhbət bəzi problemlərin təhlili ilə bağlı daha serial ya qonşu müzakirəsi yox (ya anan belə dedi bacın helə dedi və s) sonra mehriban qucaqlaşıb ya film seyr edilir ya qadın kitab oxuyur kişi qazet bəziləri isə online oyun oynayırlar  bu tip. BAŞQA CÜR HEÇ DÜŞÜNMƏYİN! maksimus demiş burdakıları real qəbul edib özünüzü yanıltmayin tək qalarsınız


ümumi isə oxumaq üçün maraqlı idi

SABINA ZZ
ona qalsa qadinlar kisilerden cox eziyyet cekirler.eve bax,col isine bax,usaga bax,onu ele bunu ele,axirdada bu zehmetlerinin qarsiligi sene xeyanet etsin,atsin getsin.mence hekayedeki qadin cox sey istemir,o ozune layiq,sevgisine layiq bir heyat yoldasi isteyir.o etdiyi her seye qarsiliq sevgi isteyir.ama siz kisileri haqli cixaribsiniz.guya ki,onlar 15ci esrde oldugu kimi seherden axsama kimi tarlada ekin ekirler.ele colde orda burda min zehmet ceken lakin qapinin esiyinde,heytat yoldasini goren kimi,butun yorgunlugu colde qoyan kisiler var de var.bir de hec bir is gormeyib heyat yoldasinin o boyda zehmeti qarsiliginda bir parca sevgini esirgeyenler de o qederdir ki…
ayxansevda
guya ki… yox elədir ki var kişilər az əziyyət çəkmir əvəzində qadından daima narazılıq görür. təbii ki, bu hamiya aid deyil bunları istəyən qadın özü də o sevgiyə layiq olmalıdır yoxsa nağıl aləmində yaşayıb reallığı unutmamalıdır onu istəyirəm bunu istəyirəm istəyirəm istəyirəm… ancaq istəyirəm ərköyün uşaq kimi unudurlar ki, daha uşaq deyilsən artıq sən kimlərinsə istəyini yerinə yetirməlisən necə ki bir vaxt sənin qayğını çəkiblər xəyanət edən kişilərsə umumiyyətcə kişi deyil içir orda -burda ailəsini uşağını unudur çatlaşır nə bilim daha nə boş -boş veyillənir vaxt itkisindən başqa bir şey yox ortada söhbət məsuliyyətli evcanlı kişidən gedir yuxarıdakı mövzuda qadın yalnız məhəbbət istəyir elə olur ki ailə qurduqdan sonra sevgi bir az azalır romantika da amma əvəzində öyrəşmək ailə məsuliyyəti yaranır bu qadında d belə olur kişidə də analar vaxtın çoxunu körpəsinə kişilər isə pul qazanmağa sərf edir amma yenə də hər ikisi qurduqları isti yuvalarına bağlanırlar bunu problemə çevirmək lazım deyil «daha məni sevmir» və lazımsız şikayətlər -həyat budu
MaksiMuS
Cümlədən çıxarış: guya ki,onlar 15ci esrde oldugu kimi seherden axsama kimi tarlada ekin ekirler.
Kaş elə həmin dövr gələydi, kişinin yorğunluğu fiziki yorğunluqla bitəydi, ailəsinə, xanımına yetərincə vaxt ayırardı da 5- 10 uşaq sahibi olardılar :) Düzdü yumoristik sonluqla bitirdim cümləni, ama həqiqətən də uzaq keçmiş qalsın bir yana, yaxın keçmişdə kişilərin evini yıxan stress, infarkt, ürək xəstəlikləri az idi. Baxmayaraq ki tibb də o qədər inkişaf etməmişdi. Demək uzunömürlülüyün sirri də sağlam həyat tərzində imiş, daha düzgün qıdalanmada, müalicədə yox.
Söhbət əgər ailədən gedirsə gəlin qəbul edək ki, elə ki, ailə həyatı qurduq, daha özümüzçün yaşamırıq.Hər şey ailə xətrinə, övladlarımız xətrinə...Elə onların xətrinə dözməliyik, səbr etməliyik.
Bir kişinin xanımına olan sevgisi onunla evlənməsi, həyatının xanımı olaraq görməsidir. Evləndikdən sonra ailə qayğıları, işlə bağlı problemlər onsuz da kişini həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən yorur.Kişinin boynuna düşən məsuliyyət ağırdır. Billəm indi ağzı olan danışacaqki Qadınların məsuliyyəti azdı?.. Çoxdu, ama kişilər qədər deyil. Heçnə demirəm orta yaş dövründə olan kişilərin həyatları (40-50-60) ilə maraqlansaz fiziki cəhətdən güclü olan cinsin nə qədər zəiflədiyini, xəstəliyə boyun əydiyini görərsiz.
Burda Qadın Kişi qarşıdurması yaratmaq lazım deyil. Sadəcə movzunun adında qeyd olunmuş Xoşbəxt olmaq hər bir qadının haqqıdır. düzəliş etmək istərdim.
«Xoşbəxt olmaq hər bir insanın təbii haqqıdır. Sadəcə Tanrı mexanizmi elə qurub ki Kişinin xoşbəxtliyi qadından, qadının xoşbəxtliyi kişidən keçir.» Tək heçkim xoşbəxtliyi dada bilməz.Tək olan UCa YARADANDIR. Elə ona görə də feminist, pafoslu çıxışları bir kənara atıb bizi xoşbəxtliyə aparacaq insanı axtaraq, tapanlar da qədrini bilsin. Hər səhər o insanın belindən gələnin ağlayışı ilə oyanmaq- Bundan gözəl hiss, xoşbəxtlik ola bilməz.Hər bir xanıma bu xoşbəxtliyi yaşamaq diləyi ilə SAĞOLUN.
cahandar
Sabina ZZ,Ayxansevda hər ikinizə şərhlərinizə görə təşəkkürlər hər ikinizin sözlərinizdə həqiqət var ikiniz də tam haqlısınız.İnsan psixologiyasının müxtəlifliyini nəzərə alsaq,Ayxansevda topikdəki qadın romantik biridir və bəlkə elə sabina zz nın nəzərdə tutduğu xəyanətlə üzləşən və həyat yoldaşının avara tüfeyli həyat sürməsindən ayrılıqla nəticələnən ailəsi olduğundan ancaq istəyir.Ayxansevda dediyi kimi məsuliyyəli kişidən gedirsə əlbət ki ancaq istəməklə iş düzəlmir.İstər qadın istər kişi hər ikisi uğursuz ailəyə sahiblənmiş ola bilər.Lakin kişi ilə qadının fərqi var ki kişi dəfələlə boşanıb ailə qurur və burda qəbahət heçkim görmür.Ancaq qadın boşansa ikinci dəfə ailə qursa qınanılır.Odur ki ailə qurduqda tələsmək lazım deyil daha məsuliyyətli düşünüb bu addımı atmaq lazımdır.Ay mənim xalam qızı nişanlandı,rəfiqəmin hərisi verildi,qonşudan qız köçdü mən gücikirəm.Bu tip düşünən qız və qapısına gələn ilk elçiyə razılıq verən qız,və ya valideyinlər var ki deyirlər «qızın qapısını döydülərsə vermək lazımdır bəxti bağlanır» əlbət ki burda yanılma olacaqdır.İstər doğma xalaoğlu olsun insan hələ onu tanımır deməkdir.İllərlə sevib sevilən və ailə quran cütlüklər hətta evləndikdən sonra bir-birlərinin xasiyyətini dərindən bilmədiklərinin şahidi olurlar.Odur ki qadın istəyə istəyə qalır,kişi də ailəsindən soyuyub başqasını axtarır.Qadın və kişi şükür Allaha müasir dövrdəyiq hər kəsin kompyuter,internetə telefonla da olsa əli çatır hər iki tərəf çatlara girib vaxtını boşuna itirməkdəndən məntiqli,psixoloji saytlara girib kamilləşsələr daha yaxşı olardı.Onda kişi qadının və əksinə qadın kişinin nə istədiyini bir birini necə razı salacaqlarını,davranış,nəzakət qaydaları və.s möhkəm və sağlam ailə olmağın yollarını biləcəkdir.
ayxansevda
dünyaya uşağı ana gətirir onu böyüdür hər birimizin əziyyətini ana çəkir belə həqiqət var uşaq anadan yetim qalır əlbəttə ki, atadan da yetim qalır amma ana birincidir niyə? ən azı özümdən deyim səhər işə gedirəm axşam evə gəlirəm çox vaxt uşaqlar yatmiş olur deməli ən azı həmin günü  məni  görmürlər ana isə 24 saatin 24-nü onlarla keçirir bir saat ayrı qalanda uşaq ağlayır ki, anamı istəyirəm atamı istəyirəm demir. düşünürəm ki bunlara ramən ana birincidir. həmin ana biz kişilərin həyat yoldaşıdır biz onların yolunda pul qazanır əziyyət çəkirik lakin onlar (həmin anaların qarşısında baş əyirəm) bizim balalarımızı saxlayır. Bax bu ana qayğısı isti ana qucağının yerini heçnə vermir ailəni xoşbəxt görmək onu xoşbəxt etmək hər kişinin iş deyil buna ancaq güclü kişilər nail olur buna görə maksimus demiş kişi və qadın bir-birini tamamlayır BİR-BİRİNİZİ QORUYUN QƏDRİNİ BİLİN heç kim (nə qadın, nə də kişi) heç kimə minnət qomasın ki ay kişilər belə əziyyət çəkir qadın elə və s (mən fikirlərimi heç kimə ünvanlamıram subyektiv fikrimi bildirdim. istəmirəm birtərəfli mövqe kimi şərhlərim anlaşılsın)
cahandar
Ancaq mənimki əksinə gecə gündüz ağlayır ki atamı istəyirəm gecə yatanda anasını istəyir.
Aysel218
hele yasim azdir evlilik uchun ama men de gelecekde bu cur xosbextlik arzu edirem her kese :)
məryam

Teessüf ki, arzun gerçek olmayacaq. Bele xoşbextlik mümkün deyil:)

Aysel218
her sey insanin oz aglindan ve duzgun seciminden asilidir..duzdu?ideal insan yoxdu ama her kese uygun insanlar var ve insan calismalidirki ilk basda ozune uygun olani sevsin ve agilla hereket etmek lazimdir
cahandar
Məryam niyə hər fikrə pessimist yanaşırsız?
Aysel218
məncədə Məryam ...bu yaşda bele pessimist olmayın...gələcəyini düzgün qurmaq insanın öz əlindədir...mümkünsüz heç nə yoxdu
SABINA ZZ
Cahandar bey,sukur Allaha menim ailemde bir problem yoxdur,xahis edirem aileni buraya qatmayin.bu menim psixologiyamdan deyil,menim gorduklerimden gelen sexsi,subyektiv fikrimdir.Meni qinamaq asandir bes aynaya baxmaq?Bu gun meni qinayanlar oz qadinina sadiq qalan,xeyanet etmeyen,sevgisine layiq olanmisiniz?ozunuzden bu qederr eminsiniz?xahis edirem aynaya baxib yaxsi fikirlesin.tek kisileri qinamiram.ele qadinlar var ki indiki bu dehsetli zemanede kisilerden beterdirler.ne ise movzudan kenara cixdiq,men movzunu da beyenmisdim halbuki.siz kisileri mudafie edende oz subyektiv fikrinizi bildirdiz.amma meseleye obyektiv yanasmaq lazimdir.men qadin oldugum ucun qadinlari mudafie etmirem.her sey gercek oldugu ucun mudafie edirem.problem zemanedir.men q1adinina sadiq kisi gormusem,sohbet zemane gencleri ve yeniyetmelerden gedir.meseleye zehmet olmazsa,obyektiv yanasin,zemanemize uygun olaraq 21 ci esre uyguyn olaraq.sohbet 15ci esrden getseytdi siz deyen idi
cahandar
SABİNA ZZ xahiş edirəm şərhimi diqqətlə oxuyun mən o şərhdə sırf kişiləri tərəfindən aldadılan kişiləri qınamış və sizinlə həmfikir olduğumu yazmışam.Mən yazmamışam sabinanın ailəsi yazmışam ki sabinanın nəzərdə tutduğu qadınlar.Hətta sizin yazdığınız şərhə +1 də mən vermişəm.Yəqin tələsik və diqqətsiz oxumusunuz.Sizi qınamıram olur belə şeylər.Nəinki sizdən,ümumiyyətlə Kayzen istifadəçilərinin əssəriyyətindən əsasən də şərh yazmaq üçün gələn hər bir istifadəçidən xahiş edirəm mövzunu,məqaləni və topikdəki şərhləri diqqətlə oxuyun sonra fikrinizi bildirin.Bu hadisə birinci dəfə deyil,dəfələrlə təkrarlanıb ki səhv anlaşılan şərhə səhv şərh verilir.Şərh yazmağa tələsməyin.Çox xahiş edirəm.Şərh yazmaq vacib deyil yazılanları doğru düzgün mənimsəmək vacibdir.Təşəkkür
SABINA ZZ
uzr istemeyi bacarmaq lazimdir. bir menfi bir musbeti aparib.orda aile ile bagli cumlede ola bilsin sehvlik olub sehv basa dusmusem.hormetli maksimusun serhi meni ozumden cixartdi,sizin serhe sebr qalmadi,qusura baxmayin.
cahandar
olan işdir əslində maksimusun yazdıqlarında da həqiqət var sadəcə hər kəs hadisələrə bir yöndə öz düşündüyü kimi yanaşır və bu da normaldır.hər kəsin fikri subyektivdir.
SABINA ZZ
problemde burdadir men obyektiv yanasmagin terefdariyam,meselelere obyektiv yanasilmalidir.eks halda verilen qerar yalnis olar
cahandar
Sabina xanım,qaldı ki mənim sadiqliyimə.Bəli,mən özümə tamamən əminəm.Həm dostluqda həm şəxsi münasibətdə məndən Xəyanət yan keçər.Dostlarım,ətrafım bunu təsdiqləyə də bilər.Xəyanət yaralı yerim,sadiqlik mhəyat prinsipimdir!!!
SABINA ZZ
teki hami ozune emin bir sekilde bunu deye bilerdi,ele insanlari gordukce heyata olan umidlerim artardi.heyatda nifret etdiyim iki sey:xeyanet ve yalandir,bu movzularda da olduqca hessasam
cahandar
Elə isəAllah sizi heç zaman xəyal qırıqlığına uğratmasın.Xəyanətdən və xəyanətkardan saxlasın.Təəssüf ki buna heç kim zəmanət verə bilməz.Onu da qeyd edim ki,ailə həyatında düzdür kişinin vicdanı ön planda lakin qadından da çox şey asılıdır.Yəni qadın ailəsini özünə bağlamağı davranışı nəzakəti xanımlığı ilə bacarmalıdır.Bu da qadının psixologiyanı az da olsa bilməsindən çox asılılığı var.Qadın ilk növbədə təmkinli,səbrli,dözümlü,ailəsində psixoloq,nəvazişli olmalıdır.Ən əsas da az da olsa dini bilgiləri olmalıdır.Sonuncu yazdığım hər iki cinsə aiddir.
SABINA ZZ
Amin!hec kimi ugratmasin.men sizin bu yazdiqlarinizin hamisini her iki cinse tovsiyye ederdim.Cox duzgun yazmisiniz.
MaksiMuS
Sabina xanim menim hansi ifadem sizi özünüzden çixartdi?
SABINA ZZ

evlendikden sonra aile qaygilari,isle olan problemler onsuz da kisini hem fiziki,hem menevi cehetden yorur.kisinin boynuna dusen mesuliyyet daha agirdir.billem indi indi agzi olan danisacaq ki qadinin mesuliyyeti azdir?


Ne ise bu sohbeti baglamaq daha yaxsidir.insanlar bizim mubahisemizi oxumaga mecbur deyiller.Her kesin oz fikri var men de oz fikrimi yazdim sizde,fikirlere olan munasibetde aydindir,artiq sohbete ehtiyac yoxdur

məryam
Mübahisəyə qarışmaq istəmirəm amma, oxuyuram. Mən oxuya-oxuya yoruldum. Siz yazmaqdan yorulmadız?
perceptron
commentariyalrin sayindan bele basha dushdum qirgin gedir, amma oxumamishdan evvel meqaleye gore sag ol, ellerive sagliq, amma axirdaki shekilleri hec basha dushe bilmedim?! Xaricilerin shekillerinin fonunda niye yazilari verirsen, bizde gozel qiz&oglanlarimiz yoxduki, qonshudan borc alirsan? Ondan bashqa super xeyaldi, realashacagi cetin olan bir xeyal, bu gunki iqdisadi sosial probleri nezere alanda adaim lap yuxusu qacir :)