Ideal qadın

  • Qadın
Kişilərin gözü ilə ideal qadın necə olmalıdır ?
İdeal bir qadının oxuma vərdişi olmalı. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər.
  • Telefonla lazım olduğu qədər danışmalı. Qadınların telefon danışmalarını saatlarla uzatmaları kişilərin sinirlərini pozur.
  • Ağır makiyaj etməkdən, həddindən artıq ətir və çox nəzərə çarpan laklar istifadə etməkdən qaçmalı. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də kişilərin seçimi təbii və günahsız gözəllikdən yana olur.
  • Televiziya seriallarına asılı olmamalı. Həyatını bu seriallara görə programlayan və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar.
  • Lüks tutqunu olmamalı, alver əsnasında da məntiqini qoruya bilməli. Kredit imkanı var deyə evə gərəksiz əşyalarla dolu paketlər daşımamalı.
  • Spirt və siqaretdən uzaq dayanmalı. Bəyəndikləri qadınları eyni zamanda bir ana namizədi olaraq görən kişilər pis vərdişləri olan qadınlardan uzaqlaşa bilirlər.
  • Formasına diqqət yetirməli. Amma hər yeməyə «diyetadayam» deyə başlamamalı. Çünki bu kişiləri ən çox sıxan sözlərdən biri...
  • Evi ya da otağını oyuncaqlarla doldurmamalı. Yalnız görünüşü gözəl deyə evi heç bir işə yaramayan əşya kütləsinə boğmamalı.
  • Dilini pis istifadə etməməli. Bol bol yəni, filan, şey kimi sözlər istifadə edən və arqo danışan qadınlar yerinə təsirli və nizamla danışma hər vaxt daha cazibədar gəlir.
  • Yalnız qızlarla deyil kişilərlə də yoldaş ola bilən qadınlar, kişilərə daha cazibədar gəlir. Belə qadınlarla daha asan və yaxşı ünsiyyət qura bilirlər.
  • Uşaq təqlidi edərkən çox cansıxıcı olmamalı. Qadınların şirin olmaq adına etdikləri kiçik uşaq təqlidləri yerində və dozasında olmadığında kişilərdə tərs reaksiya yarada bilir.
  • Qısqanc olmamalı. Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri mesajını verərək cazibədarlıqlarını itirə bilərlər.
  • Kişinin hər şeyiylə maraqlanmamalı. Bəzən anasından daha irəliyə keçərək, kişinin hər işiylə maraqlanan qadınlar, aradakı münasibətin pozulmasına və kişinin qaçmasına səbəb olurlar.
  • İç dünyasında dinc ola bilməli. Keçmişdə yaşadığı psixoloji problemləri və ailə içi problemləri təhlil edə bilməmiş qadınların, kişilərin gələcək planlarına girmələri çətinləşir.
  • Öz ayaqları üzərində dayana bilməli. Heç bir işlərini bir kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar, kişilərdə əvvəllər bir qoruma duyğusu yaratsa da bir müddət sonra bu duyğu sıxılmağa çevrilir.

15 şərh

umud600
Əgər dünyada sadalanan xarakterli qadınlar olsaydı, bu dünyanın bir nömrəli möcüzəsi olardı. :)
ElcinHesenov
Mən belə düşünürəm ki,ideal qadın özünü hər zaman təmiz adı, ləkəsiz mərd ,cəsarətli ,namuslu, olmalıdır. Ailəcanlı və həyat yoldaşına yalansız sevgi verməlidir.
MaksiMuS
Qeyd olunan bendeler gozeldi.Ama 7mlrdin 51%-i olan qadinlarin icinde birce 1 xanim tapilmazki bu parametrlerin hec olmasa yarisina uygun gelsin:) Men umumi 1 cumleyle ifade EDIM: IDEAL QADIN MENIMCUN ADIMA,WEREFIME,AILEME,HEYATIMA,GELECEYIM OLAN UWAQLARIMA 'NÜMUNE SAYILACAQ, (IDEAL YOX)', BAWIMI UCA TUTACAQ BIR XANIMDIR.movzu yaxwidi.twk.+
Aysel218
insan oz wexsiyyetinne hormet edirse mence o idealdir…
SHATENKA407
super....coxu bildiyim sheyler olsada bilmediklerim de vardi.zennimce her bir qadinin riayet etmeli oldugu sheyler bunlar
Nailə_Qasarayeva
Çox nəzərə çarpan laklar istifadə etməkdən qaçmalı. Bu istisna olmaqla, qalan  hər şey mənə uyğundur. Belə çıxır ki, mən ideala çox yaxınam?  İdeal olmaq üçün, məncə bunlar kifayət etmir.
cahandar
İdeal qadın və ya kişi olmağı hər kəs bacarmaz.Çünki hər kəsin mənfi xarakterləri vardır.İdeal qadın yalana,xəyanətə nifrətlə yanaşan və özünü bunlardan çəkindirən birisidir!!! Mənim nəzərimdə.İdeal qadın artıq XANIMdır deməkdir.
Aysel218
sizle raziyam… sadece bu topikde beyenilmeyen qadin xusiusiyyetlerini qeyd etdimki buda idealliga yaxindir

insan oz wexsiyyetinne hormet edirse mence o idealdir…
peqasus

deyesen menim bacim ideal qadindi )))))))))


 

doYwanka
Evi ya da otağını oyuncaqlarla doldurmamalı --bunu cixmaq şerti ile bele cixir men idealam )))
SABINA ZZ
Burda behs olunan qadin sadece ideal gorkemli bir qadindir.Belke ici bosdur.ICi de dolu olsa,onda ideal deyersiz,heleki yarimciqdir sadece
Creative
Sadalanan xüsusiyyətlər bir qadında olmalı olan xüsusiyyətlərdir. Belə deyək də, ideal qadın: qadın olaraq doğulan birisinin qadın olaraq qalmasıdır. Bizim  qızlarımızın əksəriyyəti «potensial qadın»lıq tərbiyəsi almadığı üçün zamanla qadınlıq proqramları pozulur. Onun nəticəsində də «serial aslılığı olan qadın», «oyuncaq-oyuncaq oynayan qadın» kimi mutant qadın tipləri ortaya çıxır. Əslində isə qadının qadın olması ən ideal olanıdır.
SABINA ZZ
Niye qeribe yanasirsiz ki,seriali sevende,helede usaqliq hissleri icinde olan qadinlar da ola biler.Ideal qadin menim anlayisimda budur:exlaqli,serefli,namuslu,,qeyretli,yerini,oturusugunu, durusunu,boyuyu kiciyi,dogmani ,yadi bilen qadindir.Ideal Allahin ona verdiyi keyfiyyetler tam emel edendir.Yox ideal qadin oyuncaqla evi doldurmasin(burda ev aksesuarlari nezerde tutulub),seriala baxmasin,alis veris etmesin,onu etme bunu etme,nevar ne var 1-2 kisinin gozunde ideal olacaqsan.Men bu fkirle qeti razi deyilem.