Elm adamları və qadınlar

  • Qadın
Fizik:
Qadının dili F=ma düsturu kimi hər şeyə əvəzdir. Onun ürəyi 30.000 volt gərginlikli cərəyan mənbəyidir. Əlləri ifratkeçiriciliyə malik xassəylə bu cərəyanı toxunduğuna keçirir.
Ufoloq (astronom)
Onlara yaxınlaşmaq lazım deyil. Onlar özləri səni cəzb edib öz peyklərinə çevirəcəklər. Zərif bildiyimiz bu məxluqlar «Qara dəlik » (nəhəng qalaktikaları udan burulğan) kimi istədiklərini udmağa qadirdirlər.
Kimyaçı
Qadınlar qliserindir(şirin və güclü zəhərli maddə). Onlar natrium silikat kimi adama yapışır, sonra isə sulfat turşusu kimi onu kömürləşdirirlər. 

Bioloq
Qadınla ilan arasında fərq ondan ibarətdir ki, ilan sürünür, qadın süründürür. Onun dili pələng qədər yırtıcı, özü isə kəpənək qədər  zərifdir. Bir sözlə, qadìn tamamlanmamış DNT-dir.
Tarixçi
Qısa deyə bilərəm ki, qadın SSRÎ tarixidir. Bu tarix yalan yazılmış və zorla insanlara sevdirilmiş mənasız, lazımsız bir tarixdir. 
Coğrafiyaşünas
Qadın «körfəz» və «boğazlar» kimi insanı qardaşdan, bacıdan, ata-anadan ayırır. Onun ürəyindən axan qandan Ölü dəniz, gözəlliyindən isə meşə landşaftları, fauna ve flora yaranıb.
Riyaziyyatçı
Qadının gözəlliyi monoton artan, ağlı isə monoton azalandı. O,mələyin törəməsidir. Lakin biz onu inteqrallaya bilmirik. 
Dilçi alim
Qadìn xəbər əsasında formalaşmış cümlədir. O,felin icbar növüdür. Əvəzlik kimi hər şeyi əvəz edir, yerində  işlənir və sualına cavab verir. 
Ədəbiyyatşünas
Onunla tanışlığın əvvəli M.P.Vaqifin poeziyası kimi nikbin, axırı isə M.V.Vidadinin poeziyası kimi bədbindir. Dili  daim İzzəddin  Həsənoğlunun qəzəlləri kimi ritorik suallarla doludur. Dilində  hər zaman tapmaca, yanıltmac və ya qarğışlar olan bu incə məxluqların həyatına daxil olan kəslərin taleyi Çingiz Abdullayevin əsərlərində öz əksini tapmışdır.
Mühəndislər
bir proyekti tamlıği ilə göstərib maketin qurmaq olar. Amma qadını  heç bir vəchlə. Çünki bir eyib və  bir gözəllikdən ibarət maketi düzəldib dayanıqlı etmək mümkün deyil.
Iqtisadçı
Rəqabətin ən inhisar forması qadınlar arasında gedir. Onlar  heç  bir iqtisadi  öhdəlikləri qəbul etməyən  əmtəə  növüdürlər  və  bu  əmtəə  sıfır  qiymətindən  insanların həyatı  ilə ölçülə  bilən dəyərə  malikdir.     :)

 

11 şərh

Aysel218
Burda sadece tarixci ile razi deyilem :)
Xrizoberil
mən də həmçinin… heç sevmədim o fikri (((
ElcinHesenov
Mən Riyaziyyatçı ilə raziyam
SABINA ZZ
oxudum sadece guldum,tesekkur Aysel,maraqli idi,amma gercek yox
Xrizoberil
digərlərinin hər birin də müəyyən qədər doğruluq var… mənə bioloqun fikri daha maraqlı gəldi )))
Coğrafiyaşünas
Qadın «körfəz» və «boğazlar» kimi insanı qardaşdan, bacıdan, ata-anadan ayırır. Onun ürəyindən axan qandan Ölü dəniz, gözəlliyindən isə meşə landşaftları, fauna ve flora yaranıb.

bu fikirlə isə tam razıyam, təəssüflər ki, belə qadınlar heç də az deyil :(
lili95
bir defe de kisileri mezemmet edin de.bir bele de sisirtme olar ay Asel
Xrizoberil
))) əsəbləşmə lili95, məzəmmət ediliriksə daim diqqət mərkəzindəyik deməkdir
lili95
Vallah yazilardan bele cixir kki biz mini seytanlariq
MaksiMuS
Özləri öz paxırların açıbee..:)) Orjinal yazıdı. Ama qeyd olunanların heç biri ilə razı deyiləm. İstər müsbətiylə, istər mənfisiylə şişirtmə, mübaliğə, metafora var… Qadın mənimçün əmanətdi ALLAhdan. Vəssalam.
lili95
cox sagol.
Aysel218
Bu mezemmet deyilki  sadece olaraq maraqli fikirler idi....Qadin boyuk quvvedi...ozumuzle fexr edek:)