Alış-veriş üçün bəhanələr

İngiltərədə qadınların sevdikləri paltarları alarkən özlərinə bəraət qazandırmaq üçün dilə gətirdikləri bəhanələri araşdırılıb.
Məlum olub ki, hər 4 qadından 3-ü özünü əlindəki pulu həddən çox xərcləməkdə günahkar sayaraq alış-verişdən sonra hərəkətlərini müdafiə etməyə çalışır. Qadınların üçdə ikisi evə döndükləri anda pul xərclədikləri üçün peşman olur, dörddə biri isə təlaşdan tərləyir. Hər 3 qadından biri həyat yoldaşına aldıqları paltarların real qiymətini söyləmir, beşdə biri aldığı paltarı bir müddət gizləyir.
Bu araşdırmanı  “promocodes.co.uk” moda saytı 3 min qadın arasında aparılıb.
Qadınların ən çox söylədikləri bəhanələrin siyahısı aşağıdakı kimidir:
1. Endirmdə idi;
2. Bir az kefimi artırmağa və nəşələnməyə ehtiyacım vardı;
3. Bu gün gözəl görünmək istədim;
4. Bu paltarı uzun müddətdir ki, istəyirdim;
5. Uzun zamandır ki, yeni bir şey almamışdım;
6. Özüm üçün heç vaxt çox pul xərcləmədim;
7. Paltarlarım çox köhnəlmişdi
8. Bu paltara həqiqətən çox ehtiyacım vardı;
9. O biri xərclərdən artırdığım pula bunu aldım;
10. Ziyafətə getmək üçün bu paltara ehtiyacım vardı.
 

0 şərh