Azərbaycan qızları niyə heç vaxt gülümsəmir?

  • Qadın
Bir dəfə idman zalına gedirdim. Yolda radio dinləyirəm, gözümdə gün eynəyi, pəncərənin arxasında güməş... Yerli rəfiqəm zarafatla mənə minnət etdi ki, o, mənim maşınıma yol vermək üçün maşınını saxlayıb. Mən isə, onun dili ilə desəm, öz "rus üslubumla,heç gülümsəmədim də və ona əl də sallamadım". Buna nə deyə bilərdim ki? Mən rus deyiləm və Bakıda soyuq qış olmur? Hamıya izah etmək məni necə də bezdirib!
Lakin bu, məni düşünməyə vadar etdi. Bilirəm o nəyi nəzərdə tuturdu. Mən özüm həmişə keçmiş "sovetdən" "bizimkiləri" qaşqabaqlı, ciddi sifətlərindən tanıyıram. Bütün Sovet Ittifaqının əvəzinə bəraət qazana bilmərəm. Amma mənim Azərbaycan qızlarının niyə belə olduğu ilə bağlı izahım var.

Mən əvvəl heç cürə başa düşə bilmirdim ki, Ingiltərədə cəmi 2 il yaşadıqdan sonra Bakıya qayıdım, taksi sürücüləri dərhal məni xariciyə bənzətsinlər (Ironiyaya bax ha: burada da xarici, orada da xarici!).
Nəhayət, başa düşdüm ki, məsələ geyimdə və ayaqqabıda deyil. Məsələ üzün ifadəsindədir. Qərb qadınları daim gülümsəyirlər!
Bu, təmkinli və qıcıqlı təbəssüm ola bilər. Məsələn, - "Nə döyərdim səni burdaca!" təbəssüm və ya "Məni necə də bezdirdiniz", amma yenə də təbəssüm.

Mağazada arabalar toqquşdu - bir-birilərinə təbəssüm etdilər. Taksi sürücüsünə, ofisianta və mağazada satıcıya gülümsədilər. Hər yerdə və hamıya gülümsəmək olar. Yanından qaçan idmançılara və həmişə küçələrdə çapan və maşınla keçməyə mane olan at üstündəki gənc qızlara: gülümsə və əl salla! Burada həyat qaydaları belədir.
Lakin bu adət məndə dərhal əmələ gəlmədi. Bakıda qadınlar tanımadıqları insanlara gülümsəmirlər. Əgər psixiatriya xəstəxanasından qaçmayıblarsa və ya gecələr küçələrdə fənərlərə söykənib durmurlarsa...

Əgər azərbaycanlısansa və tanış olmayanlara gülümsəyirsənsə, onda, çox güman ki, yüngül qızsan və deməli, sənə söz atmalarına layiqsən. Əgər özünə qarşı hörmət istəyirsənsə, nə badə sürücü və ya ofisianta, xüsusən də bazarda satıcıya gülümsəyəsən. Özünü nə qədər kobud və soyuq aparsan ətrafdakı kişilərdən bir o qədər çox hörmət və heyranlıq gözləmək olar (əgər çirkin deyilsənsə).

Və bütün bunları yerli tanışlarıma izah etmək istəyitəm: biz xam deyilik, doğru sözümdür. Bu, sadəcə olaraq, illərlə yığılmış özünümüdafiə instinktidir. Biz gülümsəmirik ki, hər küçədə bizə söz atmasınlar!
Lakin mənə elə gəlir ki, hər şey daim dəyişir. Və mən Bakıda toydan şəkillər gördüm ki, burada gəlin gülümsəyirdi, tamamilə xoşbəxt idi və hətta rəqs edirdi!

Sözardı: Siz yəqin ki, çəkdiyim şəkillərə baxırsınız və düşünürsünüz: Burda nə çəkmisən? Bu oğlanlar 100% mavidirlər! Tutaq ki, mənim şəklim o qədər də yaxşı alınmayıb. Mən Azərbaycan oğlanının qəribəliyini çatdırmağa çalışmışam. Oğlan yanından keçən qızlara o qədər aludə olub ki, onların ardınca fit çalmaq üçün yoldaşının boynundan asılıb.

Amma eyni zamanda, düzünü desəm, azəri oğlanlar çox vaxt bir-biriləri ilə sıx əlaqəyə girirlər. Məsələn, Bakı küçəsinə təxminən 20 yaşlarında gənc oğlanlar gedir və bir-birilərindən tutublar. Xaricilər, yəqin ki, mavi cütlüyün gəzintiyə çıxdığını düşünərlər. Hətta, yəqin ki, düşünürlər: "Sağ ol səni, Azərbaycanda necə də azad əqidə var"!

Lakin təkcə biz bilirik ki, bu uşaqlar, çox güman ki, mavi deyillər. Sadəcə olaraq, hansısa qəribə adət üzrə bizim oğlanlar görüşərkən öpüşürlər və qucaqlaşırlar və əl-ələ də gəzə bilərlər. Və bu, heç də nə isə anlama gəlmir! Odur ki, əlbəttə, üzr istəyirəm, amma mənim çəkdiyim şəkil əslində kifayət qədər səliqəlidir.

Mənbə: Contact jurnalı

11 şərh

lili95
Sadəcə məkan və beyin fərqi var.
Ferbara
Həyatda Azərbaycan qızlarının gülümsəmədiyini görsək də həmişə kinolarımızda şaqqanaq çəkib gülən qız obrazları görmüşük. Belə lazımmmış elə bil. Misal üçün «Bıyin oğurlanması» kinosunu göstərə bilərəm. Kinonun əvvəlində rejissor aktrisadan daha da ucadan gölməyini tələb edir. :)
Belədə isə, xariclə müqayisə olunmağımızı istəməzdim.
Ümumiyyətlə, ciddi millətik. Fərqi yoxdu, qız, ya oğlan. Bizdə hamı qara geyinir. Xaricdən bura gələnlər ilk geyimimizi və üzümüzdə olan ciddi ifadəni görüb əvvəlcə hürkürlər. Ünsiyyətdə olduqca yanıldıqlarına, yəni əslində mehriban və gülərüz olduğumuzun şahidi olurlar. Əsas odur ki, onların gördüyü «qaraqabaq cəmiyyət» öz üzvlərini sıxmır. Yəni burda yaşamaq xaricdə yaşamaqdan asandır deyə düşünürəm. Məncə süni hər yerdə gülümsəməkdənsə (bunu məqalədə də deyir), lazım olan yerdə gülümsəmək məqbuldu.
Qızların gülümsəməyinə gəlincə, gülümsəmək yüngüllük əlaməti deyil. Yüngüllük əlaməti gülümsəməkdən sonra olanlardır. Bir də ki, bir psixologiyaya aid RUS məqaləsində oxumuşam ki, kişilər ona gülümsəyən (əlbəttə ki, əksər hallarda yersiz) qızın onları nəyəsə (məlumdur ki, nəyə) dəvətə çağırırdığını düşünür. Yəni «gülümsəmək» qızlar üçün və oğlanlar üçün fərqli başa düşülən davranışdı. Sözün qısası, gülümsəməyin bu qədər təhlükəli olduğunu düşünməsəm də, onun da öz yeri var.
Hə, oğlanları demədim axı. Onlar haqqında sussam yaxşıdı. :)
MaksiMuS
Gulumsemek ve guleruz olmaq.bu sozler arasinda Kayzendeki werh qeder ferq var.:)Guleruz olmaq hamiya yarawir ve her zaman guleruz olmanin terefdariyam.Cun kucede,yolda gornuwce urekcan olmayan qizlarin gulumseyerken daha celbedici oldugunu sezmiwem.sifetinden zehrimar,qati ciddilik yagan,sert gorunuw heckime,elexsus zerif cinse yarawmir.Ozunu nece hiss edirsense elede gorun.Bezileri ciddi gorunerek daha agilli qebul olunacagi yalniwligindadi.bedbext anlamirki o gorunuwden soraki daniwiq ve davraniw senin ic uzunu,aglini FAW edecek. O Ki qaldi gulmeye?etik qaydalar gozlenilmele tebii guluw daha gozeldi.
Gülnar
Durduğu yerdə və ya tanımadığı insana nəyə gülsün ki insan? Bu məsələdə biz haqlıyıq qərb yox.
Responsible
Bu formada xariclə müqayisə etməyi heç bəyənmirəm. Tam deməyim amma bu, bizim millətimizə daha dəqiq qadınlara xas olan bir xüsusiyyətdir. Qadın əlbəttə gülməlidir yaxud gülümsəməlidir amma kişiyə nisbətdə qadın davranışlarına qarşı daha diqqətli və ölçülü olmalıdır. Bəzən gülümsəmək əvəzinə «sağ olun» demələri də kifayət edir. Mənim fikrimcə elə də böyüdüləsi problem deyil, heç problem də deyil. Guya Avropa ölkələrində heç her şey idealdır ki? Hərhalda onlarda da tənqid ediləsi məqamlar var. Sadəcə etalon olaraq Avropa ölkələri götürüldüyü üçün heç kim müqayisə etmir.
Rene
Bizim oğlanlar bir-birilərinin üzündən öpürlər, amma əl-ələ tutub gəzmirlər. Yox bir daha nələr…
Mövzu ilə bağlı yadıma tələbəlik illərimdən bir şey düşdü. :) Əcnəbilərin və özümüzkülərin iştirak etdiyi bir konfransda könüllü kimi iştirak edirdim: qonaqların problemləri maraqlanırdıq və s. İclas ərzində biz (yəni mənim kimi tələbələr) otaqda nəzarətçi kimi gəzirdik. Əcnəbi ilə baxışlarımız toqquşanda əcnəbi (fərqi yoxdur, qadın və ya kişi) gülümsəyir deyə biz də avtomatik gülümsəyirdik və ya gülümsəməli idik. :) Elə ki baxışımız bizimki ilə toqquşurdu, görürdük sir-sifətindən zəhrimar yağır, biz də tez ciddi üz ifadəsi alırdıq. Bizdəki mimika dəyişikliyini görmək lazım idi ))) Təsəvvür edin, gah gülümsəyirsən, gah da sifətindən zəhrimar yağır. ))))
Qərbi nümunə götürürük, halbuki ən gözəl əxlaq İslamda və dolayısı ilə Şərq xalqlarındadır. Böyüyə hörmət, kiçiyə mərhəmət İslamdadır. Özümüzə məxsus dəyərlərə sahib çıxaq ki, sonra onları özgələrdə görüb bu cür köks ötürməyək…
Refsan
Bu məqaləni kim yazıb bilmirəm, amma, yazan şəxs zəhmət olmasa Azərbaycanın ağırbaşlı və əxlaqlı qadınlarını qərbin tərbiyəsiz qadınları ilə, ağırbaşlı və evinə bağlı kişilərini isə qərbin gecə klublarında gecələyən kişilərinə tay tutmasın! İslam dəyərlərinə sahib olan şərq xalqlarının tərbiyəsini pozmaq istəyənlərə ar olsun.
Bashirova_Gyulnar
Mən bu məqalənin bəzi nüansları ilə razıyam...Lakin Azəri qizlarının gülməməyi ilə razı deiləm..Mənə ele gelirki məhz Azəri qızlaarı daha coxz gülərüz olurlar...
azadmamedov90
BÖYÜK ŞƏHƏRLƏRDƏ BÖYÜK BEYİNLƏR-BÖYÜK PROBLEMLƏR, KİÇİK ŞƏHƏRLƏRDƏ KİÇİK BEYİN VƏ BÖYÜK PROBLEMLƏR...yetərincə insanı yoran hadisələr və s...yaşamadan ölür bizim qızlar,həyata bağlanmadan qopurlar…
istorik_c
Vay o gündən bizim qızlar bir balaca sifətlərinə təbəssüm versinlər. Bizim «yanıq kərəmilər» o təbəssümə hərbi radarlardan da tez reaksiya verirlər.
azadmamedov90
istorik_c — raziyam, ama her zaman cixis yolu var. bu heytada cahiliyyet, tehsilin  asagi seviyyede oldugu bilinir, hamiya melumdur. ve o yaniq keremiler de ele ordan qaynaqlanir. ))
ZEITGEIST filmlerine baxmagi meslehet gorurem.