Nə vaxtsa mövcud olmuş qadın hüquqlarından

1.Qədim Romada qadınların öz malına hökm və vəsiyyət etməyə hüququ çatmırdı. O, öz cehizinə də sahib deyildi. Cehizsiz ailə qurmaq qadağan edilmişdi. Hətda bu şərəfsizlik kimi qiymətləndirilirdi. Bu halda uşaq dünyaya gələrdisə, qeyri qanuni sayılırdı.

2. Avstralira aborigenlərinin adətinə görə, kişi arvadının qulağına get sözü deməklə boşanmış olur. Qadınların isə boşanma hüququ yoxdur.

3.Madakasqarın yerli əhalisinin adətinə görə, ailə münasibətlərində boşanmanın qarşısını almaq üçün müvəqqəti boşanmalardan istifadə olunur. Yəni ər arvadı boşayarsa bu boşanma müvəqqəti olur və müəyyən dövrdən sonra nigahı təntələli şəkildə bərpa etmək mümkündü.

4. Çində də qadın hüquqları məhdud olmuşdur. Əgər qadın oğlan övladı dünyaya gətirməzdisə, oğurluqla məşğul olardısa, ərinin sözünə baxmazdısa, əri onu asanlıqla boşaya bilərdi.

5. Əfqanıstandakı Nuristan əyalətininin sakinlərinin adətinə görə qadın boşanmaq istəyirdisə ikinci dəfə ərə gedərkən, onun yeni əri, keçmiş ərinin çəkdiyi toy xərclərini üç qat ödəməliydi. Boşanmağı kişi tələb edərdisə, yeni ər yalnız toya çəkilən xərci odəməli olurdu.

6. Livanın bəzi yerlərində isə qadın evdən çıxarkən ərinin icazəsini alırmış. Ər desə ki, "get və yanidən qayıt", demək hər şey qaydasındadı. Əgər qadını boşamaq istəyirsə bu zaman ər yalnız "Get" ifadəsini işlədirdi.

 

10 şərh

fidan
Vaxtilə nərgiz də Əski qadınlar adlı maraqlı postu tapıb çıxartmışdı.
IDEAL
Sorry bilmirdim. Təkrarları bir neçə dəqiqəyə başqaları ilə əvəz edəcəm :)))
papatürk
Heç nəyə dəyməyin.qoy elə də qalsın.
IDEAL
Siz artıq dəyişdiyim variantını oxuyursuz. Əgər əvvəl ki, məlumatları oxumaq istəsəz Fidanın qeyd etdiyi səyfəyə keçə bilərsiz. Nərgiz xanım o faktlara məndən qabab toxunub.
Ferbara

Burda nə qədər səhvlər var?!


«Hətda» yox, «Hətta».


-sa, -sə şəkilçisindən sonra vergül olmalıdır.


«sapık» sözü Azərbaycan dilində yoxdur.


«fikir» sözü hallananda ikinci «i» düşür, ona görə «fikrə» olmalıdır.


yanidən, yəni yenidən?

IDEAL
Belə səhvlər hamının məqaləsində olur. Düzdü bunu bəhanə etməyim düz deyil ancaq qüsursuz iş olmur. Fidan xanım qeyd etdiyi üçün bir az tələsdim yeni materialı yarləşdirməyə. Üzrlü qəbul edin.
IDEAL
Siz bu sapık sözünü haradan oxumusuz? Mən tapa bilmədim.
Ferbara
Düzəlişdən əvvəl var idi. Cümlə təxminən belə idi: «Quranda bu sapık fikirlər yox idi»
IDEAL
İngiltərədə isə 4-cü əsrə qədər kişilər qadınlar satmaq hüququna malik idilər. İlk günahl işlədən Həvva hesab edildiyindən, qadına şeytan nəzərində baxırdılar. Buna görə hətda qadınlar İncilə əl vura bilməzdilər. Bu sapık fikir isə təbii ki, peyğəmbərin tanıtmış olduğu dində yox idi. Bildiyimiz kimi, səmavi kitablar olan Tövrat, İncil və Quranda Həvvanın Adəmə yoldaş olduğu deyilir və bu kitablarda qadına qarşı bu tip yanaşmaq üçün əsas ola biləcək heç bir fikirə rast gəlinmir. Kral 7-ci Henrixin (1509-1547) hakimiyyəti dövründə nəhayət ki, qadınlara İncili oxumaq hüququ verildi. 1788-ci ilədək isə qadın həyat yoldaşının sözünə mütləq şəkildə əməl etməli idi.

Yadıma düşdü. Məqalədən çıxartdığım bu fikirdədi.