Bir gün kimya dərsində

Məkan: Kimya Laboratoriyası
Fənn: Kimya
Dərs: Kimyəvi Elementlər

Element: Qadın
Simvolu: WOO
Atom çəkisi: 53,6 kq olaraq qəbul edilmişdir, ancaq 40 kq-dan 200kq-a qədər müxtəlif növləri vardır.
Tapıldığı yerlər: Planetdə insan ayağı dəymiş hər yer

Fiziki xüsusiyyətləri:
1 — Səthi rəngli zərif təbəqəylə örtülmüşdür. 
2 — Dəyişik tempraturlarda qaynayır.
3 — ızın heç bir səbəb olmadan donur.
4 — Xüsusi diqqət gördükdə əriyir.
5 — Səhv istifadə zamanı dişləyir.
6 — Yonulmamışından tutmuş mədən filizinə qədər çox formada tapılır.
7 — Standart ölçüləri olsada asan tapılmır.
8 — Cazibədar xüsusiyyəti olduğuna görə ona çox da yaxınlaşmamağınız məsləhətdi.

Kimyəvi xüsusiyyətləri:
1 — Qızıl, gümüş, platin və digər qiymətli mədənlərlə yaxın qohumluğu vardır.
2 — Böyük miqdarda bahalı maddələri və qiymətli daşları absorbiya edə bilər (uda bilər) .
3 — Müəyyən bir  səbəbə bağlı olmadan partlaya bilər.
4 — Səbəbsiz yerə çıxıb gedə bilər.
5 — Məhlulda həllolma əmsalı yoxdur, lakin spirtlə doydurulduğunda fəaliyyəti böyük nisbətdə artar.
6 — Dünyada bilinən ən böyük sərvətdir.

Ümumi istifadə sahələri:
1 — Ümumiyyətlə bəzək olaraq.
2 — İstehsalda.
3 — Müəyyən dozada istifadə edilməsi halında rahatlamada böyük köməkçi xüsusiyyəti vardır.
4 — Çox təsirli təmizləyici xüsusiyyəti vardır.

Aparılmış test nümunələri nəticəsində : 
1 — Saf nümunəsi təbii halda tapıla bilsə rəngi parlaq bənövşəyiyə dönər.
2 — Daha yaxşı bir nümunəsiylə müqayisə edildiyində rəngi qırmızıya dönər.
3 — Qulağa zərər verdiyi təsbit edilmişdir.

Potensial təhlükələri:
1 — Təcrübəsiz əllərdə çox təhlükəlidir.
2 — Birdən çoxuyla maraqlanmaq qanunla qadağan edilmişdir, ancaq müxtəlif yerlərdə və bir-birlərinə birbaşa rast gəlməsinin qarşısı alınması şərti ilə bu edilə bilər.
3 — Eyni məkanda, uzun müddət bir yerdə olmaq müxtəlif yoluxucu xəstəliklərə səbəb ola bilər.
4 — Asılılıq yarada bilər və  MÜALİCƏSİ YOXDUR

15 şərh

lili95
Mendeleyevin cədvəlində neçənci yerdədi bu element?
MaksiMuS
O baxır onu harda axtarana :))
lili95
Ümumi istifadə sahələri bölümündə 3cü maddəni anlamadım da…
MaksiMuS
:))) Yəni bir az mədəni formada desək, insan rahatlığının təminində kömək edir.Massaj elmək falan filan :)
lili95
yaxsica yagladin pagladin aaaa.massaj, yox daha neler
MaksiMuS
Kimyəvi xüsusiyyətlər, 3cü bölmə :))
lili95
Vallah partlayan element gormurem buralarda :))
Rene
Müəllifi sənsən, Maximus?
MaksiMuS
Yox Rene, Mənə məxsus deyil, Ama mən redaktə edib mən dərc etmişəmsə demək ÖZÜMKÜLƏŞDİRMİŞƏM :)
SHATENKA407
boynunuza alırsızda yəni əziz Kişilər…  6 — Dünyada bilinən ən böyük sərvətdir. 
soni_memmedzade
doğrudan da güldüm.ən maraqlısıysa...4 — Asılılıq yarada bilər və MÜALİCƏSİ YOXDUR...4 — Xüsusi diqqət gördükdə əriyir...3 — Müəyyən bir səbəbə bağlı olmadan partlaya bilər....1 — Təcrübəsiz əllərdə çox təhlükəlidir.)))))))
Kenan_Elxanoglu
əladır. çox sağ ol.
Medikamentoz
Bu həmin elementin çözülən tərəfidir,kifayət qədər çoxlu yeni kəşf olunan tərəfləri də vardır.
seyidova
puah mınnetıvız olsun :)
seyidova
beli müalicemiz YOXDU :))))))) heriiii bizzzzz