Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Qadınlar nə istəyir?

1.Mənə heç olmasa 10dəqiqə sakit qulaq assınlar.
2.Əşyalar özləri öz yerinə yığılsın.
3.Qaynanamdan ayrı yaşamaq ücün evim olsun.
4.Hər ay bir təzə paltar ala bilim.
5.Ərim və uşaqlarım səliqəli olsunlar.
6.Vannada 1 saat rahatca uzanım,ərim və uşaqlar qapını döyməsin ki,corabım hardadır?
7.Ərim yatmazdan qabaq məni yaxşıca masaj etsin
Davamı →

Dünən gecə (Bütün Qadınlar Üçün)

  • Qadın
Adamın biri xəstələnir. O gün canı işə getmək istəmir. İçindən Allaha belə bir dua edəcəyi tutur:
— «Allahım, hər gün işə gedib 8 uzun saat boyunca evim və yoldaşımın rahatı üçün çalışıram, yoldaşım isə yalnız oturur. Nə olar, bir gün mənim yerimə keçib, nə qədər çətin bir həyat yaşadığımı görməsini təmin et.»
Birdən-birə adamın diləyi yerinə gəlir. Ertəsi səhər, arvadının bədənində oyanır. Dərhal yataqdan atılır, yoldaşının yeməyini hazırlayır, uşaqlarını oyandırır. Paltarlarını hazırlayır, onların da yeməyini yedizdirir. Bəslənmə çantalarını hazırlayır, uşaqları məktəbə aparır.
Ardı →

Azərbaycan qızları niyə heç vaxt gülümsəmir?

  • Qadın
Bir dəfə idman zalına gedirdim. Yolda radio dinləyirəm, gözümdə gün eynəyi, pəncərənin arxasında güməş… Yerli rəfiqəm zarafatla mənə minnət etdi ki, o, mənim maşınıma yol vermək üçün maşınını saxlayıb. Mən isə, onun dili ilə desəm, öz «rus üslubumla,heç gülümsəmədim də və ona əl də sallamadım». Buna nə deyə bilərdim ki? Mən rus deyiləm və Bakıda soyuq qış olmur? Hamıya izah etmək məni necə də bezdirib!
Lakin bu, məni düşünməyə vadar etdi. Bilirəm o nəyi nəzərdə tuturdu. Mən özüm həmişə keçmiş «sovetdən» «bizimkiləri» qaşqabaqlı, ciddi sifətlərindən tanıyıram. Bütün Sovet Ittifaqının əvəzinə bəraət qazana bilmərəm. Amma mənim Azərbaycan qızlarının niyə belə olduğu ilə bağlı izahım var.
Ardı →

Elm adamları və qadınlar

  • Qadın
Fizik:
Qadının dili F=ma düsturu kimi hər şeyə əvəzdir. Onun ürəyi 30.000 volt gərginlikli cərəyan mənbəyidir. Əlləri ifratkeçiriciliyə malik xassəylə bu cərəyanı toxunduğuna keçirir.
Ufoloq (astronom)
Onlara yaxınlaşmaq lazım deyil. Onlar özləri səni cəzb edib öz peyklərinə çevirəcəklər. Zərif bildiyimiz bu məxluqlar «Qara dəlik » (nəhəng qalaktikaları udan burulğan) kimi istədiklərini udmağa qadirdirlər.
Kimyaçı
Qadınlar qliserindir(şirin və güclü zəhərli maddə). Onlar natrium silikat kimi adama yapışır, sonra isə sulfat turşusu kimi onu kömürləşdirirlər. 
Davamı →

Günahsız fahişə

  • Qadın

Bu günləri çox ağır keçirirəm. Sanki bir zaman mənim üçün müqəddəs, əvəzolunmaz olan hər şey mənasını itirməkdədir. Telefon zənglərinə cavab verməyə də əlim gəlmir. Çünki bilirəm ki, yenə də kimsə hansısa xırda problemini böyük dərdə çevirərək üstümə gələcək. Ya da...
Bunları fikirləşə-fikirləşə iş telefonuna zəng gəlir. Götürmək istəmirəm. Ya kimsə səhv düşüb, ya da yenə məndən nəsə soruşacaqlar...

...Telefon isə susmaq bilmir. Dəstəyi götürüb yerə qoymaq istəsəm də, fikrimdən vaz keçirəm. Daha bir zəng və yenə də dəstəyə yaxınlaşmağa ərinirəm. Deyəsən bu telefon mənim lap əsəblərimlə oynadı.
Nəhayət, dəstəyi götürüb kefsiz bir şəkildə «alo» deyirəm. Qarşı tərəfdən həzin və həzin olduğu qədər də kövrək bir səslə «Laləgilin evidir?» deyə bir xanım soruşur. Acıqlı-acıqlı «xeyr» cavabını verib dəstəyi yerə qoyuram.


Ardı →

Bir qadın üçün...


Bir qadın üçün ən xeyirli yer evinin içidir...
Bir qadın üçün ən fəxrli vəzifə analıqdır...
Bir qadın üçün ən təhlükəsiz yer yuvasıdır...
Bir qadın üçün ən gözəl dost ALLAH üçün yaşayan əridir...
Bir qadın üçün ən xeyirli məşğuliyyət ibadətdir...
Bir qadın üçün ən rahat olduğu an övladlarının sevincini seyr etməkdir...
Bir qadın üçün ən gözəl bəzək ədəbdir…


Ardı →

Kişini qadına bağlamağın yolları

  • Qadın
1. Qadının kişiyə qarşı ən təsirli effekti şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

3. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın.
Davamı →

Qadın sirləri

Qadınların bir sıra vərdişləri o dərəcədə müəmmalıdır ki,bəzən özləri də bunların səbəblərini açıqlaya bilmirlər.

1.Qadınlar demək olar ki,hər şeyi: ayaqqabı,yubka,aptekdən dərman və s.ni sadəcə özlərini xoşbəxt etmək üçün alırlar.Bunlara verdikləri ödəmənin miqdarını da hər zaman az söylərlər.Yalan söyləmənin də doğru olduğunu düşünürlər.
Ardı →

Nə vaxtsa mövcud olmuş qadın hüquqlarından

1.Qədim Romada qadınların öz malına hökm və vəsiyyət etməyə hüququ çatmırdı. O, öz cehizinə də sahib deyildi. Cehizsiz ailə qurmaq qadağan edilmişdi. Hətda bu şərəfsizlik kimi qiymətləndirilirdi. Bu halda uşaq dünyaya gələrdisə, qeyri qanuni sayılırdı.


2. Avstralira aborigenlərinin adətinə görə, kişi arvadının qulağına get sözü deməklə boşanmış olur. Qadınların isə boşanma hüququ yoxdur.


Ardı →

Qadın olmanın 29 üstün cəhəti

  • Qadın
«Yaxşı ki, qadın olaraq doğulmuşam „dediyiniz günlər olurmu? Əlbəttə olur! Çünki qadınlar kişilərə görə daha uzun ömürlü olurlar ...
Budur qadın olmanın 29 üstünlüyü ...
1. 30 yaşından sonra  saçlar tökülməyə başlamır.
2. Birdən çox hiss etmə duyğunuz  var.
3. Burun və qulaqlarınız tüklərlə örtülmür.
4. Aylıq gəlirinizin  bir hissəsini erotik jurnallara ayırmaq məcburiyyətində deyilsiniz.
5. Həm duyğularınız var, həm də bunlar haqqında danışa bilirisiniz.
Ardı →