Рейтинг
+74.31

Qadın

91 üzv, 345 topik

Klarissa Pinkola Estes - Qurdlarla qaçan qadınlar

Hər birimiz «vəhşi»lik arzusundayıq. Bu arzunun çox az panzəhəri var. Bizə belə arzudan utanmağımız öyrədilib. Uzun saçlarımızla duyğularımızı gizlətməyə çalışmışıq. Amma «Vəhşi qadın»ın kölgəsi gecə və gündüz pusuya yatmış halda varlığını davam etdirir. Harada olmağımızdan asılı olmayaraq arxamızca gələn bu kölgə, şübhəsiz ki, dördayaqlıdır".

Davamı →

Əzilən qadınlar diyarı

  • Qadın
5 noyabr dünyada “Qadınlara Yönəlmiş Şiddətlə Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur. Bir çox tarixi gün kimi bu günün də özünə xas hekayəsi var. Bu yazımda qısaca iyirmi beş noyabrın hekayəsindən, hekayədən yola çıxaraq mənə görə sorğulamalı olduğumuz məsələlərdən yazacam.
1930-cu ildə Rafael Trujjilo Dominik respublikasında idarəçiliyi ələ keçirir və 30 il ərzində respublikanı diktatura rejimi ilə idarə edir. İdarəçiliyi dövründə ona qarşı çıxanlar arasında üç bacı da var idi. Hansı ki, onlar 1960-cı ilin iyun ayında R.Trujjiloya qarşı “Clandestina” hərəkatı başladacaqdılar. Bir müddətdən sonra bu hərəkat geniş vüsət alaraq bütün ölkəyə yayıldı. Beləliklə də R.Trujjino hakimiyyəti üçün ciddi təhlükə halını aldı.

Davamı →

Təcavüz – qadınların cinsi fantaziyası kimi

  • Qadın
İnsanların əsas ehtiyaclarından olan həyatda qalmaq, yemək-içmək kimi vacibliyi asan anlaşılan məfhumların yanında ilk növbədə vacibliyi çox da hiss olunmayan tərəflər də mövcuddur. Məsələn, cinsi arzular. İnsan ki, cinsi münasibətdə olmasa ölməyəcək, ac qalmayacaq?! Yaxşı, cinsi arzunun özünü anladıq — nəsil artırmaq üçün vacib olduğunu düşünürük. İndiyə qədər qarşılaşdığım insanların mütləq əksəriyyəti cinsi fəaliyyətin ancaq nəsil artırmaq üçün olduğunu nəinki qəbul edir, hətta mütləq sayır. Cinsi arzular nə üçündür görəsən? Bir insan niyə partnyoru tərəfindən döyülmək, hətta təcavüzə uğramağı arzulasın?
Cinsi arzular haqqında qısaca

Davamı →

Qadınlar kişilərdən güclü olsaydı…

  • Qadın
Son günlər Bakının mərkəzi küçələri etirazçıların nümayişinə səhnə olmaqdadır. İstər müxalifətin təşkil etdiyi aksiya, istər qadınların fəallığı ilə baş tutan “qadına şiddətə son” yürüyüşü “sabitliyi” pozaraq, yatmış şəhəri az da olsa silkələdi (oktyabr, noyabr 2019-cu il qeydləri). Keyləşmiş, süstləşmiş şəhər anlıq da olsa yuxudan oyandı. Belə sabitlik özü-özlüyündə havasızlıq və disfunksionallıq göstəricisi olduğu üçün, onun aradan qalxması da asan deyil. Bütün hallarda müsbət niyyətə köklənən hər növ hərəkətlilik, hərəkətsizlikdən yaxşıdır.

Davamı →

Nifrətsiz feminist

  • Qadın
Sevda Sultanova ilə “büsthalterin qadınların həyatındakı rolu”ndan bəhs edən söhbət videomuzdan sonra xeyli adamın qəzəbinə tuş gəldik. Açığı, biz lap əvvəldən linçlənmə riskimizi nəzərə almışdıq, lakin bu qəzəbin LGBT icmasının üzvləri və dəstəkçiləri tərəfindən olacağını ağlımıza gətirməmişdik.
Videodan sonra tanıdığım bir neçə LGBT aktivisti tərəfindən qınanıldım, maraqlısı budur ki, bu şəxslərin xeyli hissəsi feministdir. Həmçinin öz qəzəblərini bizi “TERF” (trans-exclusionary radical feminist) adlandırmaqla göstərdilər. Mənası trans qadınların qadın olmadığını düşünən radikal transfobik feminist deməkdir. Etiraf edim ki, mən bu abbreviaturaya birinci dəfə idi rast gəlirdim və ilk dəfə kimlərsə mənə radikal feminist deyirdi. Bu mövzu ətrafında düşündüm, özümə, tərəfdaşı olduğum ideologiyaya çoxlu suallarım yarandı.

Davamı →

Qadınlar tərəfindən edilmiş doqquz ixtira

  • Qadın
100 Qadın Layihəsi çərçivəsində kompüter proqramlarından qabyuyan maşına qədər gündəlik istifadə etdiyimiz əşyaların ixtiraçısı qadınlarla tanış olun. Ən məşhur ixtiraçılar sualına Thomas Edison, Alexander Graham Bell və ya Leonardo da Vinci kimi misallar çəkə bilərsiniz.
Bəs Mary Anderson necə? Yaxud Ann Tsukamoto?
Onlar, adını eşitməsəniz də, gündəlik istifadə etdiyimiz əşyalar və elmi ixtiralar müəllifi qadınlardan cəmi ikisidir. Bu il BBC 100 Qadın layihəsi, qadınların hazırda üzləşdiyi ən böyük problemlərin həllində sizin ideyalarınıza ehtiyac duyur.

Davamı →

İlk repressiya olunan Azərbaycan qadını

  • Qadın
1937-ci ilin qurbanlarından olan Umgülsüm Sadıqzadə 1900-cü ildə ruhani ailəsində doğulmuşdu. Bakının Novxanı və ətraf kəndlərində məşhur olan Əbdüləziz kişinin üçüncü qızı hələ uşaq yaşlarından ədəbiyyata, şeirə, sənətə meyil göstərirdi. Doqquz yaşından şeir yazmağa başlayan Umgülsüm ilk təhsilini ata və anasından almışdı. Fars və türk dillərini, daha sonra isə klassik Azərbaycan və şərq ədəbiyyatını Umgülsümə valideynləri öyrətmişdilər.

Davamı →

L’Oréal imperiyasının varisi dünyanın ən varlı qadınına necə çevrilib

  • Qadın
Francoise Betancourt-Myers-in sərvəti 7,1 milyard dollar artmışdır ki, bu da L’Oréal imperiyasının ötən il əldə etdiyi inanılmaz müvəffəqiyyətlə bağlı olmuşdur.
L’Oréal kosmetika imperiyasının varisi və şirkətin direktorlar şurasının sədri olan Francoise Betancourt-Myers, dünyanın ən zəngin qadınlarından biri oldu. Onun sərvəti 49,3 milyard dollar təşkil edir, qadın ümumi reytinqdə 15-ci sıranı tutur. Şirkət təsisçisi olan Eugène Schueller-in nəvəsi (saç boyasının ixtiraçısı) və direktorlar şurasının üzvü, dünyanın ən zəngin insanları siyahısına ilk dəfə olaraq 1997-ci ildə daxil olmuşdur – anası Liliane Bettencourt-un 2017-ci ildə vəfatından sonra. 1998-ci ildən başlayaraq və həyatının son gününə qədər Liliane Bettencourt dünyanın milyarderləri siyahısına daxil olmuşdur.

Davamı →

Namus gözətçisi "ər"

Sabahınız xeyir demək istərdim sizə. Fəqət, gün gerçəkdən aydınmı, onu bilmirəm. Hər gün səhər yeməyindən sonra təzə dəmli çaydan bir stəkan süzüb, kül qabını eyvandakı divanın başlığına qoyub bir siqaret yandıraraq xəbər saytlarında gəzişmənin keyfindən özümü məhrum etmirəm. Bu aralar, hətta son altı aydır, bundan zövq ala bilmirəm. Məsələ çayın pürrəngi olub-olmaması ya da siqaretin yaratdığı öskürmə ilə ciyər narahatlığı deyil. Məsələ çox dərindi. Saytlardakı xəbərlərə baxdınızmı heç? Bir qadın olaraq bu ölkədə yaşamaqdan qorxuram. Hər gün öldürürlər, ay adamlar, hər gün mütləq qadın ölümü yaşanır bu məmləkətdə.

Davamı →

Şiddətin qurbanı olmayaq!

İnsan yaradılanların ən alisidir deyirlər.Çünki insan iradəyə, mənəviyyata malikdir və düşünə bilir.Bəzən də insan düşünməyi unudur. Yaradılanların ən alisi olan  insanı, Yaradanın  ucaltmasına  baxmayar, insan özünü ən adi səviyyəyə endirə bilir. Mən düşünürəm ki, insanın düşməni hər zaman insan olur. Çünki insanın insana və onun ruhuna verə biləcəyi  qədər təsirli  və qərəzli zərəri heç bir  qüvvə verə bilmir. Müasir çağımızda dünyada xüsusi ilə  bizim cəmiyyətimizdə  bunu daha aydın və kütləvi şəkildə müşahidə edə bilirik. Bunu hal-hazırda televizya kanallarımızda yayınlanan xəbər və porqramlar da təsdiq edir. Hansı kanalı izləsəniz ,günün müxtəlif zaman dilimlərində ailə için problemlərdən ,ailə daxili fiziki eyni zamanda  psixoloji şiddətədən bəhs edilir və bu hala məruz qalan insanların  nə qədər zərər çəkdikləri görünür.

Davamı →