Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Üzdəki qara nöqtələr və ləkələrin çarəsi

Qara nöqtələr və üz bölgəsində yaranan ləkələrdən qurtulmaq üçün təbii mənşəli maskalar öyrənmək istəyirsinizsə, xəbərin ardını oxuyun…
Üzümüzdəki məsamələrdə yaranan qara nöqtə və ləkələr tamamilə təbii üsullarla hazırlayacağınız üzə qulluq maskası ilə yox olacaq. Üz bölgəsində yaranan qara nöqtə və ya ləkələr üçün hazırlaya biləcəyiniz təbii maska reseptini təqdim edirəm:
Bir çay qaşığı qatığa 8-10 damcı limon sıxıb, bu qarışığı üzünüzə maska kimi sürtün. 1-2 saata qədər üzünüzdə qatığın qurumasını gözləyin və qatıqlı maska üzünüzdə quruduqdan sonra ilıq suyla üzünüzü durulayın. 

Bu qarışıq həm qara nöqtələr üçün, həm də ləkələr üçün çox təsirli və tamamilə təbii bir vasitədir.


Ardı →

Qızlar neçə yaşında ərə getməlidir?


Araşdırmalar göstərir  ki, evlilik üçün ən ideal yaş 25-dir. Psixolaqlar və ailə münasibətləri üzrə mütəxəssislər evlilik üçün ən ideal yaşın 25 olduğunu deyir.

Xüsusən də qadınların 25 yaşından sonra təhsil və intellekt səviyyəsi yuxarı olduğu üçün həyat yoldaşı seçimində səhv etmə riski çox aşağı olur. 

“5 addımda evliliyinizi gözəlləşdirməyin yolları” kitabının yazarı Terri Orbuch mövzu ilə bağlı bunları deyib: “Təhsilli qadınlar özləri ilə bağlı barışıq olur və istədiyi kişinin hansı standartlara cavab verdiyini də yaxşı bilir. Ehtiyaclarını qarşılaya biləcək kişini tanıya bililər.”

Kim olduğunu tanı! 
Orbuch 20-li yaşların ortasına qədər insanların qarşı cinsdən nə istədiyinə qərar verdiyini bildirib. Qadınlar 25 yaşına qədər bir neçə kişilə ünsiyyətdə olduqdan sonra nə cür kişi ilə evlənmək istədiklərini bilirlər.
Davamı →

Qadınlarda utancaqlıq

Utancaqlıq hissi nədən yaranır?utancaq
Tanımadığınız insanlara qarşı utancaq olursunuz? Bu suala cavabınız “Bəli”dirsə, təlaşa gərək yoxdur. Çünki siz normal bir insansınız və üzünüz qızara bilər.

Əgər yeni iş mühitində, ayağa qalxıb özünzü tanıtmaq istəyirsinizsə və üzünüz qızarıb, səsiniz titrəyirsə, siz utancaq biri hesab olunursunuz. Lakin hər kəs danışan və söhbətcil olmaq məcburiyyətində deyil. Bunu unutmayın.

Özünzü idarə edin
Utancaqlığınız ucbatından bəzi fürsətləri əldən verdiyinizi düşünürsünüzsə, bunu nəzarət altına almağın zamanı gəlib. Qadınların bu problemini yox etmək üçün amerikalı mütəxəssis Artest Battler, xüsusi bir proqram hazırlayıb. O bildirib ki, bunu aradan qaldırmaq mümkündür.

Səbəbini araşdırın
ABŞ-da bir çox qadın utancaqlıq xəstəliyindən əziyyət çəkir. Mütəxəssis bildirib ki, hər 100 xəstədən 85-inin utancaqlıq xəstəliyini sağaltmaq olur. Battler aşağıdakı tövsiyələri verib. 
Bəzi gərəksiz düşüncələrdən xilas olmalısınız.
Ardı →

Qadınların bir-birinə ən çox danışdığı yalanlar

Çox zaman biz qarşımızdakı insanı kədərləndimərmək üçün ona bəzi yalanlar deməyə məcbur oluruq.
Bəzən isə sadəcə rəqabət apardığımız üçün mənasız yalanlar danışırıq, xüsusilə də qadınlar bu sahədə daha çox fəalldılar.

Kişilərin qadınlara, qadınların kişilərə danışdığı yalanlar
xaricində rəfiqələrin də bir-birinə danışdığı yalanlar olur.
Bu da qadınların bir-biri ilə yarışa girib rəqabət aparması ilə bağılı olur.
  
Daily Mail  qadınların bir-birinə danışdığı ən çox yalanların siyahısını  açıqlayıb.
Ardı →

Qadınlarda tüklənmə

tuklənməƏgər sizin üzünüzdə arzuolunmaz tüklər yoxdursa, bu o demək deyil ki, heç vaxt da olmayacaq. Üzdə tüklənmənin səbəbləri müxtəlif ola bilər. Hər şeydən öncə bu yetkinlik və ya tam əksinə, monopauza dövründə baş verən hormonal dəyişikliklərdir. Hər iki halda qadınlarda həddən artıq kişi harmonu olan androgen ifrazatı olur.
Bundan başqa, bəzən tüklənmə konkret xəstəliklərin nəticəsində də yarana bilər, məsələn, girsutizm, hormonal balansın pozulması və yumurtalıqların polukistozu, bəzən də bəzi dərmanların əks təsiri.
Və nəhayət, irsiyyət də çox mühüm rol oynayır. Qadınlarda bığ hissəsində tüklər irsi olaraq keçə bilər.
Üzdəki tüklənməyə qarşı mübarizəni 2 cür aparmaq olar: birincisi, harmonları nizamlayan dərman preparatlarından istifadə etməklə, ikincisi müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etməklə.
İstənilən halda, əgər siz anadangəlmə tüklü deyilsinizsə və birdən-birə bədəninizdə tüklənmə başlayırsa həkimə müraciət etməniz məsləhətdir.


Davamı →

Hər üç qadından biri sevgisiz ailə həyatı qurur

boşanmalarSosioloq Cenifer Qauveyn son zamanlarda boşanmış min qadın arasında sorğu keçirib.
Respondentlərin cavablarını analiz edərkən o belə bir qənaətə gəlib ki, demək olar ki, hər üç qadından biri ən başdan doğru insanla ailə həyatı qurmadıqlarını anlayırlar. Qadınları sevgisiz nigaha girməyə vadar edən səbəblər arasında sosioloq 3 əsas səbəbi ayırd edib.

Birincisi, yaş amili. Müəyyən bir yaşa çatmış qadın bütün yaşıdlarının artıq çoxdan ailə-uşaq sahibi olduğunu görüb və cəmiyyətin onun yaşı ilə bağlı şərhlərindən bezərək elə ilk evlilik təklifi edən insanla ailə həyatı qurur.


Ardı →

Qızlara bu sözləri deməyin!

Həm qadınların, həm də kişilərin sevgililərindən eşitmək istəmədiyi cümlələr var. Hətta nifrət etdiyi cümlələrə görə, ayrılanlar da olur. Həmin sözlər hansılardır və niyə nifrət edtiklərinin səbəblərini aşağıda oxuya bilərsiniz. 

Sakitləş!
Hər dəfə “sakitləş” sözünü eşitmək qadınlarda qıcıq yaradır. Bu cümlə daha ciddi vəziyyətlərdə deyilməlidi. 

Saçına nə etmisən?
Ürəyim istədi kəsdim və ya rənglədim. Mən çox bəyənmişəm. Bəyənmədiyini bu qədər kobud şəkildə ifadə etməsə, daha yaxşı olardı. Əgər məni sevirsə, belə də sevməlidir. 

Çox duyğusalsan!
Bəli, duyğusal və romantikəm. Çünki təbiət qadınları belə yaradıb. Film izlədikdə, stress keçirdikdə ağlaya bilərəm. Buna görə məni qınamamalıdır.

Əvvəlki sevgilim də sənə bənzəyirdi!
Mənə nə sənin əvvəlki sevgilindən? Bir halda ki, keçmiş sevgilindi… Bu qədər diqqətsiz olması məni dəli edir. Darıxıbsa, getsin onunla görüşsün.
Ardı →

Qızlar niyə pis oğlanları seçir?

Qadınların çoxu onları sevməyən, layiq olmayan, hətta pis kişilərə vurulur. Lakin mütəxəssislər, qeyd edir ki, bunun elmi cəhətdən açıqlaması var.

Qadınlar əsasən, “yaramaz uşaq, pis uşaq” deyə xitab edilən kişilərə aşiq olunur. Elə kişilərin çox zaman yaraşıqlı olduğu deyilir. Bundan başqa, çox cazibədar və diqqət çəkən olurlar. Qadınlar isə bu cür kişilərin cazibəsinə dayana bilməyib aşiq olur. Çox güman ki, bunun sonu yaxşı bitmir. 

Onlar çox məsuliyyətsiz və özündən razı olduğu üçün heç kim veclərinə olmur. Özlərindən başqa heç kimlə maraqlanmırlar. Bu məsələni elmi araşdırması isə belədir:
Ardı →

İdeal qadının xüsusiyyətləri

Kişilərin gözüylə «ideal qadın»ın özəllikləri bir siyahıda toplandı. 

 Bu siyahıya əsasən, ideal bir qadının daim oxuma vərdişi olmalıdır.qadın qəzet oxuyarkənKişilər qəzetlərin sadəcə ilk və son səhifələrini oxuyan və gündəlik xəbərləri izləməyən xanımları ünsiyyət obyekti olaraq görmürlər.

Telefonla lazım olduğu qədər danışmalıdır. Qadınların telefon danışıqlarını saatlarca uzatmaları kişilərin səsblərini pozur.

Ağır makiyaj eləməkdən, həddən artıq parfüm və çox cəlbedici rəngli dodaq boyası istifadə etməkdən uzaq olmalıdır. Bu cür görünən qadınlar daha çox diqqətə səbəb olsalar da, kişilər təbii və məsum gözəlliyə üstünlük verirlər.

Televiziyada serial xəstəsi olmamalıdır. Həyatını bu seriallara görə proqramlaşdıran və bu saatlarda dünyadan qopan qadınları kişilər anlamırlar və təbii olaraq da onlardan uzaqlaşırlar.
Davamı →

Doğuşdan sonrakı depressiya

depressiyada olan qadınDoğuşdan sonrakı depressiya adından da göründüyü kimi, doğuşdan sonra yaranan bir depressiya növüdür. Depressiya bəzən hamiləlik zamanı baş verir, amma doğuşdan sonrakı depressiya olaraq adlandırıla bilməsi üçün bu depressiya qadın körpəsini dünyaya gətirdikdən sonra da davam etməlidir. 
Doğuş sonrası depressiya körpə dünyaya gətirmiş hər 100 qadından 10-15nin məruz qaldığı bir durumdur. Bir çox qadın bu məsələ ilə bağlı duyğu və düşüncələrini başqaları ilə paylaşmadığından dolayı əsl rəqəmlər əslində bundan daha çox da ola bilər.
Doğuş sonrası depressiyanın əlamətləri hər depressiya ilə demək olar ki eynidir. Bu, özünü pis hiss etmə və gündəlik həyatda olan şeylərə qarşı istəksizlikdir. Tək fərq, bu əlamətlərin doğuşdan sonrakı ilk 3 ay içində ortaya çıxmasıdır. Bəzən doğuşdan bir neçə ay sonra da depressiya başlaya bilər. Amma depressiya doğuşdan bir il sonra başlayıbsa buna doğuşa bağlı depressiya deyə bilmərik.


Ardı →