Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Alış-veriş üçün bəhanələr

İngiltərədə qadınların sevdikləri paltarları alarkən özlərinə bəraət qazandırmaq üçün dilə gətirdikləri bəhanələri araşdırılıb.
Məlum olub ki, hər 4 qadından 3-ü özünü əlindəki pulu həddən çox xərcləməkdə günahkar sayaraq alış-verişdən sonra hərəkətlərini müdafiə etməyə çalışır. Qadınların üçdə ikisi evə döndükləri anda pul xərclədikləri üçün peşman olur, dörddə biri isə təlaşdan tərləyir. Hər 3 qadından biri həyat yoldaşına aldıqları paltarların real qiymətini söyləmir, beşdə biri aldığı paltarı bir müddət gizləyir.
Bu araşdırmanı  “promocodes.co.uk” moda saytı 3 min qadın arasında aparılıb.

Ardı →

Qadına Cənnəti bəxş edəcək 33 səbəb

Heç bir şübhə yoxdur ki, müsəlman olan hər bir kəsin bu dünyada yeganə arzusu onun Cənnət qarşısında yolunu bağlayan maneələri dəf etmək və bu işdə bütün imkanlarını sərf etməklə bu uca neməti qazanmaqdır!

Qadına Cənnəti bəxş edəcək 33 səbəb:
1.Tövhid, İxlas və Allah yolunda sərf etmə
2.Gözəl əlaq
3.Həyat yoldaşına qarşı xoş davranma, həqiqi saleh zövcə olma
4.Yol üzərində olan, insanlara əziyyət verən, onlara mane olan əngəllərin aradan qaldırılması
5.Nafilə namazlarına əməl etmə
6.Möminlərə Allah naminə sevgi bəsləmək
Ardı →

Bir gün kimya dərsində

Məkan: Kimya Laboratoriyası
Fənn: Kimya
Dərs: Kimyəvi Elementlər

Element: Qadın
Simvolu: WOO
Atom çəkisi: 53,6 kq olaraq qəbul edilmişdir, ancaq 40 kq-dan 200kq-a qədər müxtəlif növləri vardır.
Tapıldığı yerlər: Planetdə insan ayağı dəymiş hər yer
Ardı →

Evdar qadın

Evdar – bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik…Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə…. Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır.
Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»
Ardı →

Kişidən qurtulmağın 11 yolu

Oğlandan birdəfəlik ayrılmaq üçün effektiv məsləhətlərin siyahısı. Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, qızlar dözülməz münasibətlərə son qoymaq istəyirlər. Ən asan çıxış yolu — qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir. Deyə bilərsən ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini eşidən partnyorlarının reaksiyasından qorxurlar.

1.Müqayisə et. Partnyorunuzu mütəmadi olaraq əvvəlki sevgilinizlə və ya başqa kişi dostlarınızla müqayisə edin. Bu zaman ona çatışmayan cəhətlərini göstərərək yeni, ona xas olmayan davranış xətti təlqin edin.


Ardı →

Cinsi istismar

Heç kimə sirr deyil ki, bu gün iş axtaran əhalinin cüzi hissəsi tezliklə iş tapa bilir ki, bunun da bir qismi gənc qızlar və qadınlardır. Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Belə iş yerlərində qadınlar cinsi istismara təhrik edilir.


Ardı →

Cinsi yetkinlik dövründə qız

Yetkinlik — Qızların həyatı baxımından bədənlərinin kiçik bir qız uşağından qadın olmağa doğru dəyişdiyi zamandır. Bundan başqa yetkinlik dövrü sonunda bədəniniz ana ola biləcək xüsusiyyətlərə sahib olar. Yetkinliyə giriş üçün qəti bir zaman yoxsa da ümumiyyətlə qızlar 9-13 yaş arasında və kişilərdən daha tez yetkinlik dövrünə başlayarlar.
Sinə — Qızların çoxunda yetkinlik sinələrin böyüməsi ilə başlar. Sinələrinizin böyüdüyünü məmə uclarının birinin və ya hər ikisinin üzərində kiçik və həssas bir qabarıqlıq meydana gəlməsi ilə görə bilərsiniz. Bu qabarıqlıq bir neçə il içində gedərək böyüyəcək. Başlanğıcda bir sinə digərindən daha böyük ola bilər. Sinələr inkişafa başlayanda qızlar büsthalter taxma ehtiyacı hiss edərlər. Bəzi qızlar ilk dəfə geydiklərində həyəcanlanarlar, çünki bu qadın olmağa doğru ilk addımdır! genital bölgədəki tüklənmə ilə birlikdə qol altlarında və qıçların üzərində də tüklər görünəcək. Bir çox qadın bu tükləri təmizləməkdədir. Bu əməliyyatın tibbi bir səbəbi yoxdur-tamamilə fərdi seçki mövzusudur.


Ardı →

Qadınlar: necə seksual olmalı?

Qoxunuz

Qoxunuz bir kişinin başını çevirən şey ola bilər. Sevimliniz qoxunuza huşunu itirirsə vidalaşarkən sizi bir az daha iyləməsinə icazə verin.

Dodaqlarınız

Tünd qırmızı pomada dolğun dodaqlarınızı daha arzulanar bir hala gətirə bilər. Kişilər üçün ilk öpüş çox əhəmiyyətlidir. Onu unuda bilməyəcəyi şəkildə ehtiraslı bir şəkildə öpün.

Ardı →

Tarixdə qadın İLKlər

Gender bərabərsizliyinin və ya bərabərliyinin ən çox dartışıldığı bir dövrdə yaşayırıq. Hər gün bu mövzuda yeni nəsə eşidirik. Hər gün alimlərlə din xadimlərinin arasındakı mübahisələrə şahid oluruq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını görürük. Əbədi olaraq bir-brinə yoldaş olan bu iki varlıq həm də əbədi rəqibdir. Amma həm elmi, həm dini yönümdən qadın və kişi anlayışı bir insan, şəxsiyyət olaraq bütövdür və bu bütövü təşkil edən hər iki fərd önəmlidir. O zaman nədən bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür?

Zərif (bir az kobud deyildikdə zəif) və güclü (hegemon) cins. Bu ifadəni ilk dəfə kim işlədib, bilmirəm, amma qadınla kişini bir-birindən ayırmaq üçün ən çox istifadə edilən ifadədir. «Zərif» sözünün yerində çox zaman «zəif» sözünü də görürük. Tarix bizə göstərir ki, zamanın hər bir dönəmində qadın özünü və bacarığını göstərib. Bu matriarxal  dediyimiz zamanda da belə olub, patriarxal dövrdə də belədir.
Ardı →

Teleqoniya

Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də ayağı sürüşkən qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq.


Ardı →