Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Evdar qadın vərdişləri

  • Qadın
Yaşadığımız cəmiyyətində «Evdar qadın» deyilincə hər kəsin ağlında müəyyən və tək model canlanır. Əlbətdə ki, evdar qadın əslində deyildiyi və hallandığı kimi adi bir ifadə deyil. Ancaq cəmiyyətimizdə evdar qadın anlayışı biraz adiləşdirilib. Bunun səbəbi isə, bu xarakteri meydana gətirən cahiliyyə əxlaqının bir mənada ənənəvi hal almasıdır. Əlbəttə müxtəlif səbəblərə görə bu ümumiləşdirmənin xaricində qalan evdar qadınlar da vardır. Ancaq burada ələ alınan, cahiliyyə əxlaqında geniş şəkildə yaşanan evdar qadın modelidir.
Ardı →

Hər şeydən şikayət etmək

  • Qadın
Qadınlar yaşadıqları mühitin  və Quran əxlaqından uzaq xarakterlərinin doğurduğu narahatlığı danışıqlarıyla da tez-tez dilə gətirirlər. Cahiliyyə cəmiyyətinin kişiləri də bu xarakterə malikdir və bu həm qadınları,həm də ətrafdakı insanları narahat edir.Bu davranışı hər şeydən əvvəl evdar qadın olmanın  bir gərəyi olaraq mənimsəmişlər. Onlara görə gün boyu yemək bişirib, ev təmizləyib və bəlkə də bütün gəncliyini, enerjisini bu məqsəd uğruna fəda edən bir qadın üçün «deyinməkdən» daha adi bir şey yoxdur.
Ardı →

Rəfiqələrlə görüş

  • Qadın
Cahiliyyə cəmiyyətində evdar qadınların imtina edə bilmədikləri ən böyük vərdişlərdən biri də öz aralarında görüşmələridir. Əlbəttə bir insanın sevdiyi dostlarıyla, yoldaşlarıyla  toplanması, görüşməsi gözəl bir nemətdir. Ancaq bu görüşlərin sevgi və hörmətin ifadə ediləcəyi, dostluqların bərkiyəcəyi, Allahın adının xatırlanacağı gözəl əxlaqa əsaslanan görüşlər  olması son dərəcə əhəmiyyətlidir. Ancaq cahiliyyə cəmiyyətində ümumiyyətlə bu görüşlər  tamamilə fərqli olur.Ümumiyyətlə belə görüşlərdə, cahiliyyə əxlaqındakı qadınların bişirdikləri keks üçün təriflənmələri onların xoşbəxt olması üçün bəs edərkən, əgər həyat yoldaşları icazə vermədiyi üçün bu yığıncaqlardan birinə gedə bilməyibsə  bu da həftələrlə davam edən narahatlıq və bədbinliyə  səbəb olur.
Ardı →

Qadınları xoşladığı yeməklə də tanımaq olar

  • Qadın
Yeməyi xoşlayanlar yalnız tosqun qadınlar deyil, onların arasında hətta arıqlara da təsadüf edilir. Deməli, onlarda maddələr mübadiləsi prosesləri normaldır. Bəs onda fiziki cəhətdən müxtəlif qadınları nə birləşdirir? Əlbəttə ki, tələbkar olmamaq, çox danışmaq və xeyirxahlıq. Belə qadınlar üçün kimi sevmək, nə ilə qidalanmaq o qədər də əhəmiyyətli deyil. Əsası odur ki, hər şeydən kifayət qədər olsun. Nə qədər ki, onların qabında yeməyə nə isə  var, onlar yayınmaq fikrində deyillər. Belə qadınlar insanı dinləməyi, təsəlli verməyi  bacarır. Onlara qayğı göstərmək çox asandır. Onlar doyursa, deməli, xoşbəxtdirlər.
Ardı →

Gözəl qadınlar bəxtsiz olur

  • Qadın
Qadın diqqət göstərilməsini istər...
Qadın ana olmaq istər... 
Qadın gözəl olmaq istəyir... 
Qadın gözəl olması üçün hər şeyi edər... 
Həyatda çox şey qadının gözəl olması üçün vardır...
Gözəl olan qadın sevilir... 
Bütün baxışlar gözəl olan qadına  çevrilir. 
Gözəl olan qadın tez razılıq alır..

Ardı →

Gəlin paltarları və onların növləri

Hər birimizə aydın olduğu kimi ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz ilk növbədə gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkədə bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinliklər seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur.  16-17-ci əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. «Adi» qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurdu.
Ardı →

Gəlinliklər | Mənfi və müsbət cəhətlər

Ailəni düşündürən ən əsas məsələlərdən biridir desəm hər halda mənimlə razılaşarsınız. Bu paltarları əldə etməyin müxtəlif növləri var. Ən çox dəbdə olanı  gəlinlik paltarlarının icarəyə verilməsidir. Yəqin razılaşarsınız ki, belə bir işə tələbat olmasaydı, bununla məşğul olan insanları da tapmaq müşkülə çevrilərdi. Bəzi insanlar üçün bu əlverişli variantdır, digər bir qisim isə əksini düşünür. Bunu azacıq da olsa, aydınlaşdırmaq üçün gəlinliklərin icarəyə verilməsinin müsbət və mənfi cəhətlərinə baxaq.
Davamı →

Cahil cəmiyyət I Evdar qadın xarakteri

Cahiliyyə cəmiyyətinin çox böyük diqqətlə tətbiq etdiyi xarakterlərdən ilki   «evdar qadın xarakteri» dir. Bu xarakter demək olar ki bütün cəmiyyətin tərəfindən çox yaxşı bilinir  və hansı mədəniyyətdənolursa olsun dünyanın dörd bir tərəfindəki qadınların böyük əksəriyyəti tərəfindən tətbiq olunur. Bu xarakter, hardasa  hər qız uşağının, uşaqlıq illərindən etibarən etina etdiyi və bir gün mütləq yaşamaq istədiyi modeldir. Bu mövzuda onlara nümunə olan ən yaxın insan da analarıdır. Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində, yetkin bir qadının necə şəxsiyyətə sahib olacağı, həyatını hansı ideallar üzərinə quracağı,  ya da günlərini necə keçirəcəyi haqqında uşaqların ağıllarında yavaş yavaş bir model formalaşmağa başlayır.
Ardı →

Bir qadın üçün...


Bir qadın üçün ən xeyirli yer evinin içidir...
Bir qadın üçün ən fəxrli vəzifə analıqdır...
Bir qadın üçün ən təhlükəsiz yer yuvasıdır...
Bir qadın üçün ən gözəl dost ALLAH üçün yaşayan əridir...
Bir qadın üçün ən xeyirli məşğuliyyət ibadətdir...
Bir qadın üçün ən rahat olduğu an övladlarının sevincini seyr etməkdir...
Bir qadın üçün ən gözəl bəzək ədəbdir…


Ardı →

Janna d'Ark- fransızların ölməz qəhrəmanı (1412 - 1431)

Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi.
Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi.
15-ci əsrin 20-ci illərində yüzillik müharibələrə meydan olan Avropa hər gün qılınc səsləri ilə oyanaraq yüzlərlə qurban verirdi. Nəhayət, 1420-ci ildə İngiltərə kralı V Henri ilə Fransa kralı VI Karl (Charles) arasında Trua şəhərində sülh anlaşması imzalandı.


Ardı →