Рейтинг
+74.31

Qadın

92 üzv, 402 topik

Qadının göz yaşı

Kiçik bir oğlan anasından soruşdu:
— Nə üçün ağlayırsan?
— Çünki mən qadınam-, deyə cavablandırdı anası.
— Anlamadım! -,dedi uşaq. Anası uşağı qucaqlayıb
— Və heç bir zaman anlaya bilməyəcəksən! -,dedi.
Atasına:
— Ata, anam nə üçün ağlayır? -,deyə soruşdu.
Ardı →

Tənha qadın

Tənha qadın — tez-tez bu sözü eşidirik.  Dəli şairlərin, çılğın yazarların romantikalarının qəhrəmanları. Ən həzin musiqilərin həsr obyekti. Bununla yanaşı bir çox faciələrin qurbanı olan  tənha qadınlar. İntiharlar, uçurumlar, məhv olmuş həyatlar, çarəsizlər, yorulmuşlar- Tənha qadınlar. Daimi payızlar, sərin göz yaşları, yanan ürəklər-  Tənha qadınlar.  Bütün bunlar səbəbsiz deyil. Bəs səbəblər nədir? Tənhalıq hissi necə yaranır?  Necə qurtulmaq olar bu hissdən?  Elə biz də bu səbəbləri öyrənmək üçün psixoloq Könül Telmanqızı ilə görüşdük.  Könül xanım bizə bu haqqda ətraflı məlumat verdi.
Ardı →

Erkən nikah və yaranan problemlər

Təhsil almaq hüququ hər bir vətəndaşa şamil edilsə də nədənsə son zamanlar ailələrdə uşaqların təhsil almalarına müəyyən məhdudiyyətlər qoyulur. İctimai təşkilatların hazırladıqları hesabatlarda qeyd olunur ki, əsasən Lənkəran, Masallı, Lerik və Astarada, o cümlədən Bakıətrafı kəndlərdə Nardaran, Balaxanı və s.də qızların təhsildən yayınma halları mövcuddur. Əsasən ibtidai təhsil alan qızlar sonrakı mərhələdə valideynlərinin təhriki ilə təhsildən yayınır. Belə qızlar ev işləri ilə məşğul olur və yetkinlik yaşına çatmadan ərə verilir.
Ardı →

Məişət zorakılığı

Adətən həyatda bir mənəvi dəyər formasında mövcud olan nəsnələr var, bir də həyatımız boyu adətkərdəliyimizdən artıq norma kimi qəbul etdiyimiz hallar. Ailə-məişət zəminində qadınlara qarşı törədilən zorakılıq şəksiz 2-cilər sırasındadır. Çünki bu eybəcərliyi heç bir dəyərlə əlaqələndirmək olmaz. Hətta qadın hansısa formada səhvə yol veribsə, ailə ənənələrinə zidd olan hərəkət edibsə belə, zorakılıq yolverilməzdir. İlk dəfə bu haqda yazım hələ qəzetdə işlədiyim zaman — 1995-cı ildə çıxıb. O zaman xatırlayıram ki, materialın ruhu da olduqca pessimist notlara köklənmişdi.
Ardı →

Enerjili qadınlar

Eyni anda hər şeyi edə bilən və ən əsası da, bunların hamısını yaxşı edə bilən bəzi qadınlar vardır. Bu qadınları marketdə görərsiniz: Bir tərəfdən cib telefonu ilə danışarkən, bir tərəfdən də alış-veriş arabasını doldurarlar və yanlarında da xoşbəxt, söz dinləyən bir uşaq vardır. Alver siyahısını hazırlamanın belə nə qədər enerjinizi aldığınızı düşündüyünüzdə bu sizə haqsızlıq kimi görünər. Bu qadınlar bunu necə bacararlar? Bu enerjilərinin qaynağı nədir? Belə məşğul və enerjili qadınların bir neçə sirri vardır. Sizin də faydalana biləcəyiniz məqamlar ola bilər:


Ardı →

Qadın məntiqinin əsas 3 qanunu

1.KÜRƏŞƏKİLLİ İLDIRIM


Bu qanun nə isə qaydasında olmayanda yaxud havalar pis keçəndə incimək,ya kiminsə üstünə düşmək lazım gələndə qüvvəyə minir.Özü də qəzəbə düçar olan şəxsin bu qəzəbin səbəbinə heç bir dəxli olmaya da bilər.


Ardı →

Qadın cazibəsi və onun sirləri - 2

Gözəllik ondursa, onun doqquzu cazibə, yalnız biri dondur.
Zahirən çox gözəl olan bir qadın cazibəsinin olmaması səbəbindən xoşa gəlməyə, bəyənilməyə və ya mənfi bio-dalğalar yayması səbəbindən özünə qarşı acıq, nifrət, qəzəb, hətta ikrah doğura bilər. Bunlar çox incə məqamlardır. Təəssüf ki, əksər qadınlar zahiri gözəlliyin qayğısına çox qalsalar da, buna bir elə əhəmiyyət vermirlər. Bu isə incə olduğu qədər də çətin və mühüm məsələdir.
Kimsədə güclü müsbət cazibənin mövcudluğu fitrət məsələsi ola bilər. Lakin istədiyi, arzuladığı və çalışdığı halda bu üstünlüyə hər bir qadının da malik olması mümkündür. Təbii ki, bu birinci növbədə xanımların intellekt səviyyəsinin artmasını tələb edir. Yalnız güclü mütaliəsi olan xanımlar zəngin söz ehtiyatına və fikir bazasına malik olur.
Ardı →