Рейтинг
+74.31

Qadın

91 üzv, 372 topik

Hamiləlik çatları üçün çarələr

Doğum çatları hər bir qadını narahat edən problemlərdəndir. Bunun da səbəbi bir az məlumatsızlıq, bir az da laqeyd yanaşmaqdır. Əslində bu çatların olmasının qarşısını almaq elə də çətin deyil. Biz sizin üçün həm doğuşdan əvvəl, həm də sonra bu çatları aparmaq üçün nələr etməli olduğunuzu tapıb yazmışıq.

Doğuşdan əvvəlki tədbir
— Balanslı və düzgün qidalanmaq.
— Bol miqdarda su içmək.
— A, C və E vitamini baxımından zəngin qidalar yemək.
— Protein cəhətdən zəngin qidalar da çatların yaranmasını azalda bilər.
— Davamlı olaraq idmanla məşğul olmaq.
— Tərkibini bildiyiniz və keyfiyyətinə əmin olduğunuz kremlərdən istifadə etməklə də çatların yaranmasının qarşısını ala bilərsiniz.
Davamı →

Hamiləlikdə idmanın 9 faydası

1. 20-ci həftədən etibarən qarın böyüməyə başlayır və bel nahiyənizdə ağrılar artır. Bu ağrıların azalmasının qarşısını almaq üçün davamlı olaraq idman etmək və normal qidalanmaq lazımdır.

2. Aparılan axtarışların nəticəsinə görə idman etməyən hamilə qadınlar idman hərəkətləri edən hamilələrə nisbətən 7 kilo daha çox kökəlirlər.

3.
İdman nəticəsində qarın nahiyəsində olan əzələlər güclənir və doğum anında anaların rahat doğum etmələrinə səbəb olur.
Davamı →

Qadınları erkən qocaldan səbəblər

Estrogen
Estrogen fibroblast hüceyrələrinin kollagen və elastin ifrazına səbəb olur. Bu hormonun səviyyəsi azaldıqda qırışlar görünür, üzün oval şəkli pozulur və döşlər sallanmağa başlayır. Estrogen səviyyəsinin aşağı olması ilə bədən sürətlə qocalmağa doğru gedir.

Estrogen necə artır?
Alimlər deyir ki, ət məhsulları estrogen ifrazını boğur. Odur ki, heyvan zülalları istifadəsini azaltmaq faydalıdır. Onların əvəzinə soya pendiri, soya südü, qəhvəyi düyü, kətan toxumu, təzə tərəvəz və meyvələr yeyin.
Davamı →

Hamiləlikdə neçə kilo alınmalıdır?

Hamiləlik üçün başlanğıcda ideal kilosundan artıq olan xanımlar daha az kilo almaq istəyərkən, ideal kilosundan az olan xanımlar körpələrinin inkişafı üçün daha çox kilo almaq istəyirlər.

Hamiləlikdə çəki artımının izlənməsi çox böyük əhəmiyyət kəsb edir. İdeal kilosunda olan bir ana namizədi üçün məsləhət vermək lazımdırsa: ilk üç ay müddətində hər ayda 0.5-1 kilo, sonrakı aylarda isə 1.5-2 kilo çəki artımı normaldır. Hamiləlik müddətində ananın ümumi ağırlığı 10-14 kilo, ortalama 12.5 kilo artmalıdır.
Davamı →

Nobel mükafatına layiq görülməyən dahi qadınlar

Bu gün qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Dünyanın müxtəlif ölkələrində qadınlar ictimai-siyasi, elmi və mədəni həyatda ciddi rol oynayırlar və söz sahibidirlər. Lakin elmi tədqiqatlar sahəsində uzun müddət qadınlar kişi həmkarlarının kölgəsində qalıb. Yaxud hansısa ciddi elmi ixtiranın məhz qadın tərəfindən edilməsi elmi və ictimai dairələrdə mümkünsüz hesab olunub. Son onilliklərə qədər xüsusilə dəqiq və təbiət elmlərində əsas söz sahibi kişilər olublar.

Beynəlxalq Qadınlar Günü münasibətilə İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində dərc olunan məqalə əldə etdikləri elmi nəticələrə görə layiq olduqları mükafatları almayan, ixtiralarına görə Nobel mükafatının onlara deyil, kişi həmkarlarına nəsib olduğu qadın dahilərə həsr edilib.
Davamı →

400 illik tarixi olan 13 qızıl qayda

1620-ci ildə ravvin (iudaizmdə ustad, dahi) İçhak Ben Elyakın qızı üçün yazdığı “Xeyirxah qəlb” kitabında ideal qadın barədə 13 qızıl qayda yer alıb.

1. Yatmış kişini oyatmayın.

2. Əriniz yeməyin hazır olmasını çox gözləməli deyil.

3. Aclıq qəzəbin atasıdır.

4. Ona etiraz etməyin və iddia etməyin ki, sizin məsləhətiniz onun təklifindən daha yaxşıdır.

5. Ona zərər verən və ya incidən heç bir şey söyləməyin.

6. Ərinizlə kral kimi davransanız, o da sizinlə əsl kraliça kimi rəftar edəcək.
Davamı →

Uğurlu iş qadını olmaq üçün 8 tövsiyə

Necə uğurlu iş qadını olmaq olar? Əgər sizi də bu sualın cavabı maraqlandırırsa, deməli, bu yazı sizin üçündür. Beləliklə, müvəffəqiyyətli bir iş qadını olmağa dair bəzi praktik məsləhətləri təqdim edirik.

1. Müvəfəqiyyətli qadınlar haqqında oxuyun
Biznes və digər sahələrdə müvəffəqiyyətli olan bir çox qadın vardır. Uğurlu qadınların keçmişini və karyera yolunu araşdırıb öyrənməyiniz motivasiyalı olmağınıza və ilham almağınıza köməkçi olacaqdır. Uğurlu qadınların hekayələrini oxumağınız onların necə müvəffəqiyyətli olduqları və proses zamanı hansı çətinliklərlə qarşılaşa biləcəyiniz barədə fikirlər verəcəkdir.

İnternet müvəffəqiyyətli iş qadınlarını araşdırarkən sizin üçün gözəl bir qaynaq olacaqdır. Forbes və Harvard Business School kimi internet saytlarında maraqlı və öyrədici bəzi məqalələr tapa bilərsiniz.
Davamı →

Keqel hərəkətləri

Keqel hərəkətləri kiçik çanaq əzələlərinin, sidik kisəsinin, düz və nazik bağırsağın əzələlərinin tonusda qalması üçün tətbiq edilən hərəkətlərdir. 

İlk dəfə bu metodikanı ХХ əsrdə ginekoloq Arnold Keqel işləyib hazırlayıb. Bundan sonra kiçiq çanaq əzələləri Keqel əzələləri adlandırılmağa başlayıb.

Kiçik çanağın əzələləri gündəlik həyatda əsasən də doğuşdan sonra demək olar ki, hərəkət etmir. Buna görə də yaş artdıqca bu əzələlər tonusdan düşərək öz funksiyalarının öhdəsindən gələ bilmirlər. Nəticədə də sidik və nəcisi saxlaya bilməmə, həmçinin də seksual həyatda bir sıra problemlər yaranır. Bunlardan uzaq olmaq üçün isə mütəmadi olaraq Keqel hərəkətləri etmək lazımdır.
Davamı →

Hamiləliklə bağlı 10 məqam

Ana olmağa hazırlaşırsınız. Təbii ki, həyəcanlısınız. Bəlkə də, bu hissi ilk dəfədir ki, yaşayırsınız. Elə isə doqquz ay davam edən bu çətin dövrdə həm uşağınızın, həm də sizin sağlamlığınız üçün vacib olan 10 məqama diqqət yetirək:

1. Hamiləlik dövründə dərinin quruması və ya tündləşməsi təbiidir. Buna görə də, çalışın ki, dəriniz həmişə təmiz və nəmli olsun. Bunun üçün sabun əvəzinə təmizlik losyonlarından, isti su əvəzinə isə ilıq sudan istifadə edin.

2. Hamilə qadınlar üçün idmanın nə qədər vacib olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bu baxımdan üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.
Davamı →

Radxa Qiri Matacinin qadınlara verdiyi məsləhətlər

Qadın sevgidən toxunmuşdur
Niyə qadınlar kişi xarakterinə sahib olaraq həm öz şəxsi həyatını, həm də sağlamlığını risk altına salır?
Qadın enerjisi sevgidən, yaratmaq, qəbul etmək və öyrətmək qabiliyyətlərindən toxunur. Əgər qadın özündə bu keyfiyyətləri inkişaf etdirir və onlarla razılıq əsasında yaşayırsa, o, hər şeyin ölçüsünü bilir, dərin sükut və özünəinam hissinə malikdir ki, bu da onun gözəlliyinə, sağlamlığına birbaşa təsir edir, hormonlar, sinir və endrokin sistemi balanslı şəkildə çalışır.

Qadın həyatın bütün sahələrinə nəzarət etməyə çalışdığı zaman dinclik vəziyyətindən çıxır, qəzəblənməyə başlayır. Bu isə hormonlarda kəskin dəyişikliyə, kişi enerjisinin qapanmasına, özünün də zəifləməsinə gətirib çıxarır. Nəticə etibarı ilə öz-özünə yenilənən çay yerinə qurumuş mənbəyə çevrilir. Kainat qanunlarına əsasən, qadın hətta özü üçün dayazlaşmağa başlayır, seçilmiş partnyoruna ahəngdar enerji və güc ötürülməsi haqqında danışmağa ümumiyyətlə dəyməz. Cütlüyün münasibətlərində başlayan enerji çatışmazlığı aqressiya, mübahisələr, xəstəliklər və maddi çətinliklər ilə davam edir.
Davamı →