Рейтинг
+74.31

Qadın

91 üzv, 345 topik

Güclü xanımların ortaq xüsusiyyəti

Hamımız onlarla rastlaşmışıq, addım atdıqları hər yerə işıq saçan, güclü xanımlar. Daxil olduqları hər məkanı öz enerjisi ilə isidən, öz dəsti xətti ilə seçilən, parlaq xaraketerli, güclü olduqları qədər də zərif xanımlar.Zahiri görünüş və fiziki gözəlliyin önəmi danılmaz olsa da, arzuolunan və güclü xarakterə sahib qadınları birləşdirən bir neçə ortaq cəhət də vardır. Budur, güclü qadınların 9 ortaq xüsusiyyəti:

Davamı →

Planetin ən gözəl qadını

O, 14 yaşından jurnalların üz qabığı üçün fotosessiyalarda iştirak edib. Kinoya çəkilməsi üçün kamera qarşısında durması da təxminən o illərə təsadüf edir. Onu qalmaqallı adlandırmaq olmaz. Ancaq uşaqlıqdan bəri bir sıra dəlisov hərəkətləri olub.
Françeska Romana Rivelli çox da varlı olmayan ailədə doğulub. 10 yaşı olanda atası artıq yox idi. Anası üçün iki əkiz qızı böyütmək çox çətin idi. Hətta, yeməyə pul tapa bilmirdilər. Ailədə dəbli geyim haqqında isə ümumiyyətlə söhbət gedə bilməzdi. Françeska Romada doğulsa da, onun Estoniyada qohumları vardı. Anası Renata İlze Krauze əslən Baltik almanlarından idi. Onlar zamanında İtaliyaya köçmüşdülər.

Davamı →

Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova

Nəzakət Məmmədova 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Anası onun müəllimə olmasını istəyib.
Anasının istəyini nəzərə alan Nəzakət təhsil almaq üçün Bakıya gəlir. Ali məktəbə qəbul olunsa da, bir müddət sonra təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında «Bayatı-Qacar» oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir.
Davamı →

Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim

Görkəmli şərqşünas alim, istedadlı pedaqoq, incə qəlbə malik insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana… Qısa, lakin mənalı ömür sürmüş Aida İmanquliyeva yaddaşlarda belə qalıb.
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın xatirə günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub.

Davamı →

Nobel Sülh mükafatçısı Malal Yousifzai kimdir?

2008-ci ildə, Taliban Pakistanın ucqar hissələrindən biri olan Swat vadisini ələ keçirdi. Ələ keçirdikdən dərhal sonra radikal İslam birliklərini həmin bölgəyə göndərdi. Televizor, film, qadağan edildi, qadınların yanında kişi olmadan küçəyə çıxmasına qadağa qoyuldu, qız uşaqlarının məktəbə getməsinə qadağa qoyuldu.
2009-cu ildə 11 yaşındakı pakistanlı bir qız uşağı, Malala Yuosafzai məktəb qadağası aleyhinə danışmağa, adsız bloqlar yazmağa başladı. Həm özünün, həm də atasının həyatını riskə ataraq, məktəbə getməyə davam edirdi. Yaxın kəndlərdəki konfranslara qatılır, internetdə “Taliban mənim məktəb həyatımı necə əlimdən ala bilər” deyə araşdırma edirdi.
Davamı →

Yeva Braun

Adolf Hitlerin həyatında müxtəlif və eyni zamanda oxşar taleli qadınlar çox olub. Adolf Hitlər dedikdə yada düşən ilk qadın Yeva Braun idi. Hitlerlə onun tanışlığı 1929-cu ilin oktyabr ayına təsadüf etdi.
Hitler elə ilk görüşdən aşiq olmuşdu Yevaya. O zamanlar Yeva Hofman Studiyasında çalışırdı. Həmin vaxtda Yevanın 17, Hitlerin isə 40 yaşı vardı. 1932 və 1935-ci illərdə Yeva intihara cəhd etdi. 1935-ci ildə Adolf Hitler Yevaya Bogenhauzenin Münhen məhəlləsindən ev aldı, hansı ki, bu evdə Yeva öz balaca bacısı ilə yaşadı.

Davamı →

Niyə qadınlar evlilikdən 5 il sonra xəyanət haqda düşünür

Belçika psixoloqları müəyyən edib ki, qadınlar öz partnyorlarına qarşı münasibətlərinin ilk beş ilində sevgi bəsləyirlər.
Bundan sonra onlarda narazılıq hiss yaranır və qadınlar tərəf müqabillərinin dəyişməsi barədə düşünürlər.
Alimlər bu nəticəyə 200 qadın arasında apardıqları sorğudan sonra gəliblər. Qadınlara sorğu zamanı ən sadə suallara cavab vermək təklif edilib.
Davamı →

Rus qadınlar niyə bu qədər gözəldir

Dünyada qadınlar arasında rusların gözəllikləri bir başqadır. Əksər kişilərin valeh olduğu rus qadınlar niyə bu qədər gözəldir?
Bəli, rus qadınlar həqiqətən çox gözəldir. Bir də bu gözəlliklərini illər keçdikcə itirdikləri deyilir. Təbidir, illər keçdikcə kim yaşlanmır və gözəlliyini bir az da olsun itirmir ki? Yenidən rus qadınların gözəlliyinə qayıtsaq…
Birinci səbəb yaşadıqları coğrafiyadır.
Soyuq bölgələrdə yaşayanlar günəş işığına çox məruz qalmadıqları üçün bədənləri ağ olur. Gözlər isə daha çox işıqlı görə bilmək üçün rəngli, burun istiliyin itirilməməsi üçün balaca olur. Yəni nəticədə qüsursuz bir üz meydana gəlir.
Davamı →

Hamiləlikdə dəri dəyişiklikləri

  • Qadın
Hamiləlik dövründə görünən hormonal aktivlik bədənimizdə bir çox funksiya və xarici görünüş dəyişikliklərinə səbəb olur.

Bu zaman müddətində dəridə də dəyişikliklər baş verir. Hamilə qadında hansı problemlərin olub-olmayacağını qabaqcadan müəyyən etmək mümkün olmur. Ana olmağa hazırlaşan bəzi qadınlarda hamiləlik dövründə heç bir dəri problemləri olmasa da, bəzilərində isə ləkələr, dəri quruluğu, qarında çatlar, qaşıntı və s. kimi problemlər ortaya çıxa bilir. Bu cür dəri problemləri sırf hamiləlik zamanı hormonal dəyişikliklərlə bağlı və ya daha öncədən olan dəri xəstəliklərin şiddətlənməsi ilə bağlı ortaya çıxa bilər.
Davamı →

Uşaqlıq yolunun ev şəraitində yığılması

Uşaqlı yolunun genişlənməsi gələcək anaların ən qorxduqları məqamlardan biridir, desək yanılmarıq. Bütün qadınlar bundan çəkinirlər. Qadınların çoxu bu zaman seksdən həzz ala bilməyəcəklərindən narahat olurlar.

Bu zaman vaginoplastika vasitəsilə sözügedən problemi aradan qaldırmaq mümkündür. Amma əgər əməliyyatdan çəkinirsinizsə, o zaman ev şəraitində də problemi həll edə bilərsiniz.
Davamı →