Рейтинг
+74.31

Qadın

91 üzv, 372 topik

Kişilərin nifrət etdiyi 10 sual

Hərdən adi düzgün olmayan sual ən möhkəm münasibitlərə belə son gətirə bilər..
Beləliklə, xanımlar, sevdiyiniz insana bu 10 sualı verməsəz məsləhətdi…
1. Bu paltar məni kök göstərir?
Bu, kişiyə verə bildiyiniz ən betər sualdı..Yadınızda saxlayın: bütün kişilər özünə güvənən qadınları sevir. Ona görə də belə sualları öz rəfiqənizə, ananıza vermək daha məsləhətlidi…


Ardı →

8 Mart Beynəlxalq Qadınlar günü

8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin «qadın bayramı»nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.

Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər.
Ardı →

Dünən gecə (Bütün Qadınlar Üçün)

  • Qadın
Adamın biri xəstələnir. O gün canı işə getmək istəmir. İçindən Allaha belə bir dua edəcəyi tutur:
— «Allahım, hər gün işə gedib 8 uzun saat boyunca evim və yoldaşımın rahatı üçün çalışıram, yoldaşım isə yalnız oturur. Nə olar, bir gün mənim yerimə keçib, nə qədər çətin bir həyat yaşadığımı görməsini təmin et.»
Birdən-birə adamın diləyi yerinə gəlir. Ertəsi səhər, arvadının bədənində oyanır. Dərhal yataqdan atılır, yoldaşının yeməyini hazırlayır, uşaqlarını oyandırır. Paltarlarını hazırlayır, onların da yeməyini yedizdirir. Bəslənmə çantalarını hazırlayır, uşaqları məktəbə aparır.
Ardı →

İndira Qandi

  • Qadın

O, Hindistan tarixində ölkəni 15 il idarə edən yeganə qadın baş nazir olub. Ölkəsinin ərazi bütövlüyünü qoruduğuna görə sikx separatçıları tərəfindən qətlə yetirilən İndira Qandinin oğlu da anasının acı taleyini təkrarladı. Belə ki, baş nazir seçilən Raciv Qandi də fanat-qatilin qurbanı oldu.
İndira Qandi başa düşürdü ki, onun həyatı təhlükə altındadır. Qətlinə bir gün qalmış o deyirdi: «Bu gün mən yaşayıram, sabah ola bilər həyatda olmayam… Ancaq qanımın hər damlası Hindistan xalqına məxsusdur».


Ardı →

Aldadan kişini anlamaq üçün gərəkli 10 yol

  • Qadın
Qadın kişi əlaqələrində əslində iki tərəfin, amma ən çox da qadının qorxusu ALDADILMAQDIR… Qadın yazıçı Charlotte Wardın qələmə aldığı və blogunda da yer verdiyi «It's Not Me, It's You» (Mən Deyil, Sən) kitabında kişilərin bəzi aldadarkın daha çox ilişdikləri nüanslar izah edilir. Sizə bəzi ipuclar...Çox güclü bir münasibətiniz olduğunu düşünürsünüz ancaq bir gün evə gəldiyinizdə kompüterdə sevgilinizin / ərinizin bir qadın yoldaşına yazdığı maili görürsünüz… «Nara-naram...» demək məcburiyyətindəyik, gərginlik musiqisini arxa fonda hiss etdirə hiss etdirə… Sonra da dramın gəldiyini unutmadan…
Ardı →

Qadınlar 1 ilini nəyə xərcləyir?

İngiltərədə edilən bir araşdırma, qadınların, həyatlarının təxminən bir ilini nə geyəcəklərinə qərar verməyə xərclədiyini göstərdi.
İngilis Daily Telegraph qəzetinin xəbərində, yaşları 16 elə 60 olan 2491 qadının iştirakıyla edilən araşdırmada, qadınların ortalama olaraq həyatlarının 287 gününü, işə, axşam yeməklərinə, dəvətlərə, tətilə, idmana və digər fəaliyyətlərə nə geyəcəklərini seçə bilmək üçün qarderoblarını qarışdıraraq keçirdiyini ortaya qoyduğu bildirildi.Bu müddətin böyük hissəsinin, cümə və ya şənbə axşamları ilə tətil üçün uyğun paltar seçkisinə ayrıldığı ifadə edildi.
Ardı →

Dahilərin qadınlar haqqında dediklərindən

Kişilər qadınlar haqqında çox söz deyib. Bu siyahıya daha bir neçə insanın fikirlərini də qataq:
* Plutharkos: işıqlar söndüyü zaman bütün qadınlar gözəldir.
* Talleyrand: qadınlar, fürsətdən tez faydalanmağa qalxan kişisni bağışlayarlar amma fürsəti qaçıranı bağışlamazlar.
* Mere: gözəllik təbiətin qadınlara ilk verdiyi və ilk geri aldığı hədiyyədir.
* İsmayıl Həbib Sevük: gücü kişiyə, gözəlliyi qadına vermişik. hər şeyi məğlub edən güc, tək gözəlliyə məğlub olacaq.
* Shakespeare: qadın sözü, zəiflik sözü ilə eyni mənanı verər.
Ardı →

Güclü qadınlar

Güclü qadınlar bizim aramızdadır. Onlar da səhərlər qəhvə və ya çay içir, kitab oxuyur, vergi ödəyirlər, müqavilələr imzalayırlar, ev işləri ilə məşğul olurlar, səhərlər balaca balalarını bağçaya qoyduqdan sonra işə qaçırlar, işdən sonra tez evə qaçaraq həyat yoldaşları üçün yemək bişirilər...Bəs niyə sadəcə «onlar»? Hər bir qadın-Güclü qadındır… Böyük şəhərlərdərki baş gicəlləndirici həyat tərzi qadınları güclü olmağa məcbur edir.İş günü, təhsil, işgüzar görüşlər başa çatdıqdan evə gəlib rahat şəkildə dincəlmək,ağır iş gününün yorğunluğunu çıxarmaq üçün getdikcə daha az vaxt qalır. Bunun əvəzinə qadınlar evə çox vaxt hava qaralandan sonra gəlir, birtəhər evdə səliqə səhman yaradır, yemək bişirirlər...və başqa bir şey etməyə nə güc, nə də həvəs qalır, sadəcə yatmaq..Yenidən səhər tezdən qalxmaq. Və dünənki hadisələr yenidən təkrarlanır…


Ardı →

Qadınların kişilərdə xoşlamadıqları

Qadınların kişilərin bəzi hərəkətləri, davranışları və geyim tərzləri üçün xoşlanıb xoşlanmadıqlarını açıqlayan bir sorğu keçirilib və ortaya bu təəccüblü nəticə çıxıb.
Ağ şalvar: Çox xüsusi bir kostyum olmadıqca ağ şalvardan çəkinin. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar, 80′li illərin «Miami Vice» zamanlarında qaldı.
Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyən varmı? Əgər varsa əsla geyməyin.
Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parlayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər vaxt təmiz olsun.
Ardı →

Depressiya və xanımlar

Ümumiyyətlə, depressiya nədir? Ümidsizlik dolu, kədərli vəziyyətin artaraq uzun müddətli hal alıb ictimai fəaliyyətdə və həyat fəaliyyətində ciddi problem yaradan bir vəziyyətinə depressiya deyilir. Depressiya hər bir insanda –kişi,qadın,yeniyetmə və qocalarda ola bilər.Məlum olmuşdur ki, qadınlarda olan depressiya kişilərə nisbətən 2 dəfə çox olur və bu depressiya kişi ,uşaq və qocalarda olan depressiyadan özünəməxsusluğu ilə fərqlənir.
Hər birimizin həyatında baş verən ruh düşkünlüyü vaxtaşırı baş verən bir prosesdir.Lakin bu kədər dolu ab-hava uzun müddət davam edərsə, deməli, biz depressiyadan əziyyət çəkirik.Depressiyanın müxtəlif növləri vardır ki,bunlardan da bəziləri, hətta aylarla davam edib, həyat fəaliyyətimizdə böyük problemlər yarada bilər.
Ardı →