Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Hamiləliyi daha tez aşkar edən simptomlar

Adətən hamiləliyin baş tutub-tutmamasını təyin etmək üçün hamiləlik testlərindən istifadə olunur. Müasir testlər çox həssasdır və hamiləliyi menstrusiyanın ləngiməsinin ilk günündən etibarən aşkar etməyə imkan verir. Lakin müəyyən simptomlar hamiləliyi daha tez aşkar etməyə kömək edə bilər. 

1. Səbəbsiz yuxululuq. Qadın yuxudan doymur, bütün günü ancaq yatmaq istəyir.
2. Hərarətin səbəbsiz olaraq bir qədər artması. Qadına elə gəlir ki, o, xəstələnir.
3. Təzyiqin birdən-birə düşməsi, başgicəllənmə.
Davamı →

Hər qadının bilməli olduğu 7 cinsəl bilgi

  • Qadın
1. Öz məhrəbanız olsun
Hovuz, jakuzi, Spa mərkəzləri və saunalarda hər zaman öz məhrabanızdan istifadə edin. Bunun sayəsində göbələk və bakterial vagina infeksiyasına yoluxma riskini minimuma endirə bilərsiniz.

2. Vaginanı antibakterial sabunla yumayın
Gün ərzində vaginanızı mütləq yumalısınız. Ancaq antibakterial sabunlardan istifadə etməyin. Təmiz, bol su ilə yuyun və qurudun. Antibakterial sabunlar vaginadakı pH balansını pozar. Vaginada qoxu və ya qoxulu axıntı var deyə sabun istifadə etdikdə pH balansı pozulacağından daha pis qoxu ilə qarşı qarşıya qala bilərsiniz.

3. Sintetik alt paltarı geyinməyin
Vagina sağlamlığı üçün təmiz pambıqdan olan alt paltarına üstünlük verin. Pambıq alt paltarları vaginanı quru saxlayar və hava almasını təmin edər.
Davamı →

Təhlükəli bədən quruluşu

Qadınların bədən quruluşunun bir neçə tipi mövcuddur. Onlardan ən tez-tez rast gəlinən tiplər «alma» və «armud»dur. Alma bədən quruluşu olan qadının omba və çiyinlərinin eni eyni, beli enli olur. Kökələndə bu qadınlar əsasən qarın nahiyəsindən kökəlir ki, nəticədə bədənin yuxarı hissəsi daha «ağır» görünür. Armud bədən tipi olan qadınların ombası enli, çiyinləri və döşü dar, beli incə olur. Bu qadınlarda bədənin aşağı hissəsi daha «ağır» görünür.

Piyin qarın nahiyəsində yığılması «alma» bədən tipinin əsas mənfi cəhətidir. Qarın nahiyəsində yığılan piy (visseral piy) daxili orqanları sıxır, onların fəaliyyətini pozur. Bundan əlavə bu piy daha tez qana və həmçinin ürək və qaraciyər kimi orqanlara daxil olur.
Davamı →

Hansı qadınlar həyat yoldaşına uğur gətirir?

Qadın ailənin psixi enerjisini təcəssüm etdirir. Qadının ruhi enerjisi necədirsə, özünü nə cür aparırsa, ailədə də eyni ruhi enerji hökm sürür. Əgər qadının psixi enerjisi hər şeyin yaxşı olacağına inanarsa, onda onun müsbətə olan inancı həqiqətən də işə yarayacaq. Bu cür düşünən xanımlar ərinə uğur gətirir. Bu fakt rusiyalı psixoloqların apardığı araşdırmalar nəticəsində ortaya çıxıb.

Hətta qadının əhvalı pis olsa da, o, öz ərinin uğurlarından heç vaxt şübhə etmir. Amma bu, çox nadir hadisədir. Çünki əsasən qadınlar həyəcanlanmağa, şübhə etməyə və əsəbiləşməyə meyllidir. Psixoloqlar bildirib ki, əslində hər şey qadınların psixi qüvvəsindən asılıdr. Məsələn, problem yarananda hansısa qoruyucu duaları oxumaq və inancını itirməmək qadının əsas vəzifəsidir. Qadın ağlı kişilərdən altı dəfə həssasdır, buna görə də qadın qarşıda duran çətinlikləri kişilərdən daha tez dəf edir. Və bu çətinliyi duymaq qadının borcudur.
Davamı →

Ana südünün azaldılma üsulları

Körpənin süddən kəsilməsi zamanı ananın rahatlığını təmin etmək üçün aşağıdakı tədbirləri nəzərinizə çatdırırıq. “Südünüzü qurutmaq” üçün sinənizi sarımayın. Bu, süd kanallarının tıxanması, döş infeksiyası və döşdə şişkinliyə səbəb olan keçmişdə qalmış bir üsuldur.

Əgər xüsusi bir vaxt körpəni əmizdirmədikdə döşləriniz dolur və sizə narahatlıq törədirsə, vəziyyətiniz yüngülləşənə qədər bir balaca südünüzü sağın. Siz südü bir neçə dəqiqə südsağanla və ya əlinizlə sağa bilərsiniz.
Davamı →

Hamiləlikdə stress təhlükəlidir

Sürix Universiteti (İsveçrə) alimləri aşkar ediblər ki, hamiləlik zamanı uzunmüddətli xroniki stress dölün inkişafına mənfi təsir edir və uşaqda bəzi xəstəliklərin riskini artırır. The Daily Mail xəbər verir ki, qısamüddətli güclü olmayan stress uşağın inkişafına mənfi təsir etmir. Əksinə belə streslər bəzən hətta faydalıdır.

Stress zamanı insanın orqanizmində bəzi hormonlar (kortikoliberin, kortizol və s.) ifraz olunur. Bu hormonlar dölyanı mayeyə düşür və uşağın inkişafına təsir edir.

Kortikoliberin uşağın inkişafını stimullaşdırır və vaxtından əvvəl doğulmuş uşaqların yaşama ehtimalını artırır. Lakin xroniki stress zamanı bu hormonun səviyyəsi daim yüksək olur ki, bu da dölün inkişafını sürətləndirərək inkişaf pozulmalarının riskini artırır.
Davamı →

Liposaksiyanın təhlükələri

Hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir. Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu, heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi, liposaksiyanın da əks göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var. Yaxın günlərdə Leyla adlı gözəl cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.

Yeri gəlmişkən, internetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da yox idi. Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, aparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi.
Davamı →

İntim gigiyenada 5 səhv

1. Gündəlik pedlərdən (bezlərdən) hər gün istifadə etmək
Əslində «gündəlik» adlandırdığımız pedlər menstruasiyanın sonunda az miqdarda menstrual axıntının olduğu günlərdə istifadə üçün nəzərdə tutulub. Hər gün belə bezlərdən istifadə edən qadında infeksiya riski artmış olur.

2. Vaginal duş 
Uşaqlıq yolu (vagina) özü-özünü təmizləyən orqandır. Ginekoloqlar vaginal duşu çox ziyanlı hesab edir ki, su vaginanın normal sağlam mikroflorasını yuyub aparır. Sağlam mikrofloranın azalması nəticəsində yerli immunitet zəifləyir və bu da iltihab və infeksiyaların riskini artırır.
Davamı →

Hamiləlikdə düzgün yatmaq

İdeal yuxu mövqeyi
Araşdırmalara görə, arxası üstə və ya sağ tərəfə yatmaq ayaqların ana damarlardan ürəyə olan qan axımını azaldır ki, bu da dölə mənfi təsir edir. Mütəxəssislər hamiləlik dövründə ən ideal yuxu mövqeyinin sol tərəfə doğru yatmaq olduğunu deyirlər.

İlk üç ay rahat olun
Mütəxəssislər deyir ki, ilk 3 ay hər mövqedə yatmaq olar. Bu aylarda uşaqlıq kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir və körpə zərər görmür.

Sola doğru yatmaq şişi azaldır
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə sola doğru yatmaq, hətta dizləri qatlayıb ayaqların arasına yastıq qoymaq körpə üçün ən yaxşı yatış mövqeyidir. Eyni zamanda, bu cür yatmaq plasentaya ən uyğun şəkildə qidalanma təmin edir və böyrəyin işini rahatladır. Eyni zamanda bədəndə, xüsusilə əllərdə və dizlərdə yarana biləcək şişi azaldır. Bu isə bir daha sübut edir ki, hamiləlik dövründə sola doğru yatmaq əhəmiyyətlidir.
Davamı →

Qırmızımtıl və ya çəhrayı ana südü

Bəzən analar sinələrindən gələn südün qırmızımtıl çalarda və ya çəhrayı olmasından narahat olurlar. Bu zaman nə edəcəklərini bilmirlər- əmizdirməyə davam etməkmi, yoxsa süd normal rənginə qayıdana kimi fasilə verməkmi? Ana südünün qırmızı olmasının iki səbəbi ola bilər:

1. Döşdə və ya gilə daxilində qan kapilyarlarının partlaması ana südünü qımızımtıl rəngdə olmasına səbəb ola bilər. Ana südündə az miqdarda qanın olması ciddi problem deyil. Lakin anada qan vasitəsilə körpəyə keçə biləcək xəstəliyin mövdculuğu bu halda istisnadır. Ana südünə keçən cüzi qan südün rənginə təsir edə bilər. Ana südündə qanın çoxluğu körpədə qusmaya səbəb olsa belə ciddi narahatlığa səbəb yoxdur. Bu halda həkim və əmizdirmə məsləhətçisinin məsləhətini almaq tövsiyyə edilir.
Davamı →