Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Tarixdə qadına münasibət

Keçmişdə Yunanlarda qadın
İnsan üzərində bir yük. Yeganə istəkləri qadın xidmətçidir. O ancaq evdə xidmət etməlidir. Qadın pisdir. Şeytani varlıqlardan biridir. Digər tərəfdən o əşyadır. Bazarda alınıb-satıla bilir. Mədəni haqlardan yoxsuldur. Azadlığı əlindən alınıb. Miras haqqı yoxdur. Boşanma haqqı yalnız kişiyə verilib. Aristo-«Qadın yaradılışda yarı qalmış bir kişidir». Yunan mifalogiyasında ilk qadının adı «Pandoradır». Torpaqdan və sudan yaradılmışdır. İnsanın başına gələn bütün bəla və fəlakətlərin səbəbi bu qadındır. O pisliklərin saxlı olduğu qapını açmış və onları dünyaya buraxmışdır.

Romada qadın
Atanın öz qız və oğlan uşaqlarını ailəsinə qəbul etmək məcburiyyəti yox idi. Uşaq doğulduqdan sonra atasının ayaqları qarşısına buraxılır,ata əgər onu qucağına alırsa qəbul etmiş olur. Qaldırmasa onu qəbul etmir demək idi.Uşaq oğlandırsa istəyən onu alıb götürürdü. Qız idisə aclıq və susuzluqdan ölüb gedərdi. Ailənin rəisi uşaqlarından istədiyini satar, istədiyini ailədən ixrac edərsi. Kişi istərsə həyat yoldaşını öldürə bilərdi. Boşanmaq 520-ci ilə qədər yox idi. Qadınlar vətəndaş deyildilər.
Davamı →

Ağıllı qadınlardan 10 mühüm məsləhət

Hər şeyi öz axarına buraxın
Artıq baş vermiş hadisənin qarşısını almağın üsulları barədə fikirləşməyin. Hadisə onsuz da baş verib, hər şeyi olduğu kimi qəbul etməyi öyrənin. Hadisənin baş vermə səbəblərini anlamağa və ondan düzgün nəticə çıxarmağa çalışın. Bu, uğur qazanmağın ən vacib qaydalarından biridir.

Sızıldanmayın və taledən şikayətlənməyin
Əgər işləriniz istədiyiniz kimi getmirsə, bu, o demək deyil ki, hər şey pisdir. Həyatda çətinliklər həmişə olur. Müxtəlif vəziyyətlərdə onların öhdəsindən layiqincə gəlməyi öyrənin. Bilin ki, problemləriniz heç kimə lazım deyil, inilti və şikayətlərin sizə kömək etməyəcəyi dəqiqdir. Daha yaxşı olmaq üçün zərərli vərdişlərin qurbanı olmayın.

Baxımlı olun
Makiyajsız da yaxşı görünmək mümkündür. Saçlarınızın, dərinizin qeydinə qalın, sağlam qidalanın və manikür edin. Geyiminiz isə hər zaman səliqli olmalıdır.
Davamı →

Hamiləykən yayılan gözəllik mifləri

“Hamiləykən saç boyanırmı?”, “Manikür çox təhlükəli”, “Hamiləykən dırnaq boyası çəkmək olmaz” – hamilə olarkən bu cür suallar və doğru olmayan mövzular beynimizi qarışdırır. Qulaqdan-qulağa yayılan və yanlış olan bu cür yanaşmanı yox etmək üçün kiçik araşdırma etdik. 

Saç boyanması
Hamilə olarkən saç boyanması geniş müzakirə olunan hallardandır. Bu müzakirənin əsasında saç boyanmasının uşağa və hamiləlik prosesinə ziyanlıdır fikri dayanır. Məhz buna görə də ana olmağa hazırlaşanlar bu müddət ərzində saçlarını boyamaqdan uzaq dururlar.
Davamı →

Ana südü uşağın cinsinə görə fərqli olur

Harvard Universitetinin araşdırmalarına əsasən məlum olmuşdur ki, analar uşağın cinsindən asılı olaraq fərqli süd istehsal edirlər.

Mütəxəssislər ilk öncə südverən 1,5 million inək üzərində müşahidə aparmışdırlar. Məlum olmuşdur ki, dişi dünyaya gətirən inəklər erkək gətirənlərə nisbətdə 453 litr daha çox süd istehsal edirlər. Çünki, dişi inəklərin reproduktiv yaş hədləri daha aşağıdır. Bu səbəbdən daha tez böyüyərək daha çox törəmək imkanları olacaqdır.
Davamı →

Qadınları xoşbəxt edən 9 şey

  • Qadın
Duyğularını bəzən gizlədən, bəzən də hisslərini göstərməkdən çəkinməyən qadınları xoşbəxt etmək təsəvvür etdiyimiz qədər çətin deyil. Qadınların ən xoşbəxt olduğu an “brilliant üzüyü” barmağına taxdığı gün olduğunu düşünürsünüzsə yanılırsınız. Əslində onları cəsarətləndirmək üçün sərvətə ya da son dəqiqə alınan hədiyyələrə ehtiyac yoxdur.

“Kədərli” olduqları anda belə qadınları sevindirən 9 şey

1. Əslində tək ehtiyacları çiyindir!
Kədərli olduğunu anlayıb həmin an qadının yanında olan yoldaş ona hədsiz xoşbəxtlik bəxş edir.
Davamı →

Qadının əsl yaşını bəlli edən 5 üzv

Qadınlar çox yaşamaq istəsələr də, yaşlanmağı yaxınlarına belə buraxmırlar. Gənclik və gözəlliklərini qorumaq üçün əllərindən gələni edirlər. Məsələn, üz dərisinə qulluq edir, qırış, sızanaq, civzə, bir sözlə, onları çirkin göstərən hər xırda amilə qarşı sərt mübarizə üsullarına əl atırlar. Ancaq özünəqulluqda onlar bədəninin 5 üzvünü, demək olar ki, həmişə unudurlar.

Saçlar – qadın nə qədər yaşlı olarsa, saçları bir o qədər seyrək və solğun olur, tellər getdikcə ağarmağa başlayır və təbii parıltısını itirir.
Davamı →

Aktivia Yeni konsepti ilə Qarşınızda!

Aktivia 2017-ci ildə yeni, sosial məsuliyyət yüklü yeni konseptlə öz istifadəçilərini sevindirdi. Ahənglə yaşamağa səsləyən Aktivianın yeni  konsepti hər bir qadının daxili harmoniyası ilə həyatında bir tarazlıq tapmasına əsaslanır. Kimin üçünsə “o”, öz tarazlığını tapmaqdır, kimin üçünsə “o”, diqqətini cəmləməkdir və ya nail olmaq istədiyi nəticə, hər yeni başlanğıca, yeni günə gülümsəyərək başlamaq, xoşbəxt olmaqdır.Qadınların gücləndirilməsini, onların ictimai –sosial həyatda aktiv yer tutmalarını təbliğ edən Aktivia Azərbaycandan Dövlət Akademik Opera və Balet tearının Prima Balerinası Nigar İbrahimova haqqında Nigarın Hekayəsi filmini təqdim etdi.
Davamı →

Yalnız qeysəriyyə əməliyyatı etdirən anaların bildiyi 3 şey

  • Qadın
Ana olmaq böyük xoşbəxtlikdir, amma eyni zamanda ağır zəhmətdir. Ananın vəzifələrinə bir sıra öhdəlikləri düşür ki, onları yerinə yetirmək üçün həqiqətən böyük qüvvə və səbir tələb olunur.

Onlarıdan biri də qeysər kəsiyi əməliyyatıdır. Qeysəriyyə əməliyyatının izlərini bədənində qürurla gəzdirən qadınlar haqqında bilinməyən həqiqətlər:
Davamı →

İlk menstruasiyanın vaxtı qadının sağlamlığına təsir edir


Toxoku Universiteti (Yaponiya) alimləri ilk menstruasiyanın vaxtının qadının sağlamlığına olan təsirini araşdırıblar.

Alimlər belə nəticəyə gəliblər ki, menstruasiyaların tez başlaması qadının sağlamlığına mənfi təsir edir, onda bəzi ağır pozulmaların riskini artırır. Belə ki, qadında menstruasiyalar 13 yaşına qədər başlayıbsa, bu onda gələcəkdə insultun riskini 1,8 dəfə artır. Bundan əlavə belə qadınlarda beyin infarktının riski də artmış olur.

Digər tərəfdən qadında klimaks 45 yaşdan tez inkişaf edibsə, bu da infarktın riskini artırır.
Davamı →

Xoşbəxt qadın

ABŞ-dakı «Huffington Post» saytı şəxsi və iş həyatında xoşbəxt olmaq istəyən qadınların etməməsi lazım olan 16 hərəkəti qeyd edib. Saytın araşdırmalarına görə, xoşbəxt olmaq istəyən qadınlar bunları etməməlidir:

1. Tez-tez üzr istəmək.

2. Hər kəsə ''Bəli'' demək.

3.
Qidanı düşmən kimi görmək.

4. Öz vücudunu pisləmək.

5.
Hər gün hündürdaban ayyaqabı geyinmək.

6. Başqa qadınların intim həyatını müzakirə etmək.

7. Super görünməyə can atmaq.

8. Hər şeyin, hətta xəstəliklərin belə cavabını internetdə axtarmaq.

9. Tənha qalmaqdan qorxmaq.

10. Darıxdırıcı dostluqlara davam etmək.
Davamı →