Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Qızlar, səhv etməyin!

  • Qadın

Deyirlər ki, qızlar minaaxtarana oxşayır. Cəmi bir dəfə səhv edir. İkinci dəfə üçün ona şans verilmir. Münasibətlər qurarkən ən çox buraxılan beş səhv haqqında söz açılır. Səmimi və təbii olsanız, ilk baxışdan anlaşıqsız görünən məsələlər də məqbul sayılar. Əsası odur ki, qarşı tərəfə xoş münasibətinizi göstərib səmimi hisslərinizi açıqlayasınız. Bir də unutmayın ki, öz sevginizlə istəklinizin zəhləsini aparmamalısmız. Tez-tez: «Mən səni sevirəm. ancaq sən...» sözlərini də deməyin. Beləliklə,


Ardı →

Anaların ən yaxşı bildiyi 20 şey

Analar əvəzolunmazdıDostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.

Anamız “usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: “Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin reseptini ondan götürəsən?” deməsi əsl fəlakətdir.

Analar “axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. “Necə tapdın?” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.

Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub “5 dəqiqə də yatım, duracam”, — deyib yenidən yatacaqsınız. Bircə ananıza “Məni 7-də oyada bilərsən?” desəniz, inanın, gecikmə ehtimalınız yoxdur.

Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala  bilirlər.


Ardı →

Kişilərin çox bəyənib evlənmək istədiyi qadınlar

Hər bir qadın röyalarının kişisini tapıb evlənmək istəyir.  Lakin bu o qədər də asan deyil. Buna görə məsləhətlərə əməl edin və kişilərin ciddi münasibət qurmaq istədiyi qadınlar haqqında məlumata sahib olun. 

1. Öz həyatınız olmalıdır və öz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Sosial həyatını sevdiyi kişiyə görə qurmayan qadınlar güclü qadın imici yaradır. Bu isə kişiləri ən az xarici gözəllikləri qədər təsirləndirir. Üstəlik sadəcə sevgilinizlə deyil, ailəniz və dostlarınız da vaxt keçirmək münasibətləriniz üçün yaxşı olur. 
Davamı →

Kişi yalanları

  • Qadın
«Səni sevirəm», «Sənə zəng edəcəyəm»
Heç şübhəniz olmasın ki, kişilər yalan danışır. Məsələn, hansı kişi «Beş dəqiqə sonra evdəyəm» demir, barda yenicə içki içməyə başladığı saatlarda… Ya da hansı kişi həyat yoldaşını aparmadığı yemək dəvətindən sonra «Qonaqların həyat yoldaşları ilə birlikdə gələcəyini bilmirdim» — demir...
Dürüst olmaq lazım gələndə, hekayətlər quraşdırmaq qaneedici ola bilər. Amma bunun özümüzü aldatmaqdan başqa bir işə yaradığını deyə bilmərik. Xanımlar, elə isə möhkəm dayanın! Sizin üçün kişilərin ən sıx müraciət etdikləri yalanları deşifrə edirik!
Ardı →

Qadın cazibəsi və onun sirləri - 2

Gözəllik ondursa, onun doqquzu cazibə, yalnız biri dondur.
Zahirən çox gözəl olan bir qadın cazibəsinin olmaması səbəbindən xoşa gəlməyə, bəyənilməyə və ya mənfi bio-dalğalar yayması səbəbindən özünə qarşı acıq, nifrət, qəzəb, hətta ikrah doğura bilər. Bunlar çox incə məqamlardır. Təəssüf ki, əksər qadınlar zahiri gözəlliyin qayğısına çox qalsalar da, buna bir elə əhəmiyyət vermirlər. Bu isə incə olduğu qədər də çətin və mühüm məsələdir.
Kimsədə güclü müsbət cazibənin mövcudluğu fitrət məsələsi ola bilər. Lakin istədiyi, arzuladığı və çalışdığı halda bu üstünlüyə hər bir qadının da malik olması mümkündür. Təbii ki, bu birinci növbədə xanımların intellekt səviyyəsinin artmasını tələb edir. Yalnız güclü mütaliəsi olan xanımlar zəngin söz ehtiyatına və fikir bazasına malik olur.
Ardı →

Qadın və Beyin

Qadın: İlahi, o gedir, gedir, məni atır (ağlayır)
Beyin: Yaxşı ki gedir...
Qadın: Bunun nəyi xeyirdi? Əclaf əşyalarını yığışdırır...
Beyin: Sızıldama, sevin. Dəyirman kimi əl-qolunu yelləmə, gülümsə...
Qadın: Əclaf! Çamadanı doldurur. Özünə hörmət edən kişi təkcə ayaqqabı və corabını götürər. Bu əclaf maykalarını da götürür… (ağlayır)
Ardı →

Kişini dəyişmək. Necə?

Ona aşiqsiniz, ancaq bəzi istiqamətlərini bəyənmirsiniz. Dəyişəcəyini ümid edərək əlaqənizi davam etdirirsiniz. Həqiqətən dəyişəcəkmi? Buyurun ona hiss etdirmədən onu dəyişdirməyinizə kömək edəcək təkliflər… İşə yaramasa onu olduğu kimi qəbul etməlisiniz. 

Sizə aşiqdirsə dəyişə bilər

«Heç bir üsul sevgilimi öyrətməyə köməkçi ola bilməz! Onu çox sevirəm və dəyişməsini istəyirəm» deyirsinizsə əslində ən asan və hər vaxt işə yarayacaq bir üsulla işləri yoluna qoya bilərsiniz. Özünüzə aşiq edərək təbii ki! Bu, bir kişinin birdən dəyişməsi üçün kafi olan ən yaxşı və ən tez üsuldur. Bir kişini öyrətmək üçün ən asan yol bu olsa da, bir qadın üçün bəzən əməl edə biləcəyi ən çətin yol ola bilər. Çünki kişilər ancaq həqiqətən gözləri sizdən başqasını görmədiyi zaman dəyişir, heç olmasa bir müddətliyinə. Lakin «Mənə aşiq oldu» deyib, bütün ipləri əllərinə versəniz, yenidən köhnə hallarına qayıdacaqlar.


Ardı →

İşgüzar xanımlara məsləhətlər

  • Qadın
Qadınların fərqli olduqlarına baxmayaraq onları birləşdirən ümumi cəhətlər də var. Gərgin və yorucu iş günü ərzində daima baxımlı və gözəl görünmək istəyən qadınlar özlərinə lazımi qədər vaxt ayıra bilməməkdən daim şikayətlənirlər. Aşağıdakı məsləhətlər onlar üçün faydalı ola bilər. Ofisdə iş dolabınızın yalnız bir siyirməsini bunun üçün ayırmanız kifayətdir.

Korrektor: Kompüter qabağında işlərkən, gözlərinizin ətrafında əmələ gələn hər hansı bir qızartını, şişkinliyi örtmək üçün əvəzolunmaz vasitədir.Korrektorun dərinizin rəngindən bir ton açıq və ya tünd olmasına diqqət edin. 
Davamı →

Qadınları xoşladığı yeməklə də tanımaq olar

  • Qadın
Yeməyi xoşlayanlar yalnız tosqun qadınlar deyil, onların arasında hətta arıqlara da təsadüf edilir. Deməli, onlarda maddələr mübadiləsi prosesləri normaldır. Bəs onda fiziki cəhətdən müxtəlif qadınları nə birləşdirir? Əlbəttə ki, tələbkar olmamaq, çox danışmaq və xeyirxahlıq. Belə qadınlar üçün kimi sevmək, nə ilə qidalanmaq o qədər də əhəmiyyətli deyil. Əsası odur ki, hər şeydən kifayət qədər olsun. Nə qədər ki, onların qabında yeməyə nə isə  var, onlar yayınmaq fikrində deyillər. Belə qadınlar insanı dinləməyi, təsəlli verməyi  bacarır. Onlara qayğı göstərmək çox asandır. Onlar doyursa, deməli, xoşbəxtdirlər.
Ardı →

Qadınların yaxşı ev xanımı olmasını qiymətləndirmək üçün test


Qadınların yaxşı evdar xanım olmasını qiymətləndirmək üçün Bolqarıstanda tədbiq olunmuş test sualları.Əziz xanımlar bu testdən keçmək istəyirsinizsə seçdiyiniz variantlara uyğun xalları toplayın.


 1-Tutaq ki, evdə zəruri əşyların çoxu yoxdur və siz yalnız bir əşya ala bilərsiz. Hansını seçərdiz?

a) soyuducu (30 xal)
b) televizor (5 xal)
c) paltaryuyan maşın (20 xal)
d) palto (10 xal)



Ardı →