Şəhzadə Diana

“Don`t do it, Di!” – 29 iyul 1981-ci ildə ingilis feministlərinin yaydıqları döş nişanlarının üstündə bu sözlər yazılmışdı.Şəhzadə Diana
Amma 20 yaşlı gənc Diana Kamilla və Çarlz haqqında gəzən şayiələrə əhəmiyyət verməyərək Çarlza ərə gəldi. 
Diananı«Xalq şahzadəsi», "Ürəklərin şahzadəsi"«Sülh qızılgülü» adlandırırdılar

Şahzadə Çarlz üçün həyat yoldaşı
Yəqin ki, kraliça II Yelizaveta oğlu üçün gələcək həyat yoldaşını heyvandarlıq üçün damazlıq heyvanı necə seçərlərsə, o cür ehtiyatla seçmişdi. Bu qız, təbii ki, təmiz ailədən olmalı, adı heç bir mübahisə və məhəbbət hekayələri ilə çirklənməmiş, tac daşıyacaq, ərinə tabe olacaq və tax-tac üçün varislər doğa biləcək məsum bir qız olmalı idi. Aydındır ki, Çarlzın incə hisslər bəslədiyi Kamilla 2 punkt üzrə Kraliçanın kriteriyalarına uyğun insan deyildi. Birincisi, ona görə ki, qızlıq familyası Şend olan xanım Parker-Boulz artıq o zaman evli idi, ikincisi, o hər zaman əmr etməyi sevirdi, tabe olmağı yox.

Ledi D və şahzadə Çarlz toydan əvvəl cəmi 13 dəfə görüşmüşdülər
Ledi Diana Spenserin namizədliyi ideal görünürdü – sakit, incə Dianayla evlənəcək Çarlzın heç bir problemi olmayacaqdı. Bunu ona həm anası, həm də məşuqəsi tövsiyə etmişdi. 33 yaşlı Çarlz ona yaxın qadınların məsləhətinə qulaq asaraqmı, oğlunun homoseksual olduğu haqqında söz-söhbət yaranacağından narahatçılıq keçirən atasının sözlərinə qulaq asaraqmı tezliklə Dianaya evlilik təklifi etdi. Təklif səhnəsi bir az əzik alındı. Sehirli sözləri eşidən Diana çox sevinmiş və bir neçə dəfə “Ser, mən sizi sevirəm” sözlərini təkrar etmiş (onun yerində olub kim sevinməzdi ki? Britaniya taxt-tacının varisi istənilən gənc qızın başını gicəlləndirə bilərdi. Onda 20 yaşlı gənc qızları yetkin kişilərdə cəlb edə biləcək xüsusiyyətlər vardı – bir az sirrlilik, soyuqqanlılıq, təcrid olunmuşluq). Çarlz daha ehtiyatlı idi və araya duman salmaq üçün “Kim bilir məhəbbət nədir?!”deyə cavab verməyə üstünlük verirdi. Ailə həyatı üçün əla başlanğıcdır, deyilmi? Xüsusilə də, nəzərə alsaq ki, toydan öncə bəy gəlini düz 13 dəfə görmüşdü. Sənin gələcək ərin kral ailəsinin qanının daşıyıcısıdırsa, çox şeyəmi göz yummaq olardı – Diana bunu yaşayıb görəcəkdi.
Charles və DianaEyvanda olan bu öpüş XX əsrin ən gözəl öpüş 10-luğuna başçılıq etsə də bu cür gözəl başlıqla başlayan nağıl çox qəmgin sonlandı.
Qızın sevincdən özündə olmadığını demək – heç nə deməmək anlamına gələrdi. Nəhayət ki, onun ailə ssenarisini yenidən yazmaq və uşaqlıqdan ən çox istədiyi, onda heç vaxt olmayan bir şeyi – ideal ailəni qurmaq imkanı yaranmışdı. Onun valideynləri o zamanlar üçün ən utancverici şeylərdən birini etmişdilər – onlar boşanmışdılar (Diana 7 yaşın içində olanda). Boşanmaya qədər onların mübahisələri dəfələrlə yalnız sözlərdən ibarət olmayan böyük dava-dalaş səhnəsinə çevrilmişdi. Diana 2 bacısı və qardaşı ilə heç bir izahat verməməyə üstünlük verən atasının himayəsinə verildi və çoxsaylı mürəbbiyə və dayələrin nəzarətində qaldılar. Qonşu uşaqlar onların arxasınca gülürdülər və lord Spenserin uşaqlarına vəhşi heyvan balaları kimi baxırdılar. “Hər şey ətrafda nataraz görünürdü” – sonralar Ledi Di xatırlayırdı. Amma o, öz uşaqlarında hər şeyin başqa cür olmasını istəyirdi.

 Diananın Viktorian üslubunda dizayn edilmiş paltarı yuxarıdan dar korset, aşağıdan isə həcmli ətəkdən ibarət olmaqla Zoluşkanın paltarını xatırladırdı. Bu paltarın tikilməsi üçün dizaynerlər Elizabet və Devid Emanuel fil sümüyü rəngində 40 metr ipəkdən, qızılı iplərdən toxunmuş krujevadan və bir neçə min mirvaridən istifadə etmişdilər. Diana bu paltarı çox böyük sevinc və fərəhlə geyinmişdi, amma təəssüf ki, bu paltar ona heç bir xoşbəxtlik gətirmədi.

Onun bütün arzularını həyata keçirmək iqtidarında olan Çarlza görə Diana demək olar ki, hər şeyə hazır idi. Nişanın rəsmi elan olunmasından bir müddət əvvəl Çarlz Diananı belindən qucaqlayarkən onun bir az kök olduğunu görmüşdü. Diana həmin andaca dəhşətli bir sürətlə arıqlamağa başladı, yediklərindən canını qurtarmaq üçün o özünü qusmağa məcbur edirdi. Elə o zaman əsəb sarsıntıları çox da uzaq olmadıqlarını göstərməyə başlayırdı. Artıq sərt rəsmi protokol haşiyələrinə sıxışdırılmağa çalışılan gənc Ledi Spenser günbəgün həyatının özünə məxsus olmadığını görürdü. O, hər zaman mükəmməl olmaq, ən yüksək standartlara cavab vermək istəyirdi.
1981-ci ildə toy paltarı üçün ölçülərin ilk qeydə alınması zamanı Diananın bel dairəsi 73,5 sm idi. 29 iyul toy günündə isə ölçülər 60 sm-i göstərirdi.
Kənardan elə görünürdü ki, qızın bəxti üzünə həqiqətən də gülmüşdü. Amma bu “xoşbəxt” görüntünün arxasında çox böyük əziyyətlər gizlənirdi. 300 il ərzində ilk dəfə idi ki, “sadə” ingilis bir qız (məşhur nəsildən olsa da, kral qanının daşıyıcılarından deyildilər) taxt-tacın varisinə ərə gedirdi – buna görə o çox şeyi qurban verməli oldu.
Diana və Charlesın toyu Charles və Diananın toyu

Onun sinirlərinə dəymiş ziyanın dəyərini hesablamaq olarmı? Diananın üzərinə dağ boyda öhdəliklər qoyulmuşdu, amma heç kim ona kömək etməyə tələsmirdi – əvəzində paparazzi onun hər addımını izləmək üçün (əvvəlcə Diana onlardan qaçırdı) ova çıxmışdı. O, ideal, taxt-tac varisinin sevgisinə layiq olmaq istəyirdi və daim nəyisə səhv etməkdən və ya onun hal-hazırki statusuna uyğun olmayan hər hansı geyim geyinməkdən qorxurdu. Onun qüruruna dəymiş zərərin dəyərini hesablamaq mümkündürmü? Şahzadə Çarlz nümayişkaranə şəkildə gəlinə zəng vurmurdu, güllər göndərirdi, amma əziyyət çəkib üstündə kart yazıb göndərmirdi, amma öz məşuqəsini hədiyyələrə qərq edirdi, hətta toydan sonra da Kamillanın verdiyi qol düymələrini hələ də taxırdı.

Onların toyu əsrin hadisəsi oldu. Müqəddəs Pavel kilsəsi bütün arzu edənləri kilsəyə yerləşdirə bilmədi, insan kütləsi bütün kilsə ətrafı küçələri tutumuşdu. Dinamiklər kilsədən çöldə də qurulmuşdu ki, bütün camaat “hə” sözünü eşitsin, 58 ölkədə 700 mln-dan artıq insan qürurlu atanın (Lord Spenser) öz qızını (Ledi Diananı) kilsənin mərkəzinə necə aparmasını izləyirdi.

Hər nə qədər paradoksal olsa da, “utancaq Di” (ona diqqət yetiriləndə həmişə qızardığına görə KİV nümayəndələri Dianaya bu adı vermişdilər) özü üçün önəmli olan hallarda öz dediyinin üstdə durmağı bacarırdı. Britaniya tarixində ilk dəfə Kralın arvadı adəti pozaraq kilsədə deməli olduğu öz evlilik andından ərinə tabeçiliyi çıxara bildi. Ledi Diananın inanılmaz tərsliyi ətrafında gedən “səs-küylü” mübahisələr və aktiv müzakirələrdən sonra mətbuat belə qərara gəldi ki, Çarlzla Diananın nigahını “bərabər insanların birliyi” adlandırmaq olar.
 

Vindsor məhəbbət üçbucağı
Bütün nağıllar, adətən toyla sona çatır və sonradan baş verənləri əks etdirmirlər. Bal ayı çox sürətlə gəlib keçdi, yeni gəlin getdikcə daha sıx-sıx tənha qalmalı olurdu. Onun əri ilə olan münasibətləri idealdan çox uzaq idi, halbuki o məhz bunu istəyirdi. Diana hər yolla ərinin marağını qaytarmaq üçün öz nigahı uğrunda mübarizə aparırdı. Şahzadə Diana özünü müdrik olmasa da, əsl qadın kimi aparırdı və ərinin məşuqəsinin olması fikri ilə qətiyyən barışmaq istəmirdi. O, ağlayırdı, isterikaya düşürdü, hamilə qalırdı (Diana düşünürdü ki, uşaqların doğulması hadisələrin inkişafını onun xeyrinə yönəldəcək), 2 dəfə özünə sui-qəsd etmişdi (“Mən dəhşətli dərəcədə bədbəxt idim və bunu Çarlzdan başqa hamı görürdü. Mən elə bir depressiyaya düşmüşdüm ki, həkim yardımına ehtiyacım var idi! Damarlarımı bıçaqla kəsib özümü öldürmək istərkən qollarımı və sinəmi eybəcər hala salmışdım. Amma hətta bu da Çarlza heç bir təsir göstərmədi”.) və qaynanasından kömək istəmişdi. II Yelizaveta gəlininə qulaq asdıqdan sonra qəmgin halda dodaqlarını sıxaraq məsləhət görüb ki, o, bu vəziyyətlə barışsın, çünki “Çarlzı düzəltmək qeyri-mümkündür!” – bu, kraliçanın gəlininin şikayətlərinə qarşı verdiyi yeganə cavab olub. Çarlz isə əhval-ruhiyyəsi gündən-günə daha da bərbadlaşan həyat yoldaşını sakitləşdirmək, onun yanında olub, ona dayaq olmaq əvəzinə xanım Parker-Boulzun qolları arasında rahatlıq tapmağa üstünlük verirdi. Bundan başqa Çarlz ürəyində paxıllıq edirdi – çünki ictimaiyyət onun gözəl həyat yoldaşını daha çox sevirdi və onun parıltısının kölgəsində o, sanki sönürdü. Daha sonra BBC-nin “Panorama” verilişinə verdiyi müsahibədə Ledi Di deyir: “Çarlzla nigahımızda biz 3 nəfər idik, ona görə də, hamı özünü dar sısqalıqda hiss edirdi”.

 Şahzadə yaxşı ata oldu. Bir dəfə isə o demişdi: «Mən istiyərdim ki, bizim uşaqlar elə böyüsün ki, onların gözəl tərbiyəsi olsun, başqaları haqqında düşünsünlər, özlərini onların yerinə qoya bilsinlər. Ola bilər onların təhsili və ya dünyagörüşü zəif olsun, amma onların davranışları və tərbiyələri yerində olsa, onlar çox şeyə nail olacaqlar».
Diana və Charles ovladları ilə 

Sonralar o, bütün vaxtını uşaqlarına ayırmaqla təskinliyi onlarda tapacaqdı. Çarlz nümunəvi ata olacaqdı – onlar hər ikisi oğulları Uilyam və Qarri ilə fəxr edidilər, lakin uşaqların tərbiyəsi ilə bağlı ortaq fikrə gələ bilmədilər.
80-ci illərin sonlarına yaxın cütlüyün münasibətləri o dərəcədə soyumuşdu ki, Diana və Çarlz yalnız rəsmi mərasimlərdə bir araya gəlirdilər və o da protokolda onların bir yerdə olmalı olduqlarının göstərilməsindən dolayı olurdu. Onların bir-birinə qarşı olan xoşagəlməz münasibəti artıq sirr olmaqdan çıxmışdı. 1995-ci ildə Diana BBC kanalının “Panorama” verilişində çıxış edərək milyonlarla tamaşaçıya nigahlarında Kamillanın “görünməyən” iştirakı barədə danışdı. O, bu addımın nə ilə nəticələnəcəyini bilirdimi? Əlbəttə, bəli. Və o, əlindən gələn hər şeyi etdi ki, kraliça nigahın pozulmasını tələb etsin. Nağıllarda haqqında danışılan şahzadəni arzulayan qızcığaz böyüdü, yetkinləşdi və etiraf etmək cəsarətini toplayaraq bəyan etdi ki, onun maraqları və özünə hörməti onun xəyanətkar ərinin maraqlarından və damarlarında axan kral ailəsinin qanından daha yüksək və vacibdir və hətta bütün Britaniya monarxiyasının maraqları ilə qarşı-qarşıya gələ bilmə iqtidarındadır.

 Deyirlər ki, sevmək – eyni istiqamətə baxmaq deməkdir. 80-ci illərin ortalarından etibarən artıq kameraların obyektivləri bu cütlüyün ayrı istiqamətlərə baxdıqları anları daha tez-tez lentə almağa başlamışdılar.

Sevginin kompensasiyası
Nigahda olduğu illər ərzində o, əla şəkildə özünü xoşbəxt göstərməyi öyrənmişdi, amma daha bunu etmək istəmirdi. Uels şahzadəsi (bu titulu o saxlamışdı) boşandıqdan sonra daha böyükmiqyaslı sevgiyə “keçdi”, bu ailə sevgisindən daha böyük idi – o, xeyriyyəçiliyə (adətən, əvvəllər bu protokola uyğun həyata keçirilirdi) başladı və o, bunu formal yox, tam ürəkdən edirdi. Çarlzın qərarsız arvadı öldü – yeni Diana dünyaya gəldi və onun cəsarəti digər insanlara da örnək oldu. Onun missiyası yarandı; “Mən hər zaman humanitar insan olmuşam, varam və olacam da. Mən bacardığım qədər insanlara kömək etmək istəyirəm…Dünya insan sevgisinin və nəvazişinin yoxluğundan getdikcə daha çox əziyyət çəkir… Kimsə çıxıb insanları sevməli və onlara bunu deməli və göstərməlidir”. Diana ingilis baletinə, xəstəxanalara, uşaq xəstəxanalarına dəstək olurdu – QİÇS-ə, xərçəngə, leykamiyaya tutulanlara kömək edirdi, piyada əleyhinə minaların qadağan olunması uğrunda mübarizə aparırdı – Anqoladakı mina tarlalarına həsr olunmuş film çəkmişdi. Şahzadənin bahalı paltarları isə xeyriyyə hərraclarında vurulan çəkiclərin hər yeni zərbəsi ilə gedirdi. Onun mənəvi mürəbbiyəsi, tərbiyəçisi Tereza Ana olmuşdu. Tereza Ana Ledi Diananın mənəvi ustadı idi.
Ledi Di-insanların dostu, xeyriyyəci 

Ledi Dinin məşuqları
Başqalarının çirkli işləri üzərində pul qazanmağı sevənlər şahzadə Diananın intim həyatının təfərrüatlarını üzə çıxartdıqca daha çox məmnunluq duyurdular. Gizli sevgililərin sayı gah 5, gah 7, gah 14 olaraq göstərilirdi. Ümumilikdə onların nə qədər olduğunun əhəmiyyəti yoxdur, amma unutmamaq lazımdır ki, hər bir qadının xoşbəxt olmaq hüququ vardır.

tənha Diana 
Cütlüyün münasibətləri getdikcə daha da gərginləşirdi və 1992-ci il onların münasibətlərində qırılma nöqtəsi oldu. Bu barədə yüzlərlə söz demək olardı, amma Diananın Tac Mahal qarşısında tənha oturmuş şəklinə baxanda hər şeyi anlamaq mümkün idi.

Diananın müdafiəsinə onu qeyd edək ki, Çarlz heç zaman xüsusi temperamenti ilə fərqlənməyib (hətta öz ərlik funksiyalarını o 3 həftədən bir yerinə yetirərdi). Nigahın bağlanmasından 4 il sonra isə intim münasibətlər tamamilə kəsildi. Bu işdə yaş da öz rolunu oynayırdı.
Çarlzın bir kişi kimi hissləri zəifləməyə başladığı halda Diana hələ çiçəklənmə dövrünə doğru irəliləyirdi. Görəsən, daim bir qadın olaraq öz cəlbediciliyinə əmin olmaq üçün bu cür çılğınlıqlar edən Diananı qınamaq olarmı?
(Nəzərinizə bir daha çatdıraq ki, Çarlz Dianaya hər zaman Kamillayla xəyanət edib və Kamilla Dianadan çox-çox eybəcər olub və bir qadın olaraq bu Dianaya çox pis təsir edirdi).
 

 Cangüdən Barri Manaki ilə Diana 1985-ci ildə tanış oldu və tanış olan kimi də onu sevdi. Hətta Diana elə fikirləşirdi ki, Manaki üçün o hər şeyi atıb getməyə belə hazırdır. Diana ilə Manakinin münasibətləri haqqındakı şayiələr II Yelizavetanın qulağına çatdı və həmin andaca Manaki işdən qovuldu. 1997-ci ildə isə Manaki avtomobil qəzasında həlak oldu. Onun motosiklini qarşıdan gələn maşın vurub yolun kənarına atmışdı. Bu hadisənin bədbəxt hadisə, yoxsa qəsdən adam öldürmə olduğu haqqında hələ də dəqiq fikirlər yoxdur.

“Ürəklərin kraliçası” fenomeni
İnsanlar Diananı parlaq, bənzərsiz, şən, eleqant və ən əsası Britaniya aristokratiyasının digər nümayəndələrinə bənzəməyən xüsusiyyətlərinə görə sevirdilər. O zamanlar kral ailəsində baş verənləri hər bir qadın başa düşürdü. Onlar Diananın üz-üzə qaldığı problemləri (hiyləgər rəqib, xəyanətkar ər, laqeyd qaynana) bilirdilər.

 1987-ci ildə Diana oğullarına at çapmağı öyrədəcək müəllim axtarmağa başlayır və Ceyms Xyutonla tanış olur. Deyirlər ki, atlar yaxşı insanları pis insanlardan ayırd edə bilirlər, amma Xyutonla bağlı deyəsən, atlar da yanlış fikrə düşüblər. Belə ki, ilk başlarda Ceyms özünü əsl centlemen kimi aparsa da, 7 ildən sonra o, Diana ilə olan münasibətləri haqqında sağa-sola danışmağa başladı, hətta şahzadə Qarrinin atası olduğunu iddia etdi. Britaniya xalqı bu söz-söhbətə görə Ceymsə nəinki nifrət etdi, hətta onu «siçovul» adlandırdılar.

Diana özü də yer üzünə düşmüş mələk deyildi, amma bir qadın olaraq o ərinin ruh şəklində fırlanan sevgisini qazanmaq üçün əlindən gələni əsirgəmədi, lakin bu sevgini o qazana bilmədi. Əvəzində isə o, daha böyük sevgi – özünə sevgi və milyonların ona qarşı olan rəğbətini qazandı.

 Diananın sonuncu sevgilisi məşhur London supermarketi «Harrots»un sahibi misirli milyarderin oğlu Dodi əl-Feyd oldu. Bu münasibətlərin ciddiliyi haqqında nəsə demək çətin olardı, amma digərlərindən fərqli səviyyəyə aid münasibətlər idi. Həm onun, həm də Diananın arxasında boşanma təcrübəsi var idi. Buna görə də, ingilis zadəganlarının narazılığına baxmayaraq onların hər ikisi yenidən xoşbəxt olmağa hazır idilər. Hər halda ölümlərindən bir neçə saat öncə Dodi əl-Feyd zərgərlik dükkanlarından birində danışan ada sahib «Dis-moi oui» («Mənə HƏ de) adlı üzük alırmış… 
 Şəhzadə Diananın dəfni
 Diananın ölümündən sonra hər saatda 6 mindən çox insan onun xatirəsini yad eləmək üçün saray darvazaları önünə gəlirdilər, çiçəklər qoyub, dualar oxuyub, şamlar yandırırdılar. Hər kəs onu sevirdi – çünki o QƏLBLƏRİN ŞAHZADƏSİ idi…


 

4 şərh

_BUMERANQ_
Əgər sən sevəcək birisini tapmısansa, deməli ömrün boyu bu sevgidən asılı qalcaqsan. (Ledi Diana)
Diananın həyatı da elə bu asılıqlar ucbatından məhv oldu, təəssüf. 
SHATENKA407
boqatiye toje plachut
Consuelo
Buna baxmayaraq Çarlz Kamilladan da artıq boşanır. 300 milyon funsterlinq qarşılığında Kamilla boşanmağa razı olub. O artıq İspaniyadadı.
Consuelo
Kamillanın axırıncı pis əməli də o oldu ki, şahzadə Keytə şər ataraq uşağın Uilyamdan olmadığını iddia etdi.DNK testinin keçirilməsini tələb etdi. Buna artıq Çarlz da dözmədi. Kamilla xalqın Keyti Şahzadə Diananı sevdikləri kimi sevməsini həzm edə bilmədi. Paxıl heç vaxt dəyişmir.