Cessika Alba

Jessica AlbaCessika Mari Alba 28 aprel 1981-ci ildə Pomona şəhərində anadan olmuşdur. Bir müddət sonra ailəsi Missisipi ştatına köçmüşdür. Ailə çox da xoşbəxt günlər yaşamamışdır, atası meksikalı olduğundan heç yerdə onu işə götürmürdülər. Nəticədə o, hərbçi oldu. Üç ildən sonra HHQ-də xidmət edən atasını yenidən  Kaliforniyaya göndərdilər. Orada yaşayaraq, onlar Texas ştatına, Del Rioya köçdülər.

Anası mənşəcə yarıfransız, yarıdanimarkalı olduğundan qonşular üçün «emiqrant» hesab olunurdu. Ces dünyaya gələndə onun valideynləri çox gənc idilər, evə əlavə gəlir gəlmirdi, elə ev özü də nisbi məna daşıyırdı. Lakin Cessika ailənin tək övladı deyil, onun Coş adlı qardaşı da var. Qızcığazın 9 yaşı olana qədər ailəsi ştatdan ştata on dəfə köçmüşdür.

5 yaşında Cessika aktrisa olmağı qərara almışdır. 12 yaşında aktyor kurslarına getməyə başladı. 13 yaşında həyatda özünün ilk rolunu aldı. Ona görə yox ki, istedadlı idi, çünki rejissorun onun uzun saçlarından xoşu gəlmişdi. O, əsl Hollivud ulduzu olmaq istəyirdi. Odur ki, hər həftə Beverli-Hillzdəki   müxtəlif kastinqlərə gəlirdi. İlk öncə ona teleseriallarda rollar təklif etdilər. Əsl rolu gözləyərkən hətta o, kompüter oyununun reklam çarxında çəkilməli olmuşdur.

«Flipper» serialının çəklişlərində Cessika oğurlandı. Onu çəkiliş meydançasından oğurladılar və böyük məbləğdə pul istədilər. Lakin valideynləri bu məbləği ödəmək gücündə deyildilər. Qızı təsadüfən maşının yük yerində aşkar etdilər, oğruları isə tapa bilmədilər. Amma bu hadisə qəzetlərə düşdü və 14 yaşlı Cessikaya ciddi prodüserlər maraq göstərməyə başladılar. Hətta onu «Beverli-Hillz, 90210» serialının bir neçə epizodlarında çəkmək də mümkün oldu.

Sonra «Qəmgin mələk» serialının icraçı prodüsseri Ceyms Kemerondan belə təklif gəldi. Seriallara çəkilərək Cessika Avstraliya və Kanadada oldu, elə orada da Dini Pettinin tok-şousuna dəvət aldı. 2001-ci ildə o, «Maxims Hot 100 Babe List» jurnalının üz qabığına düşdü.

İillər keçdikcə o, məşhurlaşdı. 2003-cü ildə "Əzizim", 2005-ci ildə isə daha 3 filmdə — «Günahlar şəhəri» (bu filmdə Mikki Rurk, Bryüs Uillis, Benisio Del Toro, Elayje Vudu və Brittani Merfi ilə birgə çəkilmişdir), «Fantastik dördlük» və «Cənnətə xoş gəlmisiniz» (Pol Uoker ilə çəkilib) filmlərində çəkilmişdir.

gozəl Cessika
Təhsili
: məktəbdən sonra «Atlantik Teatr Kompaniyası» teatr studiyasında oxuyub.

Sevimli: həftənin günü-cümə, rəng-bənövşəyi, musiqi hip-hop, qrup-«Coldplay», idman növü-tennis və qolf, geyim-«Dolce Gabbana».

Dəyərləri: inadkarlıq, əməksevərlilik, dəyişə bilmək qabiliyyəti.

Çatışmamazlığı (öz etirafına görə): hirslənəndə saçını əlilə burmaq, ayyaqqabı şoppinqinin fanatı.

Filmləri: "İtmiş düşərgə" (1994), «Veneranın çıxması» serialı (1995), «Flipper» serialı (1995-96), «Cef üçün çox tezdir» serialı (1996), «P.U.N.K.S» (1999), "Öpülməmiş" (1999), «Qatil əllər» (1999), «Paranoya» (2000), «Qəmgin mələk» serialı (2000-02), "İntim lüğət" (2003), "Əzizim" (2003), «Günahlar şəhəri» (2005), «Fantastik dördlük» (20051,'Cənnətə xoş gəlmisiniz" (2005), «Ayılma» (2006), «Səs sürətilə» (2006), «Göz» (2007), "Çak, uğurlar" (2007), «Bill» (2007), «On» (2007), «Günahlar şəhəri-2» (2007), «Fantastik dördlük-2» (2007).

Mənbə: «Gözəllik dünyası» jurnalı
 

4 şərh

Anik
cox sagol melumata gore
Consuelo
İndi də evlidir. Səhv etmirəmsə 2 uşaq anasıdır. Ama hələ də şirin qız olaraq qalır.