Rihanna

Robin Rihanna Frenty 1988-ci il fevralın 20-də ABŞ-da yerləşən kiçik bir ada ölkəsi olan Barbadosun Saint Michael bölgəsində anadan olmuşdur. Rihannanın ailəsi 5 nəfərdən ibarətdir — anası Monica Frenty, atası Ronald Frenty və özündən kiçik qardaşları olan Rorrey və Rajad. Rihanna Charles F.Broome Memorial məktəbini bitirib. Daha sonra ölkənin məşhur məktəblərindən birinə — Combermere məktəbinə daxil olur. Sonralar iki sinif yoldaşı ilə orada ilk musiqi qrupunu yaradır.

2004-cü ildə «Miss Combermere» gözəllik yarışmasında birinci olur və «Combermere məktəbinin rəngləri» festivalında səhnəyə çıxaraq Mariah Careynin «Hero» mahnısını ifa edir. Rihanna ilk böyük addımını hələ 15 yaşındaykən bir dostunun vasitəsi ilə musiqi prodüseri Evan Rogers ilə tanış olmaqla atır. Rogers həmin anda həyat yodaşı ilə istirahət edirmiş. Bacarıqlı produser və onun iş ortağı olan Carl Sturken Rihannanın ilk səs yazılarına kömək etməyə qərar verir.

Rihannanın bu səs yazıları Amerikanın bir çox şirkətinə göndərilmişdi. Bu yazılardan biri də Jay-Z-yə çatmışdı. Jay-z Rihannanı müqaviləyə imza atması üçün «Def Jam Records»la bir araya gətirir.

Rihannanın ilk albomu 30 avqust 2005-ci ildə çıxır. «Music of the Sun» adlı əsər bütün dünyada bəyənilir. Oktyabrın 11-də çıxan «Pon De Replay» mahnısı ona uğur gətirir. Musiqisini Rihanna ilə birlikdə prodüser Carl Sturken və Evan Rogersin bəstələdiyi mahnı uğurlu olsa da, albom məşhur musiqi jurnalı «Rolling Stone»dan ancaq 2.5 xal ala bilmişdi.

Sonralar Rihanna mahnı və klipləri ilə daim gündəmdə qaldı və hələ də qalmaqda davam edir. O, geyimi, cazibədarlığı ilə həmışə diqqət mərkəzində olub. Həmişə rahat geyimlər tərəfdarı olan Rihannanın özünün geyim kolleksiyası var. Hamı tərəfindən çox bəyənilən geyimlərin çoxu idman dəstlərini xatırladır. Rihanna ən çox saç kəsimləri və saç rəngi ilə diqqət mərkəzində olur.


Rihannanın bütün mahnıları dünyada çox bəyənilir. Hər il müxtəlif festivallarda "İlin müğənnisi", ya da "İlin ən yaxşı qadın müğənnisi" titullarına layiq görülür və sevilir. Rihannanın belə bacarıqlarını görən rejissorlar onu kinoya belə çəkmişlər.

0 şərh