Nina Riccinin uğur tarixçəsi

Mari Adelaida Nieli 1833-cü ildə İtaliyanın şimalında çəkməçi ailəsində dünyaya gəlir. Qızcığazın 5 yaşı olduqda ailə Turinadan Florensiyaya, 12 yaşı olduqda isə Monte-Karloya köçür. Bu köçmələr adi yerdəyişmə arzusundan irəli gəlmirdi. Məşhur və bacarıqlı ayaqqabı ustası Niel qızlarının gələcəyini yaxşı şəkildə təmin etmək üçün daha zəngin müştərilər axtarışında idi. Lakin 1895-ci ildə o dünyasını dəyişir və ailə himayəsiz qalır. 12 yaşlı Mari anasına kömək etmək üçün işləməyə başlayır.

Qısası, o böyüdükdən sonra seçiminə görə peşmanlıq duymadığını deyib. Erkən yaşlarından Mari daim öz parlaq libasları ilə seçilirdi və onları özü tikirdi. Hələ kiçik uşaq olan Marini atelyelərdə şagird olaraq işə götürürdülər. Dərzilik sənətinə yiyələnən Mari Monte-Karloda böyük populyarlıq qazanır.

Onun 14 yaşı olduqda anası və bacısının işlədiyi qalanteriya emalatxanasında işə düzəlir, lakin axşamlar əvvəllər olduğu kimi dərziliyi tam öyrənmək üçün atelyeye gedir. Bir müddətdən sonra qız yenə iş yerini dəyişir və bu onun üçün əsl sıçrayış olur. O Modalar evində işə düzəlir və burada yeni başlayanlarla eyni işi görür, yəni hazır paltarları ütüləyir, düymə tikir, “gətir-götür” işləri ilə məşğul olur. Onun həvəsini heç vaxt itirmirdi.

Marinin 18 yaşı olduqda artıq emalatxanaya rəhbərlik edir, 22 yaşında isə atelyenin əsas dizayneri olur. Parisin bir çox dəb evləri istedadlı qızla maraqlanmağa başlayır. Bu zaman isə o Lui Ricciyə ərə gedir. Lakin bu evlilik tezliklə dağılır və Mariyə bu nigahdan Ricci soyadı və oğlu Robert qalır. Bu zaman bir sual yaranır: nəyə görə Mari yox, Nina Ricci? Məlum olmayan səbəblərə görə Marinin yaxınları onu Nina adlandırırdı və insanlar bu ləqəbi onun adından daha çox sevdilər.

1908-ci ildə Nina Ricci Raffin dəb evinin dizaynerinə çevrilir. 10 il adi dizayner vəzifəsindən sonra qadın şirkətin ortaq sahibinə çevrilir. Lakin bir müddət keçdikdən sonra Raffin dəb evi maliyyə böhranı səbəbindən bağlanır. Lakin Nina həvəsdən düşmür. Onun 49 yaşı, yaxşı sərvəti və mükəmməl oğlu var idi.

Beləliklə, 1932-ci ildə Nina Riççi oğlu Roberto ilə Moda evini açır. Roberto işin maliyyə tərəfi ilə məşğul olur, anası isə yeni geyim modelləri yaradırdı. Cəmi 5 il ərzində Riççi ailəsinin müəssisəsi böyük uğur qazanır. Müharibənin başlanması anına qədər Nina Ricci dəb evində 500-dən çox işçi çalışırdı. Müharibə sözsüz ki, onun da biznesinə təsirsiz ötüşmür.

1946-cı ildə Robert özünün ilk “Coeur Jolie” brendi altında ilk ətrini buraxır. Cəmi 3 ildən sonra isə əfsanəvi “L’AirduTemps” satışa çıxarılır.

Nina Ricci 1970-ci ild dünyasını dəyişir. 28 il gərgin əmək sayəsində o hazırda da qadınların sevdikləri məkan olan RICCI dəb evini yaratmışdı. Bu dünya dəbi üçün nəhəng hadisə idi.
 

0 şərh