Bənazir Bhutto

Bənazir Bhutto (21 iyun 1953 – 27 dekabr 2007) Pakistanın tanınmış dövlət və siyasi xadimi, ölkənin keçmiş Baş Naziri olmuşdu.

Bənazir Bhutto ilk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələndikdən 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılır.

1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. Bununla yanaşı, o Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.

1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Onun ölümünə gəldikdə isə 27 dekabr 2007-ci ildə, 54 yaşında olarkən Pakistanın Ravalpindi şəhərində seçki mitingində çıxış edərkən sui-qəsd nəticəsində öldürülüb. Faciə 8 yanvar 2008-ci ildə Pakistanda parlament seçkiləri ərəfəsində baş vermişdi.

Bhuttonun ölümündən sonra, baş nazir Pərviz Müşərrəf, ölkədə üç günlük yas elan etdi.

Aşağıda xalqı uğrunda həlak olmuş qadının ən məşhur sitatlarını təqdim edirik:

  • İnsanlar danışır – zaman gedir. Zaman danışır – insanlar gedir.
  • Mənim iki çatışmayan cəhətim var… pis yaddaş və bir də nə isə var idi.
  • Reallığı dərk etdikdə ona haqq qazandırmağa çalışma.
  • Gözəllik dünyanı xilas edəcək, lakin əgr mehribandırsa. O mehribandırmı? Dünyanı gözəllik deyil, parlaq fikirlər xilas edəcək. Və yaxud təkəbbürlü və qüsursuz gözəlliyin nə faydası var?!
  • Zəif daim güclülərə, ən güclü isə hər kəsə yol verər.
  • Azad olmağı arzulayarkən bu arzudan da azad olmaq lazımdırmı?!
  • İnsanlıq sərhəddini aşan cinayət yalnızca mərhəmət sərhəddini aşan qanunlarla cəzalandırılmalıdır.
  • … insanlar heyvanlar aləmindən çıxma canlılardır, buna görə də insan olmaq istəmirlər.
  • Əgər ürək və beyin birlikdə işləyirlərsə, deməli artıq özünlə tanış olmusan.
  • Həyatda daim sən seçim etmirsən, bəzən seçilirsən.
  • Bəhanə axtarma, səbəb onsuz da kifayət qədər çoxdur.

0 şərh