İrena Sendlerin şücaəti

Bu məqalədə Varşava gettosundan 2500 uşağı xilas etmiş bir qadın haqqında danışacağıq. Bu qadını adını İrena Sendlerdir. 2007-ci ildə onun namizədliyi Sülh üzrə Nobel mükafatına təqdim edilməmişdən öncə demək olar ki, bir çoxları onun şücaətindən xəbərsiz idi. Çox təəssüf ki, o mükafata layiq görülmür.

İkinci Dünya Müharibəsi zamanı İrena Sendler səhiyyə idarəsinin Varşava bölməsinin əməkdaşı kimi Varşava gettosuna gedir və burada xəstə uşaqlara nəzarət edirdi. O öz səlahiyyətlərindən istifadə edərək 2500 uşağı gettodan çıxara bilmiş və beləliklə də, onların həyatını xilas etmişdir.

İkinci Dünya müharibəsi zamanı o həmçinin gizli təşkilat olan Yəhudilərə kömək şurasının (Zegota) üzvü idi. O gettoya daxil olmaq üçün özü və tərəfdaşı İrena Şultsz üçün Varşavanın edpidemiyaya nəzarət departamentindən rəsmi giriş ərizəsi almışdı. Onlar hər gün gettoya gəlir və uşaqları getto sərhədlərindən kənara çıxarmaq üçün lazım olacaq vacib əlaqələr yaradırlar. İrena Sendler rəfiqəsi ilə yanaşı gettoya uşaqlar üçün qida, dərman, pul və geyim gətirirdi.

Tezliklə onlar bu fəaliyyətlərinə digər könüllü təşkilatları da cəlb edə bilirlər. Onlar insanların dəhşətli şərtlərdə yaşadığı və hər ay aclıqdan və xəstəlikdən 5000 nəfər həlak olduğu gettodan uşaqları xilas etməyə çalışırlar. Bu asan iş deyildi və zamanla hər şey daha da çətinləşirdi. Almanlar bütün çıxış məntəqələrinə nəzarət edirdilər.

O bir neçə nəzarətçiləri pul ilə ələ ala bilirdi, bəzən isə uşaqları sadəcə olaraq getto divarlarından digər tərəfə keçirirdi. O çox vaxt kiçik uşaqları öz alət çantasında, nisbətən böyük uşaqları isə öz yük avtomobilin arxa hissəsində, brezent altında gizlədirdi. O daim öz avtomobilində itini də aparırdı və ona gözətçiləri gördükdə hürməyi öyrətmişdi. İt hürdükdə avtomobildə olan uşaqların ağlamaq və yaxud hər hansı səsi eşidilməz olurdu.

Sendler xilas etdiyi uşaqların həqiqi adlarını kodlaşdırılmış şəkildə bir kağıza qeyd edir, onları bir bankaya yığır və öz bağında basdıraraq gizlədir. O bunu gələcəkdə uşaqların valideynlərini tapmaq və onları öz ailələrinə qovuşdurmaq üçün edirdi. Nəticədə Sendlerin bağında gizlətdiyi bankada 2500 uşağın adı yazılan kağız toplanır.

20 oktyabr 1943-cü ildə Sendler gestapo tərəfindən həbs edilir. O döyülmələrə və işgəncələrə məruz qalır və bu işgəncələr gedişatında hər iki qolu və ayağı sınır. Lakin gestapolar onun ruhunu sındıra bilməzdilər. O heç bir şeyi etiraf etmir. Sendler yalnızca əsa ilə hərəkət edə bilirdi. Sendler edama məhkum edilsə də Zegota təşkilatı tərəfindən xilas edilir. Təşkilat gözətçilərə pul verərək Sendlerin adını artıq güllələnmişlər siyahısına daxil etdirir. Nəticədə o müharibə bitənə qədər gizlənməli olur. İrena Sendler 2008-ci ildə 98 yaşında dünyasını dəyişir.

banker.az

0 şərh