Şeron Stounun aforizmə çevrilən fikirləri

Qadınlar və gözəllik haqqında
Gözəl qadın odur ki, rəqabət, intriqa və xəyanətləri qəbul etmir.

Plastik cərrahiyyə mənlik deyil, amma cərrah xidmətinə müraciət edən qadınları qınamıram. Əgər bu, sizi xoşbəxt edirsə, niyə də yox? Kaliforniyada dodaqlarını böyütmüş, burnunu kəsdirmiş, yanaqlarına dolğu vurdurmuş, dişlərini ağartmış və saçlarını boyamış yüz minlərlə sarışın qadın yaşayır.

Hətta ən bahalı makiyaj və ən bahalı saç düzümü də qadınları gözəl edə bilməz. Ən parlaq və ən maraqlı qadın odur ki, enişli-yoxuşlu həyat yolu olsun.

Yeva Qardner dünyanın ən gözəl qadını idi. Niyə? O, üzündə heç bir dəyişiklik etməmişdi. O, qadına bənzəyirdi və heç bir zaman gənc qıza bənzəməyə çalışmırdı.

Qadınların üz ifadəsi geyimindən daha vacibdir.

Gözəl olub-olmadığım haqqında heç vaxt ciddi düşünməmişəm. Amma sehrli bir nömrə bilirəm: cəzibədarlığın illüziyasını yaratmaq bacarığı. Bir qadın otağa daxil olduqda başqaları onun gözəlliyinə deyil, ondan gələn güc və enerjiyə reaksiya verir.

Qadın hər şeyin məsuliyyətini daşımamalıdır.

Əgər ağıllısınızsa, gözəl olacaqsınız. Çirkin yoxdur. Biri gözəl, biri qızılgül, başqa biri də kaktus kimidir.

Təsəvvür edə bilməzsiniz ki, nə qədər plastik cərrah mənə əməliyyat təklifi edib. Bir dəfə hətta razılaşmışdım, yaxşı ki, fikirimi tez dəyişdim. Bəli, qocalıram. Amma mənə elə gəlir ki, yaşlanma sənəti bəzi natamamlıqlara yol verir, onlar obraza həssaslıq və seksuallıq əlavə edirlər.

40 yaşım olanda, əlimdə bir qədəh şərabla hamama girdim və dedim: “Özümü olduğum kimi qəbul etməyənə qədər buradan çıxmayacam”.



Qocalıram, amma bu prosesdən zövq alıram. Yaşımı maskalamaq istəmirəm. Yalnız öz yaşımda mümkün qədər yaxşı görünən bir qadın olmaq istəyirəm.

İnsanlar tez-tez soruşur ki, bu yaşımda necə belə yaxşı görünə bilirəm. Cavab belədir: Xoşagəlməz insanlarla ünsiyyət qurmuram.

Əlaqələr və kişilər haqqında


Seksual yaxınlıq ancaq musiqi və dua ilə müqayisə edilə bilər.

Yanlış insanın yanında özünü tək hiss etməkdənsə, tək olmaq daha yaxşıdır.

Qadın ancaq orqazmı oynaya bilər, kişilər isə sevgini təqlid edir.

Bir gün qızlar bir vaxtlar özlərinin evlənmək arzusunda olduğu kişiyə çevrilir.

Sizdən daha çox problemi olan insanla heç vaxt yatağa girməyin.

Həqiqi tənhalıq odur ki, ətrafında olan heç bir insan səni anlamır.

Sevgi qaranlıqda buzlu dağa qalxmaq kimidir. Bircə yanlış addım və sən ölüsən!

Evlilik cəhənnəmin yer üzündə gördüyüm ən yaxşı inikasıdır.

Həyat və insan haqqında


Həyatda niyə yıxıldığınız yox, necə qalxdığınız önəmlidir.

İnsanlar dəyişməyə qorxur, onlar elə düşünür ki, nə isə itirəcəklər. Unudurlar ki, onlar daha çoxunu əldə edə bilmək imkanından özlərini məhrum edirlər.

Hər bir ulduzun məşhur olmazdan əvvəl tanış olduğu bir dostu olmalıdır ki, onu yerində oturtsun. Çünki ulduz da hamı kimi adi bir insandır.

Əvvəllər qalmaqal yaratmağı ancaq ulduzlar özünə icazə verirdi, indi məşhur olmaq üçün qalmaqal yaradırlar.

Uşaqdan gözəl heç nə yoxdur, daha yaxşısı 3 və daha çox uşaq ola bilər.

Ölüm bir neçə dəfə qapımı döysə də, açmadım. O, mənə yenidən yaşamağı öyrətdi. Qapının taqqıltısı məni oyandırdı.

Özünüz üçün ən önəmlisini təyin edin, tətbiq edin və digərlərindən xilas olun.

Gənc olduğunuz zaman özünüzü yenidən yaratmaq və səhvləri düzəltmək üçün vaxtınız var. Müəyyən bir yaşa çatdıqda «Xoşunuza gəlsə də, gəlməsə də, mən buyam”, — deyirsiniz.

Gənclik darıxdırıcıdır. Həmişə əsl qadın olmaq istəmişəm. Böyüyəndən sonra yanında sadəcə yaraşıqlı bir kişi olmasını istəyirsən, cavan olanda yanında yaraşıqlı kişidən daha darıxdırıcı heç nə yoxdur.

40 yaşım olduğunu dürüstcə etiraf etdikdən sonra Hollivud rejisor və prodüserləri qərara gəldilər ki, vəba olduğumu hamıya elan etmişəm. Əgər 40 yaşından yuxarı aktyorlarla çalışmaq istəmirlərsə, dünyadakı ən böyük səfeh onlardır.



Kişilər çox ağıllı olmalıdır. Yalnız sərvət və seksuallıq sevinc gətirə bilməz.

İti ağıl və gözəlliyin vəhdəti qarşısında heç bir kişi tab gətirə bilməz.

Sülh və əmin-amanlıq dünyada heç vaxt olmayacaq. Lakin onları siz öz təxəyyülünüzdə yarada bilərsiniz.

Uşaqların necə böyüdüyünə baxdığınızda, həyat və özünüz haqqında daha çox məlumat öyrənirsiniz.

Hazırladı: Aytən Məftun
 

0 şərh