Kraliça Yelizaveta

Hələ 2 yaşında ikən anası edam edilmişdi. Ögey anasının dizlərinin dibində böyüdü. Amma taxta çıxan bacısı tərəfindən yalan iddialar əsasında həbs edildi. Lakin onun taxta çıxmasına və tarixi missiyasını həyata keçirməsinə mane ola bilmədilər. Kişi sərkərdələrin və hökmdarların görə bilmədikləri bir işi gördü. Orduya rəhbərlik edərək, o dövr Avropasının ən güclü dövləti olan İspaniyanı ağır məğlubiyyətə uğratdı. Çoxsaylı təkliflər alsa da ərə getmədi. O, taxta çıxanda İngiltərə kasıb bir ölkə idi. Ancaq qısa müddətdə ölkəni Avropanın ən varlı və inkişaf etmiş dövlətlərindən birinə çevirdi. Ölkəni idarə etdiyi dövr İngiltərə tarixinə qızıl əsr kimi düşdü. Bu əvəzedilməz idarəedici qadının adı Yelizaveta idi.

kraliça Yelizaveta 11533-cü il, sentyabr ayının 17-də kral VIII Henri ilə Anna Boleynin izdivacından dünyaya gələn Yelizaveta hələ uşaq ikən çətin sınaqlarla üz-üzə qalmışdı. Atası kral VIII Henri 18 yaşında ikən taxta çıxmış və özünə güclü arxa tapmaq məqsədi ilə İspaniya kralının qızı Katerina ilə evlənməyə məcbur olmuşdu. Lakin 25 yaşında ikən kral qəlbini fəth edən Annaya vuruldu və Katerinadan ayrılmaq qərarına gəldi. Onun Katerinadan ayrılmaq və yenidən evlənmək istəyinə Roma Papası icazə vermədi. Çünki katolik məzhəbində ciddi əsas olmadan belə bir boşanmaya və evlənməyə yol verilmirdi. Bundan əsəbiləşən VIII Henri katolik məzhəbinə sitayiş edən İngiltərədə məzhəb dəyişikliyi etmək üçün hərəkətə başladı. Bir il əvvəl protestantlığa qarşı amansız mübarizə apararaq onun ideya rəhbəri Martin Lüterin kitablarını yandıran və buna görə Papanın xüsusi rəğbətini qazanan VIII Henri yeni kilsə və məzhəb quraraq onu anqlokanizm adlandırdı. Bunun ardınca da o, sevdiyi Anna Boleynlə evləndi. Amma bu evlilikdən doğulan Yelizavetanı kral heç sevmədi. Belə ki, onun birinci arvadından da Mariya adlı bir qızı vardı və o, Anna ilə evlilikdən taxt-tacına varis olacaq oğlan uşağının doğulmasını gözləyirdi. Yelizavetanın doğulması ilə Anna ilə əri arasında bir soyuqluq əmələ gəldi və o, krala xəyanət etməkdə suçlandırılaraq edam edildi. O vaxt Yelizaveta iki yaşında idi. Bunun ardınca Yelizaveta və bacısı Mariya qeyri-qanuni övlad hesab edilərək taxt-taca varislik hüququndan məhrum edildilər.

Ögey ananın yanında


Yelizaveta, əvvəlcə, kralın həyat yoldaşı Ceyn Seymurun (Jane Seymour) yanında qaldı. Yeni həyat yoldaşı VIII Henriyə arzuladığı varisi — Edvardı doğdu, lakin o, doğuşdan sonra çox yaşamadı və vəfat etdi. Bunun ardınca kral Kleves xanədanından Anna ilə, sonra sə Katerina Hovard və Katerina Parr ilə ailə həyatı qurdu. Lakin kralın yeni eşqə düşməsi ilə Katerina Hovard və Katerina Parr da saxta ittihamlarla edam edildilər. Bütün bunlar da balaca qızcığazın psixologiyasında ağır izlər buraxdı və onun ömrünün sonuna kimi ərə getməməsində önəmli rol oynadı. Sarayda baş verən qanlı intriqalar Yelizavetanın o dövr üçün mükəmməl hesab edilən təhsil almasına mane ola bilmədi. Gələcək kraliça o dövrün məşhur elm adamları olan Uilyam Grindal və Rocer Aşamdan dərs aldı və 5 xarici dildə sərbəst danışmağı öyrəndi. O, ümumiyyətlə, çox istedadlı idi və bu, ona qarşı sarayda xüsusi rəğbətin əmələ gəlməsinə səbəb olmuşdu. Kral VIII Henri 1547-ci ildə vəfat etdi. Lakin o, ölməmişdən əvvəl qeyri-qanuni elan edilən qızlarının taxt-taca olan varislik hüququnu bərpa etdi. Ondan sonra taxta 9 yaşlı oğlu VI Edvard çıxdı. Edvard ölkəni idarə edə bilmədiyindən dayısı Edvard Seymur ölkənin idarəçiliyini əlinə aldı. Buna qısqanclıqla yanaşan kralın kiçik dayısı Tomas ölkədə dövlət çevrilişi hazırlamağa başladı. O, gənc kralı oğurlamaq və bu yolla ölkədə hakimiyyəti ələ keçirmək istəyirdi. Bundan əvvəl isə Tomas Yelizaveta ilə evlənmək istədi. Lakin Yelizaveta onun bu təklifini rədd etdi və bunu hələ 15 yaşına çatmaması ilə əlaqələndirdi. Tomasın sui-qəsd planı (azyaşlı kralın oğurlanması) baş tutmadı və qəsdin üstü açıldı. O, həbs edildi. Amma bu sui-qəsddə Yelizavetanın da adı hallandırılmağa başladı. Yelizaveta isə bu ittihamları rədd etdi. Buna baxmayaraq, o, uzun müddət şübhəli adam kimi sorğu-suala tutuldu və xüsusi nəzarət altında saxlanıldı.

1553-cü ildə kral VI Edvard da xəstələnərək öldü. Onun yerinə isə kral VIII Henrinin birinci arvadı Katerinadan olan qızı Mariya taxta çıxdı. O, anasının vətəni olan katolik ölkəsi kimi tanınan İspaniya ilə sıx əlaqə qurmuşdu və ona görə də İngiltərədə, xüsusilə, sarayda çoxunun nifrətini qazanmışdı. Ona görə də 1554-cü ildə sarayda xüsusi nüfuz sahibi olan Tomas Uayt və tərəfdarları Mariyaya qarşı sui-qəsd planı hazırladılar. Amma bu planın üstü açılanda yenə də sui-qəsdçilərin Yelizavetanı taxta çıxarmaq niyyətində olduqları güman edildi. Bu dəfə də Yelizaveta nahaqdan sui-qəsdçilərlə əlaqəli olmaqda süçlanaraq həbsə atıldı. Bunun ardınca da o, Oksfordşirdə sürgünə göndərildi. Amma 1 illik sürgündən sonra kraliçanın əri Filippin istəyi ilə onu yenidən Londona qaytardılar. Bunun da səbəbi vardı. İspaniya kralı və eyni zamanda Mariyanın əri olan kral Filipp kraliçanın xəstə olduğunu və yaxın vaxtlarda öləcəyini hiss etmişdi. Ondan sonra taxt-taca Yelizaveta çıxarılacaqdı. Ona görə də o, Yelizavetanı sürgündən azad etdirərək yanına gətirtməklə sonuncu kraliça olacağı halda, İspaniya ilə dostluq əlaqələrinin davam etdirilməsini istəyirdi.

Həbsdən taxta uzanan məşəqqətli yol


Filippin də öncədən hiss etdiyi kimi, Mariya xəstəlik səbəbindən çox yaşamadı və vəfat etdi. Bununla da Yelizavetanın taxt-taca gedən yolu açıldı. 1558-ci il, noyabr ayının 17-də o, İngiltərə taxtına çıxdı. Əslində Yelizaveta ölkəni idarə etməyə hazır idi və bunun üçün gənc yaşlarından böyük bir siyasət məktəbi keçmiş və saray daxilində süni şəkildə ortaya atılan bütün intriqaların, problemlərin aradan qaldırılması barədə xeyli düşünmüşdü. O həm də yaxşı at çapır, rəqs edir, incəsənət adamlarına böyük rəğbət bəsləyirdi. 1559-cu il, yanvar ayının 15-də, bazar günü Yelizavetanın taxta çıxması münasibətilə təntənəli mərasim keçirildi. Taxta çıxdıqdan az sonra o, ölkədə fəaliyyət göstərən protestant və katolik kilsələrinin fəaliyyətinin gücləndirilməsi üçün bəzi tədbirlər həyata keçirdi. Yelizaveta protestant məzhəbinə xidmət edən dindarlardan idi. Atasından fərqli olaraq, gecə-gündüz dua edir, eyni zamanda müxtəlif məzhəblərdən olan insanların da dini inanclarını ləyaqətlə, sərbəst yerinə yetirməsi üçün onlara şərait yaradılmasına çalışırdı. Ona görə də Yelizavetanın bu fəaliyyəti həm katoliklər, həm də protestantlar tərəfindən rəğbətlə qarşılanırdı.

Taxta çıxandan sonra Yelizavetaya evlənmək təklifi edənlərin sayı-hesabı yox idi. Lakin o, bu təkliflərin heç birinə müsbət cavab vermirdi. Bəzi hallarda isə onu təhdid edənləri digər rəqibinin təklifini qəbul edəcəyi ilə qorxudaraq, onu neytrallaşdırırdı. Amma təbii ki, onun da sevdiyi var idi. Bu onun yaxından tanıdığı Robert Dadli idi. Onların hər ikisi bir vaxtlar dövlət çevrilişində iştirak etmək üstündə şübhəli bilinərək Taler qəsrində zindana salınmışdılar. Amma siyasi yöndən Dadli ilə nikaha girmək Yelizaveta üçün fəlakət hesab edilə bilərdi. Çünki Dadlinin həyat yoldaşı şübhəli şəkildə ölmüşdü və belə şayiə yayılmışdı ki, o, Yelizaveta ilə nikaha girmək xətrinə həyat yoldaşını aradan götürüb. Bütün bunlar da Yelizavetanı məsələyə ciddi yanaşmağa və dövləti maraqları üstün tutaraq Dadli ilə nikaha girməkdən vaz keçməyə məcbur etdi. Yelizavetaya evlənmək təklif edənlərdən biri də Fransa taxt-tacının varisi hersoq Alencon Dükü Frensis idi.
Lakin ortada siyasi amillərin olması Yelizavetanı onun da evlənmək təklifini rədd etməyə məcbur etdi. Bütün bunlar da ölkədə narahatlıqla qarşılanırdı. Çünki Yelizaveta öləcəyi halda, taxt-tacda onu əvəz edəcək varisi yox idi. Bəzi katoliklər isə onun hər iki məzhəbə rəğbətlə yanaşmasına baxmayaraq, Yelizavetanı sevmir və belə hesab edirdilər ki, əsl varis Åžotlandiyanı idarə edən Yelizavetanın xalası qızı Meridir.

Bütün bunlardan xəbərdar olan Meri Åžotlandiyada öz oğlunun xeyrinə taxt-tacdan imtina edərək İngiltərəyə gəldi. O, katoliklərin köməyi ilə taxt-taca çıxmaq niyyətində idi. Meri, əvvəlcə, hakimiyyətdə qalması üçün Yelizavetaya öz yardımını təklif etdi. Lakin Yelizaveta Merinin bu yardımdan sui-istifadə edəcəyindən ehtiyat edərək onun təklifini rədd etdi. Belə olanda Meri açıq şəkildə Yelizavetaya düşmən qruplarla birgə ona qarşı hərəkətə keçdi. Məsələdən vaxtında xəbər tutan Yelizaveta ölkədə yenidən özbaşınalığın baş qaldırmasına imkan verməmək üçün xalası qızını həbsə atdırdı. Meri 20 il müddətində həbsdə qaldı. Amma ətrafındakıların israrlı tələblərinə baxmayaraq, kraliça Merini edam etdirmədi. Yalnız Merinin Yelizavetanı devirməyə çalışan katoliklər tərəfindən dəstəklənən babinqtonçularla əlaqəyə girməsi məlum olandan sonra kraliçanın onu edam etdirməkdən başqa çarəsi qalmadı.
Hələ 2 yaşında ikən anası edam edilmişdi. Ögey anasının dizlərinin dibində böyüdü. Amma taxta çıxan bacısı tərəfindən yalan iddialar əsasında həbs edildi. Lakin onun taxta çıxmasına və tarixi missiyasını həyata keçirməsinə mane ola bilmədilər. Kişi sərkərdələrin və hökmdarların görə bilmədikləri bir işi gördü. Orduya rəhbərlik edərək, o dövr Avropasının ən güclü dövləti olan İspaniyanı ağır məğlubiyyətə uğratdı. Çoxsaylı təkliflər alsa da ərə getmədi. O, taxta çıxanda İngiltərə kasıb bir ölkə idi. Ancaq qısa müddətdə ölkəni Avropanın ən varlı və inkişaf etmiş dövlətlərindən birinə çevirdi. Ölkəni idarə etdiyi dövr İngiltərə tarixinə qızıl əsr kimi düşdü. Bu əvəzedilməz idarəedici qadının adı Yelizaveta idi.


1533-cü il, sentyabr ayının 17-də kral VIII Henri ilə Anna Boleynin izdivacından dünyaya gələn Yelizaveta hələ uşaq ikən çətin sınaqlarla üz-üzə qalmışdı. Atası kral VIII Henri 18 yaşında ikən taxta çıxmış və özünə güclü arxa tapmaq məqsədi ilə İspaniya kralının qızı Katerina ilə evlənməyə məcbur olmuşdu. Lakin 25 yaşında ikən kral qəlbini fəth edən Annaya vuruldu və Katerinadan ayrılmaq qərarına gəldi. Onun Katerinadan ayrılmaq və yenidən evlənmək istəyinə Roma Papası icazə vermədi. Çünki katolik məzhəbində ciddi əsas olmadan belə bir boşanmaya və evlənməyə yol verilmirdi. Bundan əsəbiləşən VIII Henri katolik məzhəbinə sitayiş edən İngiltərədə məzhəb dəyişikliyi etmək üçün hərəkətə başladı. Bir il əvvəl protestantlığa qarşı amansız mübarizə apararaq onun ideya rəhbəri Martin Lüterin kitablarını yandıran və buna görə Papanın xüsusi rəğbətini qazanan VIII Henri yeni kilsə və məzhəb quraraq onu anqlokanizm adlandırdı. Bunun ardınca da o, sevdiyi Anna Boleynlə evləndi. Amma bu evlilikdən doğulan Yelizavetanı kral heç sevmədi. Belə ki, onun birinci arvadından da Mariya adlı bir qızı vardı və o, Anna ilə evlilikdən taxt-tacına varis olacaq oğlan uşağının doğulmasını gözləyirdi. Yelizavetanın doğulması ilə Anna ilə əri arasında bir soyuqluq əmələ gəldi və o, krala xəyanət etməkdə suçlandırılaraq edam edildi. O vaxt Yelizaveta iki yaşında idi. Bunun ardınca Yelizaveta və bacısı Mariya qeyri-qanuni övlad hesab edilərək taxt-taca varislik hüququndan məhrum edildilər.

Yelizaveta Osmanlının himayəsində idi


Yelizaveta şöhrətinin zirvəsində olduğu vaxtda belə, arxasını söykədiyi bir dövlət vardı. Bu dövlət Osmanlı idi. Bu gün ingilislər həmin faktın üstündən nə qədər sükutla keçməyə çalışsalar da, Yelizavetanın Osmanlının himayəsində olduğu və İspaniyaya qarşı mübarizədə ondan yardım aldığı barədə təkzib edilməsi mümkün olmayan faktlar var.
İspanlar İngiltərəni katolik ölkəsinə çevirmək istəyirdilər. Osmanlı isə katoliklərə qarşı mübarizə aparan protestantları dəstəkləyirdi. İngiltərə protestantların əsas dayaq mərkəzi olduğundan Osmanlı onlara müxtəlif yollarla dəstək verirdi. Bölgədəki dənizləri nəzarət altında saxlayan Osmanlı İspaniya donanması ilə müqayisədə o dövrdə hələ zəif olan ingilis donanmasına Aralıq dənizindəki limanlarına da sərbəst daxil olmaq və orada problem olmadan alış-veriş etmək icazəsi vermişdi. Bununla əlaqədar Yelizavetaya məlumat verilmişdi. İspanların ingilislərə qarşı mübarizədə Osmanlıdan istifadə etmək istəyinə isə o dövrdə ölkəni idarə edən Sultan II Murad rədd cavabı vermişdi. O, 1583-cü il, mart ayının 26-da Yelizavetanın xüsusi nümayəndəsi Vilyam Harborna İstanbulda İngiltərənin səfiri kimi fəaliyyət göstərməsinə icazə verdi. Yelizaveta da buna minnətdarlıq əlaməti olaraq, Sultan Muradın anası Nurbanu sultana, həyat yoldaşı Səviyə sultana, vəzirlərə, dənizlər kapitanı kimi məşhur olan Kılıc Əli Paşaya hədiyyələr göndərirdi. Sultan Murad isə Yelizavetaya yazdığı məktublarda katolikləri bütpərəstlər adlandırırdı. Sultan Yelizavetaya göndərdiyi məktublarında onların Osmanlının himayəsində olduqlarını və bundan sonra hər zaman ingilislərin yanında olacaqlarını vurğulayırdı. İngilis donanması İspaniya donanması ilə şidddətli döyüşlər apararkən, Osmanlı Aralıq dənizində İspaniya hərbi gəmilərinin bir qisminə hərəkət etməyə imkan verməyərək, Yelizavetanın kral Filipp üzərində qələbə çalmasına yardım etmişdi.

Yelizaveta ölkəsini sevən bir kraliça idi və ondan əvvəl heç kim ingilislərə münasibətdə özünü kraliça deyil, ana kimi aparmamışdı. Onun ölkənin gələcəyi ilə bağlı verdiyi hər qərar həmişə yerinə düşürdü. Təsadüfi deyil ki, məhz onun ölkəni ağıl və məntiqlə idarə etməsi nəticəsində İngiltərə İspaniyanın yedəyində getməkdən xilas olaraq, zəngin və inkişaf etmiş, eyni zamanda hərbi yöndən güclü bir dövlətə çevrildi. Necə deyərlər, onun İngiltərəni idarə etdiyi dövr ingilis tarixinə “qızıl əsr“ adı ilə düşdü. 1558-ci ildə taxta çıxdığı zaman İngiltərə məzhəb savaşları içində çırpınan, dağıdılmış və viranə qalmış zəif bir ölkə idi. Ölümündən əvvəl isə İngiltərə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilmişdi.

«Qızıl əsr»də nələr oldu?


Yelizavetanın İngiltərəni idarə etdiyi illərdə Avropa intibah dövrünü yaşayırdı və bu, ölkədə də öz əks-sədasını vermişdi. İngiltərədə ədəbiyyat, elm və incəsənət inkişaf etmiş, Vilyam Åžekspir kimi dünyaşöhrətli söz ustaları yetişmişdi. Yelizaveta iqtisadi, siyasi, hərbi, elm və incəsənət sahəsində də ölkənin inkişaf etməsinə nail olmuşdu. O, işgəncələri aradan qaldırmış, yalnız dövlətə xəyanət üstündə günahlandırılanların edam edilməsinə icazə vermişdi.
O, kəndlilərin hüquqlarının qorunması üçün bir sıra tədbirlər həyata keçirmişdi. Qadınların cəmiyyətin tamhüquqlu üzvü ola bilməsi üçün əlindən gələni edən Yelizaveta bununla da onların bəzilərinin cadugərlikdə günahlandırılmasının qarşısını ala bildi. Bu da tezliklə ingilis qadınının Avropanın ən elmli, mədəni qadınlarından birinə çevrilməsində mühüm rol oynadı.
Yelizaveta dövründə ingilislər dənizdə hakim bir millətə çevrildilər. Yelizavetanın razılığı ilə adı dəniz quldurları sırasında çəkilən Frensis Drake dünyanın ətrafını dolanmış, dənizçi Martin Frobser qütbə qədər gedib çıxmışdı. Åžimali Amerikada ilk ingilis məskənlərinin salınması da Yelizavetanın adı ilə bağlıdır. Onun elmə verdiyi əhəmiyyət dünyaşöhrətli Nyuton kimi məşhur bir fizikin yetişməsində önəmli rol oynadı.
1602-ci ilin qışının sonunda Yelizaveta ağır xəstələndi. Həkimlər zorla onu yataq həyatında fəaliyyətini davam etdirməyə məcbur etmək istəyirdilər. O, isə xəstəliyinin keçib gedəcəyinə inanaraq yatağa girmək istəmirdi. Çünki ömrü boyu ayaq üstdə ölkəsini idarə etməyə vərdiş etmişdi. Uzun sürən xəstəlikdən sonra 1603-cü il, mart ayının 24-də Yelizaveta dərin yuxuya getdi və elə yuxuda ikən də vəfat etdi. Onun ölümü İngiltərədə göz yaşları ilə qarşılandı. 1603-cü il, aprel ayının 28-də kraliça təntənəli şəkildə dəfn edildi.


Mənbə: Zaman qəzeti

0 şərh