Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Nazlı Tahirova (Nəcəfova)

XIX yüzilliyin sonlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanda maarifçiliyin formalaşmasında və inkişafında yüksək demokratik əhval-ruhiyyə duyulurdu. Naxçıvanda hamı maarifə can atırdı. 1830-cu ildən sonra yaradılan və dünyəvi elmləri öyrədən məktəblərin sayı artmaqda idi. Əslində, işğalçı dövlətlərin apardığı müharibələr ötən yüzilliklərdə maarifçiliyin nizamını pozmuş və onu “unutdurmuşdu”. Amma tarixi sənədlər o dövrdə yaşamış insanların elmi, biliyi, təhsili çox yüksək qiymətləndirdiklərindən xəbər verir. Naxçıvanlılar ulu əcdadlarının şanlı ənənələrini yaşatmaq üçün əllərindən gələni əsirgəmir, imkanlı şəxslər yaradılan məktəblərə xeyriyyəçilik edirdilər. Rusiya imperiyası digər millətlərin kamil təhsil almasını istəmirdi və bunun üçün hər cür maneələr yaradırdı. Amma dağların sinəsindən çağlayan bulaqların gözünü bağlamaq mümkün olmadığı kimi, xalqın da təhsilə, elmə vurğunluğunun qarşısını almaq mümkün deyil. Çar məmurları naxçıvanlıların təhsilə dərin maraqlarının qarşısını ala bilmirdilər.

Davamı →

Eleanor Ormerod

Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da əksər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi. 

Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi. 

Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi. O. çiçəkləri müşahidə etməyi, böcəkləri incələməyi və onlar haqqında yazmağı çox xoşlayırdı. Bununla bərabər atası qızının məşğuliyyətlərini uyğun hesab etmirdi və bunların onun üçün sadcə bir hobbi olaraq qalması mövzusunda qərarlı davranırdı. Ailəsi onun ömür boyu davam edəcək araşdırma həvəsini anlaya bilməmişdi.


Davamı →

Mata Hari kim olub?

Mata Harinin ölümündən uzun illər keçdi. Bildiyiniz kimi, bu qadın təkcə ifadəli və parlaq xarici məlumatlara deyil, həm də onu valeh edən kişilərdən dövlət sirlərini öyrənmək istedadına sahib idi. Əsrarəngiz gözəllik halosu ilə əhatə olunmuş Mata Hari hətta ölümdən sonra da milyonlarla insanın qəlbini həyəcanlandırmaqda davam edir. Bunun sübutu, Paris Anatomiya Muzeyinin digər eksponatları arasında bütün bu illər ərzində diqqətlə saxlanılan bir casusun mumiyalanmış başı ilə fövqəladə vəziyyətdir.

Dünya casusluq tarixi / Red.-comp. M. İ. Umnov. B84 — M.: Olympus; OOO «Firma» «AST nəşriyyatı», 2000. — 496 s.: ill.


Davamı →

Roza Lüksemburq haqqında

İlk haqsızlıq və inqilaba gedən yol...
Əsl adı Rozalya olan Roza Lüksemburq 1871-ci il martın 5-də Polşada mədəni cəhətdən yaxşı inkişaf etmiş yəhudi ailəsində dünyaya gəlib. Ailənin altıncı övladı olan Rozanın beş yaşı olanda sol ayağında ağrılar yaranır. Xəstəlik getdikcə xroniki hal alır. Müalicələr heç bir kömək etmir və o, bir ildən çox yataq şəraitində yaşayır. Sonralar isə o, həmişə bir ayağını çəkir.

Davamı →

Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi

Yaddaşınıza birdəfəlik həkk edin- Azərbaycandan, Türkiyədən, Britaniyadan, Belçikadan ABŞ-a ünvanlanmış məxfi informasiya ümumi, adi axarla deyil, ayrıca tam məxfi xətlə ötürülür.
İnformasiya Amerika Federal Tədqiqatlar Bürosundan (FTB), Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ), bəzən hətta Ağ Evdən də yan ötür. Məlumatların əsas alıcısı, istifadəçisi Pentaqondu. Daha dəqiq desək, Pentaqonun “Defense Intelligence Agency” adlanan Kəşfiyyat İdarəsi.

Davamı →

Mircəfər Bağırovun xəstə sevgisinin qurbanı Xədicə Qayıbova

1938-ci ilin 16 mart tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın birinci bölməsi üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi...
«Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb edilməlidir».

Davamı →

Həmidə Cavanşir

1907-ci il fevral ayının 21-də Bakıda həm aclıq, həm də ermənilərlə azərbaycanlılar arasında sülh yaratmaq məsələlərini müzakirə etmək üçün xüsusi konfrans çağırılır. Teleqram vaxtında çatmadığı üçün Həmidə xanım tədbirə bir neçə gün gecikir. O, Bakıda olarkən xəbər tutur ki, demə, ruhanilər və Qarabağ bəylərinin bir hissəsi onun konfransda iştirakına qəti etiraz ediblər. Etirazın səbəbi isə bir qadının belə bir tədbirdə iştirakının şəriət qaydalarına, adət və ənənələrə zidd olduğu olub...

Davamı →

Tarixin məşhur feministləri – Mariya Trubnikova

Deyilənə görə, Çernışevskinin “Nə etməli” romanındakı Vera Pavlovna Mariya Trubnikovanın obrazı idi.
O, sürgündə yaşayan dekabrist Vasiliy İvaşevin ailəsində, 1835-ci ildə dünyaya gəlmişdi. Fransız anası Kamilla Le-Dantü sürgünə göndərilən ərinin ardınca getmişdi. Zadəgan nəslindən olan atasının maddi problemləri yox idi, çarın əmri ilə İvaşovların var-dövləti özlərinə qaytarılmışdı. Amma Mariyanın cəmi beş yaşı olanda əvvəl anası, sonra da atası xəstəlikdən vəfat edir və dekabristin uşaqlarına icazə verilir ki, sürgündən xalasının, knyaginya Xovanskayanın yanına qayıtsınlar.

Davamı →

Frida Kahlo kimdir?

Əsil adı Magdalena Carmen Frida Kahlo Calderon olan Meksikalı rəssam 1907-ci ildə anadan olub və 1954 – cü ildə 47 yaşında vəfat etmişdir. Sadəcə sənəti ilə deyil, şəxsi həyatı və siyasi baxışları ilə də tanınan Kahlo acılarla dolu bir həyat sürmüşdür. Yaşarkən məhşur olan nadir rəssamlardan biri olan Kahlo üçün Picasso ” biz onun kimi insan üzü çəkməyi bilmirik” demişdir.  Bu məhşur qadının həyatı 2002-ci ildə Firda adı ilə böyük ekrana uyğunlaşdırıldı və ən yaxşı tərcümeyi hal filmləri siyahısının vazkeçilməzi oldu. 

Davamı →