Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Londonda Vivyen Linin əşyalarının sərgisi

Istedadlı və gözəl Vivyen Li tamaşaçıların qəlblərində əbədi olaraq 1939-cu ilin «Küləklə sovrulanlar» kult filmindəki cəsarətli və çox güclü Skarlet O'Hara kimi qalıb. Aktrisa və onun qəhrəmanı arasında hər zaman müqayisələr olunacaq. Londondakı sərgi — Vivyen və Lourens Olivye arasındakı sevgi hekayəsini, onun xəstəliyi və məşhur rolunun təfərrüatını, məşhur «küləklə sovrulan» Skarletin əslində kim olduğunu açmağa çalışacaq.

Davamı →

Nina Ricci haqqında

Mari Adelaida Nieli 1833-cü ildə İtaliyanın şimalında çəkməçi ailəsində dünyaya gəlir. Qızcığazın 5 yaşı olduqda ailə Turinadan Florensiyaya, 12 yaşı olduqda isə Monte-Karloya köçür. Bu köçmələr adi yerdəyişmə arzusundan irəli gəlmirdi. Məşhur və bacarıqlı ayaqqabı ustası Niel qızlarının gələcəyini yaxşı şəkildə təmin etmək üçün daha zəngin müştərilər axtarışında idi. Lakin 1895-ci ildə o dünyasını dəyişir və ailə himayəsiz qalır. 12 yaşlı Mari anasına kömək etmək üçün işləməyə başlayır.

Davamı →

Həmidə Cavanşir

Mənəvi sərvətlərimizdən sayılan “Xatirələrim”ini vicdan mürəkkəbinə batırıb yazmış böyük Azərbaycan kübarı
Beş il öncəki yazımda (“Şuşalı əxlaq-əqidəsi — dahi Mirzə Cəlilin böyük Həmidəsi”) vurğuladığım bir qənaəti davam edirəm; tale eyni yüzilliyin eyni onilliyində doğulmuş bu iki nəhəngi birləşdirməsəydi, bəlkə, nə sadə kənd müəllimi Cəlil bu çaplı Milli Mirzə olardı, nə də — topdağıtmaz mülk sahibi olsa belə, daha bir dahimizin məşhur mental-“nominasiya” xalatında (“ev işi, paltar tikişi”) qalası Həmidə Cavanşir bu qəbil ad-san sahibi, ədəb-irfan xanımı.

Onların birincisi (hər mənada) Naxçıvanın Nehrəmindən, ikincisi Qarabağın Kəhrizlisindən öz şəxsi işləri (bəlkə tale “göndəriş”i?!) ilə mütləq eyni ünvana -Tiflisə getməli, orada birləşməli və bu millətin maarif-mədəniyyəti naminə əlləşib-vuruşmalıydılar. Əks təqdirdə, birincinin “Molla Nəsrəddin” nam-nişanlı milli-mədəni-mənəvi “lokomotiv”inin yanacağı qurtarıb yolda qala, ikincinin mal-mülkü “çiçi-biçi”lərə xərclənə-xərclənə heçə-puça çıxa, millətin böyük aydın onluqları, fəal yüzlükləri, ayıq minlikləri, ilk sayının üz qabığındakı karikaturaya istinadən desək, yatmış müsəlman dünyası içərisində tək bircəsinin “gərnəşərək” (və dizini digərinin kürəyinə qoyaraq!) oyanan statistik milyonları bugünkü kondisiyaya çatmaya bilərdi…


Davamı →

Nigar Şıxlinskaya

 Milli maarifçilik və mədəni dirçəliş tariximizdə parlaq imza — Nigar xanım Şıxlinskaya

XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının işğalı altında olmasına baxmayaraq, bir qrup maarrifpərvər və vətənsevər ziyalımız elm və mədəniyyətin inkişafı üçün çalışırdı. "Üsuli-cədid tərəfdarları" və ya qısaca «cədidçilər» adlanan bu ziyalılar yenilik tərəfdarı olmaları ilə seçilirdilər və onların ardıcıl fəaliyyəti güclü bir hərəkata çevrilmişdi. 


Davamı →

Dilşad Elbrus Talıbxan

1920-1991-ci illəri əhatə edən Sovet hakimiyyəti. Bu hakimiyyətin Azərbaycana vurduğu maddi və mənəvi zərbələr, xalqımız öz milli tarixindən, mədəniyyətindən, çox əsrlik tarixindən, dinindən uzaqlaşdırıldı. Ən böyük bəla isə bir xalq kimi azad şəkildə düşünmənin qadağan olunması oldu. Bu 72 illik əsarət nəticəsində dövrünün qabaqcıl ziyalıları, elm və din xadimləri ya vətənlərindən didərgin salındı, ya da Vətən xaini, Xalq düşməni adı ilə damğalanaraq, sürgün olundu, öldürüldü. Doğma Azərbaycandan didərgin düşənlərin arasında gələcəkdə Egey Universitetinin professoru olacaq Dilşad xanım Elbrus Talıbxan və ailəsi də vardı.

Davamı →

Sofiya Tolstoy

Oxuduğumuz qadın adlarının demək olar ki, böyük əksəriyyəti hansısa kişinin biyoqrafiyasından bizə məlumdur. Tarix qadınlara haqsızlıq etdi, yoxsa tarixi yazanlar? Bu suala cavab vermək çox çətindir. Çünki tarix bu günün görmədiyi zaman kəsimidir. Kimsə görmədiyi zamanı dilimi haqqında dəqiq və doğru mühakimə yürütmək iqtidarında deyil. Mən də bu suala düzgün cavab verə bilməsəm də, bir şeyi dəqiq deyə bilərəm. Tarix boyu onlara verilən şəraitdə, onlara qarşı yönəldilən streoptilərlə az da olsa qadın adının bu gününə çatması möcizə deyə biləcəyimiz bir şeydir.

Davamı →

Pəri Topçubaşova

Deyirlər, sağlam cəmiyyət qurmağın başlıca şərti ilk növbədə qızlara təhsil verməkdən, qadınları savadlı yetişdirməkdən başlayır.

Əgər qadın savadlı, dünyagörüşlü olarsa, onun ailəsində böyüyən övladları da savadlı olacaq. Azərbaycanın çoxəsrlik tarixində cəmiyyətin inkişafı, maarifpərvər ideyaların təbliği istiqamətində mühüm rol oynamış bir çox qadınlarımız olub. Onlar cəmiyyətin müxtəlif sahələrində kişilərlə çiyin-çiyinə çalışıb, həyatını xalqın inkişafına həsr ediblər.


Davamı →

Barat Şəkinskaya

Bir zamanlar istedadlı, bacarıqlı insanların səhnəmizdə xüsusi yeri, hörməti vardı. O zamanlar həm kino sahəsində, həm də teatr səhnələrində çox bacarıqlı və dəyərli aktyorlarımız, aktrisalarımız vardı. Bu gün onların çəkildikləri hər filmə, tamaşaya baxdıqca onlarla ancaq qürur hissi duyuruq. Nə yaxşı ki, belə bir incəsənət xadimləri məhz Azərbaycan səhnəsində yer alıblar.

Davamı →

Sevil Qazıyeva

Atası Həmzət kişi müharibədən qayıdanda Sevilin 5 yaşı olub: 
Sevil Qazıyevanın gündəliyindən «Anam məni qonşuların ümidinə qoyub işə gedərmiş. Atam döyüşlərdə ayağının birini itirmişdi. Onunla oynamağı xoşlayırdım. Həmişə deyirdim ki, hamının iki ayağı olduğu halda, niyə səndə təkdi? Sonralar, ağlım kəsəndə bu sualın xəcalətini çəkmişəm».
Bu, müharibə acısıydı. Sevilgil də onu dadmışdı. Amma işıqlı gələcəyə həmişə inanmışdı. İnanmışdı ki, yolumuz kommunizmədi. Bu yol da zəhmətdən başlayır, ağır, gərgin zəhmətdən. Elə ona görə də Tursunoyu tez eşitdi. Yolu da Binədəki məktəbdən keçirdi, təhsil müddəti bir il çəkdi, bu bir ilin bir ayını istehsalat təcrübəsi keçməliydi. Maşınla pambıq yığımı ən çox Mil düzündə tətbiq olunduğundan qızların doqquzunu — içərilərində Sevil də olmaqla keçmiş Jdanov (Beyləqan) rayonunun 5 saylı sovxozuna göndərdilər. Bu sovxozun adı iki ildən sonra Moskvada açılan Azərbaycan kənd təsərrüfatı sərgisində qızıl hərflərlə yazılacaq (Bu sovxoz xeyli vaxt Sevil Qazıyevanın adını daşıyıb — M.N.)

Davamı →

Həmidə Cavanşir Məmmədquluzadə

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlmişdir.
Qeyd edək ki, Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xan Cavanşirin oğlu Mehrəli bəyin nəticəsi olan Əhməd bəy Peterburqda hərbi məktəbi bitirib, 6 il rus ordusunda xidmət etdikdən sonra, Kəhrizli kəndinə qayıtmış, burada 50 il quruculuq işləri, xeyriyyəçiliklə məşğul olmuşdur. Aqrar sektorda o dövr üçün çox qabaqcıl texnoloji vasitələri tətbiq edən, kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir 7 «Qarabağnamə»dən ən məşhurunu — «Qarabağ xanlığının siyasi vəziyyətinə dair» əsəri yazmışdır.

Davamı →