Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyinə-qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.
Döş anginası və yaxud stenokardiya tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir.Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata davam etməsidir.( yarımsaatdan sonra miokard infarktına keçir) . Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur çox vaxt fiziki və psixi gərginikdən sonra başlanır.Ağrı adətən orta şiddətli az hallarda isə güclü olur.Xəstə hərəkətsiz, rəngi avazımış sifətində qorxu və əziyyət hissi olur.Xəstəliyin əvvəlində tutmalar az-az, sonra isə hər gün olur.Belə hallarda xəstəyə fiziki və psixi rahatlıq yaratmaq lazımdır.
Yardım:Tutma zamanı dərhal damargenəldici dərmanlar təyin edilir.damcı və ya tablet şəklində nitroqliserin ağızın selikli qişasından sorulur.2-3 damcı qəndin üzərinə damızdırıb dilin üstünə və ya altına qoyulur.Nitroqliserin əvəzsiz dərman olsada qısa müddətli təsir göstərir.Uzun müddətli təsir edənlərdən sustak, nitronq, nitromak və.s təyin etmək olar.Bunlardan başqa trinitrolonq, izosorbit, kardiket,izomak və.b təyin olunur.Ağrıkəsicilərdən analgin, baralgin, dimedrol və s. məsləhətdir.Xəstəxanada ciddi müalicə olunur.Validol verilir, eufillin 40%-li qlükoza ilə venaya vurulur.Ağır hallarda dərialtına 0,5 ml 0,1%-li atropin məhlulu ilə birlikdə 1 ml morfin və ya promedol məhlulu yeridilir.İsti əl və ayaq vannalarindan, xardal yaxmalarından istifadə edilir.Ağır stenokardiya tutmasından sonra xəstə bir neçə gün yataq rejiminə olmalı sonra bir müddət dincəlməlidir.Duzu və kalorisi az olan qida qəbul etməli yaxşı istirahətə diqqət yetirməlidir. Bu mətn internet aləmində ilk dəfə olaraq kayzen.az saytında yayınlanmışdır   Müəllif:Əhmədova Zeynəb   istiadə olunmuş ədəbiyyat-«Tibbi Biliklərin əsasları»
 

0 şərh