Ürək və qan damarları

Ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur.
Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır. Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir.
Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360q arasında dəyişir.
İnsan ürəyi döş qəfəsinin sol nahiyyəsində assimmetrik vəziyyətdə yerləşir. Ürək perikard adlanan kisə ilə örtülmüşdür. Ürək xaricdən epikard, ortadan əzələvi qat olan miokard, daxildən isə endokarddan təşkil olunub. Miokard ürəyin əsas kütləsidir. O, xüsusi qrup eninəzolaqlı əzələ toxumasıdır. Skelet əzələlərindən bir neçə əlamətlərinə görə fərqlənir. Onun hesabına da ürək hər hansı 1 qıcığa bütövlükdə cavab verir. Ürək qeyri-iradi fəaliyyət göstərdiyi halda skelet əzələləri iradi olaraq yığılıb açılır. Ürək daxildə döş qəfəsi boşluğunda yerləşdiyi halda, skelet əzələləri nisbətən xaricdə sümüklər üzərində yerləşir.
Paralel yerləşən əzələ liflərini 1-1-ilə birləşdirən tipik liflər olur ki, onlar da ürəyin avtomatizmini təşkil edirlər. Həmin  liflərin tərkibində ehtiyat qida maddəsi qlikogen daha çoxdur və Purginye lifləri adlanır.
Ürək ritmik olaraq yığılıb-açılması üçün lazım olan qıcığı aşağı və yuxarı boş venalara birləşərək sağ qulaqcığa daxil olduğu nahiyədə yerləşən sino-atrial düyündən alır. Keyks Flak  düyünü ürək avtomatizminin funksional sisteminin başlanğıcıdır. Oyanma impulsu bu düyündən 800-1500 mm/san sürətlə 2 qulaqcıq arasındakı atriventikulyar sinus adlanan və ürək avtomatizminin 2-ci hissəsini təşkil edən sahəyə ötürülür. ürək, ürəyin quruluşuLakin burada oyanma dalğasının sürəti çox zəif-200 mm/san olur. Bu sürətə malik oyanma  impulsları ürək avtomatizmi funksional sistemin 3-cü hissəsinə şatdırılır. 3-cü hissə sağ və sol mədəciklər arasındakı arakəsmədə yerləşir və Hissa dəstəciyi adlanır. Bu  dəstəcikdə oyanma  dalğalarının nəql olunma sürətə artaraq 4000 mm/san çatır. Hissa dəstəciyinin lifləri 2 ayaqcıq şəklində sağ və sol mədəciyin əzələ liflərində yayılırlar. Oyanma dalğaları ürəyin qulaqcığından mədəciyinə məhz Hissa dəstəciyi tərəfindən ötürülür. Ürək boyunca yayılan oyanma  impulsu mərkəzi sinir sistemi tərəfindən aparılır. Ürək fəaliyyətində 2 cür efferent sinir təsir göstərir ki, bunlara simpatik və azan sinir lifləri aiddir. Simpatik  sinirlər ürəyin fəaliyyətinə qüvvətləndirici və yaxud gücləndirici, azan sinir isə tormuzlandırıcı təsir göstərir.
Ürəyin tsiklini ürək əzələsinin ritmik olaraq yığılıb-açılması təşkil edir. Sağlam insanda 1 dəqiqə ərzində ürək tsikli 65-75 dəfə olur. Hər ürək tsikli 3 fazadan ibarətdir:
1.Qulaqcıq və mədəciklərin yığılması-sistola fazası
2.Qulaqcıq və mədəciklərin ardıcıl boşalması-diastola fazası
3.Eyni vaxtda qulaqcıq və mədəciyin ümumi boşalması-pauza
Bir ürək tsikli 0,8 saniyəyə bərabər olur. Bu vaxtın təxminən 0,1 saniyəsi qulaqcığın sistolasına, 0,3 saniyə mədəciklərin sistolasına, 0,4 saniyəsi isə ümumi diastolaya, yəni pauzaya sərf olunur.

Qan damarları

Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və 1 çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir.
Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır. Kapilyarların arteriyalara yaxın hissəsi arteriola adlanır. Oradakı incə deşiklərdən qandakı qida və oksigen hüceyrəarası mayeyə ötürülür. Maddələr mübadiləsi nəticəsində hüceyrədə əmələ gəlmiş çöküntü məhsulları və karbon qazı hüceyrəarası mayedən kapilyarların venulla adlanan hissəsinə yığılır, orda isə postkapilyar venalara, kiçik və böyük mənfəzli venalara, aşağı və yuxarı boş venalara və nəhayət ürəyin sağ qulaqcığına tökülür.
Qeyd etməliyik ki, qanın damar sistemi quruluşca müəyyən qədər oxşar olsa da, fərqli cəhətləri də çoxdur.  Oxşar cəhətləri odur ki, həm arteriya, həm də  venaların hamısı eyni saylı qatlardan ibarətdir. Xaricdən sıx birləşdirici toxuma qatı, onun altında saya əzələ qatı, daha sonra isə elastiki liflər qatı və daxili hüceyrə qatı var. Kapilyarlar isə tək qatlı yastı  hüceyrələr qatından ibarətdir. Arteriya, vena və kapilyarlar qeyri-iradi olaraq fəaliyyət göstərir.

Ürək və qan-damar sistemi


Fərqləndirici cəhətləri isə bunlardır: yuxarıda göstərilən qatlar arteriya damarlarında venalara nisbətən daha qalındır, vena damarlarında qanın geri axmaması üçün klapanlar-cibciklər var, aorta və arteriyalarda qanın hərəkət sürəti 0,5 m/s, venaların ürəyə yaxın yerlərində 0,2 m/san-dir. Eləcə də qan təzyiqi arteriyalarda yüksək olur. Arteriya damarları daha dərindən keçir, venalar isə əksər hallarda bədənin səthi ilə gedir ki, bunun böyük fizioloji əhəmiyyəti var.
Venaların bədənin səthində olması qanın ürəyə doğru hərəkətinə əks təsir göstərən qüvvələrin azalmasını təmin edir. Arteriyanın dərindən keçməsi orqan və toxumaların yaxşı qidalanmasına şərait yaradır. Aorta və arteriyalar qanı ürəkdən periferik orqan və toxumalara aparır, venalar isə orqan və toxumalardan ürəyə aparır. Lakin bu qanunauyğunluq kiçik qan dövranında pozulur.

3 şərh

aran
Qizım tibb unversitetniə hazırlaşan zamanı repetitor müəllim yanında mübahisə düşdü ki,  ağ ciyərdən gələn oksigenlə zəngin venoz qan neçə dəlikdən sol mədəciyə daxil olur. İnternetə müraciət etdik orada ağ ciyərdən gələn damarların qrup şəklində birləşərək 4 boyük damar vasitəsi ilə daxil olduğu müəyyən oldu. Sizin şəkildə onlar 5 damar şəklində görünür.
aran
Sizin şəkildə 1 və 2 ağ ciyərdən gələn vena damarları birləşərək bir mənfəzdən daxil olur.
SHATENKA407
movzu ucun tesekkurler