Qan dövranı

1. Böyük qan dövranı- Bu qan dövranı ürəyin sol mədəciyindən aorta damarı ilə başlayır. Sol əyriliyindən ayrılan yuxu və körpücükaltı arteriyaları ilə baş beyni, boynu və kürək nahiyəsini qanla əhatə edir. Elə həmin nahiyədən ürəyin özünü qidalandıran tac arteriyası çıxır. Sonra isə aşağı enərək kiçik və böyük arteriyalara şaxələnməklə qarın boşluğu və kiçik çanaqdakı daxili orqanları, gövdədəki toxuma və üzvləri, eləcə də aşağı ətrafları əhatə edərək qida maddələrini, suyu, hormonları, oksigen və s. çatdırır. Toxuma və üzvlərdə maddələr və qazlar mübadiləsi getdikdən sonra qan kapilyarlardan vena damarlarına keçərək aşağı və yuxarı boş venalarla ürəyin sağ qulaqcığına daxil olur. Beləliklə, qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığına qədər keçdiyi yola böyük qan dövranı deyilir.  Karbon qazı ilə zəngin olan bu qan ürəyin sağ qulaqcığından sağ mədəciyinə tökülür ki, ordan da kiçik qan dövranı başlayır.  Qan haqqında oxuyun.
2. Kiçik qan dövranı- Bu qan dövranı ürəyin sağ mədəciyindən ağciyər arteriyaları ilə başlayır. Ağciyər arteriyalarının belə adlanmasına baxmayaraq, özləri ilə ağciyərlərə çirkli qan, yəni karbon qazı ilə zəngin qan aparılır. Ağciyər alveollarının kapilyarlarında qaz mübadiləsi gedir. Osmos-diffuziya qanunu kapilyarlarna uyğun olaraq  alveollardakı oksigen (21% olur) kapilyarlara (orda oksigen 16-17%) dakı karbon qazı alveol boşluğuna keçir. Qaz mübadiləsi başa çatdıqdan sonra oksigenlə zəngin olan ağciyər venaları(4 ədəd olur) ilə geri qayıdaraq ürəyin sol qulaqcığına tökülür. Beləliklə, qanın sağ mədəciyindən çıxıb, ağciyər arteriyalarını, kapilyarlarını və venalarını dolanaraq ürəyin sol qulaqcığına qədər keçdiyi yola kiçik qan dövranı deyilir.
kiçik qan dövranı, ürək-qan-damar sistemi,ürəyin quruluşuQanın damarlarda hərəkəti müxtəlifdir. Qanın damarlarda hərəkəti Pauzeylin təklif etdiyi hidrodinamika qanununa uyğundur. Bu qanuna görə borulardakı mayenin hərəkəti oradakı mövcud təzyiqlə və mayenin hərəkətinə qarşı olan əsk müqavimət qüvvəsi ilə müəyyənləşir. Bunlardan birincisinin artıb-azalması mayenin hərəkətinə analoji təsir edir, hidravlik müqavimət isə mayenin hərəkət sürətini azaldır ki, bu da aşağıdakı düsturla göstərilir:
Q=P2-P1/Pr
Burada Q-mayenin həcmi, P1-borunun başındakı, P2- borunun sorunda yaranan təzyiq, Pr- hidravlik müqavimətdir.
Damar mənfəzindən asılı olaraq təzyiq də dəyişir. Misal üçün deyək ki, orqanizmdəki kapilyarların ümumi mənfəzi aortanın mənfəzindən 800 dəfə çoxdur. Aortadakı qan təzyiqi 120-130 mm-ə bərabər olduğu halda qan dövranının qurtaracağında, yəni  kapilyar və venalarda bu təzyiq 2-3 mm-ə bərabərdir. Aorta və venalar arasında yaranan bu təzyiqlər fərqi qanın damarlarda hərəkətini təmin etmiş olur. Ayrı-ayrı damarlarda qanın hərəkət sürəti isə belədir: aortada 500-600 mm/san, arteriyalarda 150-200 mm/san, orta diametrli  venalarda 60-140 mm/san, böyük  diametrli  venalarda 200 mm/san. Qanın həm böyük, həm də kiçik  dövranında damarlarda hərəkəti 27 saniyəyə başa çatır. Bunun 22 saniyəsi  böyük qan dövranına, 5 saniyəsi  kiçik qan dövranının payına düşür. Ürəyin yığılıb-boşalması zamanı arteriyalarda qan təzyiqi eyni olmur. Məsələn, yaşlılarda maksimal arterial qan təzyiqi civə sütunu ilə 110-120mm, minimal qan təzyiqi 70-80mm olur.
Qan təzyiqi bütün damarlarda eyni deyil. Kiçik mənfəzli arteriyalarda təzyiq 80-85mm ə, arteriyalarda 30-35mm-ə, kapilyarlarda isə 10-15mm-ə bərabər olur.
Hər dəfə ürəyin sol mədəciyində yığılan qan müəyyən təzyiqlə aortaya vurulur. bu zaman sorta və arteriyaların divarları ritmik rəqsi hərəkət edir ki, buna da nəbz deyilir. Hər nəbz ürəyin mədəciyinin bir yığılmasına uyğundur və ona arteriya damarlarının bədən səthinə çıxan yerlərində (biləyin içəri tərəfində, gicgahlarda, boyun yanlarında və s.) müşahidə etmək olar. Qeyd etməliyik ki, qanın damarlarda hərəkət surəti nəbz dalğalarının hərəkət surətinə uyğun gəlmir.
Əgər aortada qanın hərəkət surəti 0,3-0,5m/saniyəyə bərabərdirsə, nəbz dalğalarının surəti iri aortada 6-9,5m/saniyəyə çatır.

Ürək-damar sistemi fəaliyyətinin tənzim olunması-İlk dəfə olaraq Veber qardaşları 1845-ci ildə tədqiqatlarla müəyyənləşdirdilər ki, uzunsov beyində yerləşən azan sinir düyününün qıcıqlandırılması ürəyin fəaliyyətinə müxtəlif cür təsir edir.
Azan sinir cütdür, bu sinirin sağ lifləri ürəyin sinoatriol düyününə, sol lifləri isə atrioventikulyar düyününə gəlib çatır. Sonralar müəyyənləşdirildi ki, ürəyin fəaliyyətinə azan sinirlə yanaşı, onurğa beynindən çıxan simpatik sinirlər də təsir göstərir. Azan siniri ürəyin fəaliyyətinə tormozlayıcı, simpatik sinir impulsları isə qüvvətləndirici təsir göstərir. Qan damarlarının mənfəzinin dəyişməsi  simpatik sinir impulsları hesabına olur. Lakin ürəyin işi, eləcə də qan damarları mənfəzinin dəyişməsi orqan və toxumalarda oksigen və qida maddələrinə olan tələbatından asılı olaraq dəyişə bilir. Mühit dəyişmələrinə qarşı ürək-damar sisteminin qazandığı belə uyğunlaşma əlaməti bir-biri ilə qarşılıqlı surətdə fəaliyyət göstərən sinir və humoral yolla tənzim olunur. Ürək və qan damarlarının fəaliyyətinə təsir edən sinir impulsları mərkəzdən qaçan sinirlərlə üzvlərə gəlir. Hissi sinirlərin ucları hər hansı bir amilin təsirindən qıcıqlanarsa, onda reflektoru yolla ürəyin fəaliyyəti dəyişir. İsti, soyuq, iynə və qıcıqlandırıcılar mərkəzəqaçan sinirlərin reseptorlarına təsir göstərmək mərkəzi sinir sisteminə ötürülür, oradan isə azan və simpatik sinirlərlə ürəyə və damarlara çatdırılır. Ürəyin fəaliyyətini tənzim edən neyron yığımları təkcə uzunsov və onurğa beynində deyil, həm də baş beyin yarımkürələrinin qabığında, hipatalomusda və beyincikdə rast gəlinir.
Ağrı hissələri ürəyin döyüntülərini artırır. Xəstələnmələr zamanı uşağa iynə vurularsa, ağxalatlı həkim gördükdə belə uşaqda şərti reflektoru yolla ürək döyünməsi artacaq. Belə hallarda idmançılarda startdan əvvəl və tələbələrdə imtahandan qabaq təsadüf olunur.
Azan sinirlər mərkəzi simpatik sinirlərdən fərqli olaraq daimi oyanıqlıq vəziyyətində olur. Oyanıqlıq vəziyyəti böyrəküstü vəzin ifraz etdiyi adrenalin hormonunun və qanın tərkibindıki kalsium ionlarının təsiri ilə saxlanılır. Ürək və damarların fəaliyyətinə sinirlərlə yanaşı daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr-hormonlar və digər duzlar da təsir göstərir. Hormonlar tənzimdə xüsusi yeri böyrəküstü vəzin ifraz etdiyi adrenalin tutur. adrenalin ürək fəaliyyətini artırır, qan damarlarını daraldır. Parasimpatik sinirlərin uclarında sintez olunan asetilxolin qan damarlarının keçiriciliyini artırır, ürək fəaliyyətini isə zəiflədir. Qanda kalium ionlarının miqdarının artması ürəyə tormozlayıcı, kalsium ionları miqdarının artması isə ürək fəaliyyətinin artmasına təsir göstərir.

Ürək-damar sistemi və qan dövranının yaş xüsusiyyətləri – İnsan rüşeyminin 3-4 həftəliyində ürək 2 endotelial boru şəklində əmələ gəlir, sonra isə bu borular birləşərək 2 kameralı ürəyə çevrilir. İnkişafın 6-cı həftəsində qulaqcıq arakəsmə ilə sağ və sol kameralara ayrılır ki, 2 aylıqda da mədəcik 2 hissəyə bölünür. Ürəkdə gedən bu proseslər damarların defferensiyasına səbəb olur, yəni artıq bu dövrdə açciyər arteriyasını birləşdirən bir damar olur ki, buna da botal axırı deyilir. Bu axırın embrial inkişaf dövründə mühüm fizioloji əhəmiyyəti var. Körpə doğulduqdan sonra kiçik qan dövranın funksional fəallığı ilə əlaqədar olaraq botal axırı tədricən öz əhəmiyyətini itirir və nəhayət bir yaşa çatanadək tamamilə tutulur. Anabətn dövründə ürəyin sağ qulaqcığı ilə sol qulaqcığı arasında oval dəlik olur ki, bu da qanın sağ qulaqcığından sol qulaqcığına keçməsinə şərait yaradır. Həmin dövrdə ürəyin mədəcikləri nisbətən zəif inkişaf edir. Uşaq doğulduqdan sonra qulaqcıqlar arasındakı dəlik fizioloji əhəmiyyətini itirir və 5-7 aylığında tamamilə bağlanır.
Embrional inkişaf dövründə ürək kütləsinin artması da maraq dogurur. Rüşeymin ümumi kütləsi 1q olduqda ürəyin kütləsi 10mq olur, uşaq anadan olduqda isə ürəyin kütləsi 20mq-a bərabər olur, uzunluğu 3,3sm-ə, eni 3,2sm-ə yaxın olur.
Ürəyin ayrı-ayrı kameralarının postnatal inkişafı müxtəlifdir. Anadan olandan sonra birinci il qulaqcıqların böyüməsi mədəciklərin böyüməsindən üstün olur, sonra isə onlar eyni səviyyədə böyüyürlər, 10 yaşdan sonra isə mədəciklərin böyüməsi qulaqcıqların böyüməsindən daha intensiv gedir. Ürəyin kütləsi yaşla əlaqədar olaraq dəyişir. Bu göstərici uşaqlarda (0,63-0,80%), yaşlılarda (0,48-52%) nicbətən çox olur.
Təzə doğulmuş oğlan uşaqlarında ürəyin kütləsi qızlara nisbətən çox olur, 12-13 yaşında, əksinə olur. 16 yaşından başlayaraq oğlanlarda ürəyin kütləsinin artımı müşahidə olunur. Rüşeym dövründə qanın və qan damarlarının inkişafı lakinar və plasentar mərhələləri keçirir. Embrionun ilkin inkişafında qan xüsusi lekunlar şəklində əmələ gəlir. İnkişafın 2-ci aylığından isə döldə plasentar qan dövranı başlayır və anadan olana qədər bu dövran dəyişmir.
Plasentardan dölə göbək venası, döldən plasentaya isə cüt göbək arteriyası gəlir. bu damarlardan birləşərək göbək çiyəsini əmələ gətirir, o isə göbək nahiyəsindən başlayır və plasentaya qədər uzanır. Hamiləliyin axırında göbək çiyəsinin uzunluğu 50-60sm-ə çatır.
Dölün qanının oksigenlə zənginləşməsi, karbon qazından azad olması plasentada baş verir. Ancaq dölün toxumaları qanla təmin olunur.

Plasentadan arterial qan göbək venası ilə dölün orqanizmə daxil olur. göbək venası qaraciyərə yaxınlaşanda 2 şaxəyə ayrılır. Bunlardan 1-i vena axarı şəklində aşağı baş venaya, digəri isə qapı venasına açılır. Burda arterial qan venoz qanla qarışır və qaraciyər venası vasitəsilə aşağı-boş venaya tökülür. Beləliklə aşağı boş venada ilk dəfə olaraq venoz qan arterial qanla qarışır. Aşağı boş vena vasitəsilə qarışıq qan dölün ürəyinin sağ qulaqcığına həm də yuxarı baş vena ilə venoz qan gəlir və qan 2-ci dəfə qeyri-bərabər qarışır. Nisbətən arterial qan sağ qulaqcıqdan sol qulaqcığa oval dəliklə daxil olur, sonra mədəciyə tökülür, ordan isə ortaya vurulur.
Sağ qulaqcıqdakı çirkli venoz qan ürəyin qığılması nəticəsində sağ mədəciyə, ordan isə ağciyər arteriyalarına qovulur. Qeyd etməliyik ki, ağciyərə qanın çoz cüzi hissəsi gedir və 4 ədəd ağciyər venası vasitəsilə ürəyin sol qulaqcığına qayıdır. Ağciyərlər embrional inkişaf dövründə fəaliyyət göstərmir. Dölün ağciyər arteriyası enli arterial axarla (botal axarı) aorta ilə birləşmişdir. Sağ mədəcikdən vurulan qanın əsas kütləsi həmin axarla böyük qan dövranına vurulur ki, orda da qan 3-cü dəfə qarışır. Qarışıq qan böyük qan dövranı ilə orqan və toxumalara çatdırılaraq qida maddələrini və oksigeni verir, karbon qazı və maddələr mübadiləsinin artıq məhsulları ilə zəngin qan isə göbək arteriyası ilə plasentaya qayıdır. göründüyü kimi hər 2 mədəcik qanı böyük qan dövranına vurur. Arterial qan ancaq göbək venası və vena axarı ilə axır. dölün bütün arteriyalarında isə qarışıq qan axır.
Uşaq dünyaya gəldiyi andan başlayaraq plasentar qan dövranı dayanır, göbək çiyəsinin kəsilməsi ana ilə dölarasındakı əlaqəni pozur. İlk ciyər açılır, qan ağciyər açılır, qan ağciyər arteriyası ilə ora vurulur. Həmçinin bax: ürək və qan damarları haqqında

 

1 şərh

Dr_Həkim
Video çox maraqlıdır. Həm maraqlıdı həm də ingilis dilini bir az öyrəndim.Super yazıdır