Limfa və limfa dövranı

Hüceyrələr arasındakı ensiz boşluqlar öz aralarında birləşərək limfa kapilyarlarını əmələ gətirir. Qan damarlarında oduğu kimi limfa kapilyarları da birləşib limfa sistemini əmələ gətirir. Limfa kapilyarlarının qan kapilyarlarından fərqi ondadır ki, limfa kapilyarlarının ucu küt qurtarır. Limfa damarlarının divarının quruluşu vena damarlarının divarının quruluşuna oxşardır. Limfa xüsusi axarlar vasitəsilə döş boşluğunda vena damarlarına açılır. İnsanda 2 limfa axarı var. Döş limfa axarı və sağ limfa axarı.limfa sistemi
Döş limfa axarı aşağı ətraflardan başlayır. Aşağı ətrafların sağ və sol nahiyyələrindən limfa mayesi toplanır və limfa damarlarının genişlənmiş hissəsinə açılır. Oradan isə aorta boyunca yuxarı qalxaraq diafraqmanı keçib sola əyilir və sol vena əyrisinə açılır.
Sağ limfa axarı isə sağ vena küncünə açılır. Bura döş boşluğunun sağ payındakı orqanlardan, sağ ön ətrafdan, baş və boyunun sağ nahiyyəsindən limfa axarları açılır. Bəzi hallarda limfa axarı körpücükaltı venaya açılır. İnsan limfasının tərkibində 94-95,8% su, 4% albumin, qlobuli və fibriogen zərdabı zülal 0,7-0,8% mineral duz var.
Limfa qan plazmasına çox oxşayır, ona görə belə güman edilir ki, o qandan əmələ gəlib.  Lakin limfanın əmələ gəlməsi haqqında vahid bir fikir yoxdur.
Filtrasiya nəzəriyyəsi. Bu fikrin tərəfdarları güman edirlər ki, limfanın əmələ gəlməsində əsas yeri qan və limfa arasındakı təzyiq fərqi tutur. Həqiqətən də qan və limfa lazım olan osmotik təzyiq fərqi olur. Bu nəzəriyyəni təsdiqləyən bəzi faktlar var. Belə ki, kapilyarlarda təzyiqin artması limfa əmələ gəlməsinə səbəb olur və əksinə də olur.
Sekresiya nəzəriyyəsi-bu fikri təsdiqləyənlər belə güman edirlər ki, limfa kapilyarını təşkil edən hüceyrələrin aktiv sekretor fəaliyyəti nəticəsində əmələ gəlir. Bu nəzəriyyənin müəllifləri göstərirlər ki, limfanın əmələ gəlməsi mədə şirəsinin əmələ gəlməsinə oxşardır.
Limfanın limfa axarı vasitəsilə hərəkəti maraq doğurur və bütün heyvanlarda eyni deyil. Sürünənlərdə limfa axarının müəyyən nahiyəsi yığılıb-açılır və mayesinin hərəkətinə səbəb olur. Həmin nahiyə “limfa ürəyi” adlanır, onun divarında əzələlərin fəaliyyəti nəticəsində limfa limfa damarlarına qovulur.
Məməlilərdə, o cümlədən insanda limfa ürəyi yoxdur. İnsan orqanizmində limfanın hərəkəti bir neçə amillərlə tənzim olunur.
Bədənimizdəki əzələlər yığılıb-açılır, limfa damarlarını sıxır və limfanın ürəyə doğru hərəkətini təmin edir. Bu prosesdə limfa damarlarının quruluşu da mühüm qol oynayır. Limfa damarlarında xüsusi qapaqlar var ki, bu da limfanın ürəyə doğru hərəkətinə şərait yaradır, əksinə hərəkət etməsinin qarşısını alır.
2-ci döş qəfəsinin soruculuq qabiliyyəti limfanın hərəkətini təmin edir.
3-cü limfa damarlarının divsrındakı əzələlər yığılıb açılır və onun hesabına limfa mayesi hərəkət edir.
Limfa mayesi çox zəif, bir dəqiqədə 270-300mm sürətlə hərəkət edir.
Limfa damarları bədənin bəzi yerlərində xüsusi yığım əmələ gətirir ki, ona da limfa düyünləri deyilir. Limfa düyünlərinə qoltuq altında, dirsəkdə, boşluğunda, çanaq qurşağında rast gəlinir. Onların müdafiə sistemində böyük rol var. həmin düyünlərdə limfositlər əmələ gəlir. Əmələ gələn limfositlər limfaya düşür, sonra isə qana keçir və orqanizmə düşmüş bakteriyalara qarşı mübarizə aparır. Bununla yanaşı limfa düyünlərində bakteriyalar tutulub, zərərsizləşdirilir və bu zaman düyünlərin özlərində də müəyyən dəyişmələr gedir. –şişir, ağrayır, bəzən isə çirk əmələ gəlir. İnsan bədənində 460 limfa düyünü var ki, onların diametri təxminən 2mm-dən 30mm arasında dəyişir. Əsnək nahiyyəsinin selikli qişasından limfa toxumasının toplanması nəticəsində badamcıqlar əmələ gəlir.

Məqalədən istifadə edərkən yazıya hiperkeçid qoymaq məcburidir.

2 şərh

DEMOS
insan orqanizmi olduqca çətin bölmədir buna görə də hələ uzun illər tələb olunur
x-life
bir sozle tesekkurler. cox maraqli idi