Ateroskleroz

Ateroskleroz qandamarlarının xronikixəstəliyidir. Bu xəstəliyin əsas xüsusiyyəti: “pis” xolesterinin daxili divarlarında yığılması və divarların daha qalınlaşması və elastikliyini itirməsi. Damarlar yağ və kirəçləşmədən qalınlaşır, elastikliyin itirir ,sıxılır və bunun nəticəsi olaraq orqanlarda qan çatışmamazlığı yaradır və nəticədə damar tutulur.Qanın laxtalanması müşayiət olunduqda, tromboza meyillilik yaranır və orqanlarda işemik zədələnmə yaranır. Ateroskleroz ölümlə nəticələnənən təhlükəli xəstəliklərdən birisayılır.
Ateroskleroz əksərhallarda ürəyin, beynin, ayaqların, qandövranında problem yarananda üzəçıxır, yani son mərhələdə ateroskleroz diaqnozuqoyulur. Ateroskleroz
Ateroskleroz ürək-damar xəstəliklərinin inkişafının əsas səbəblərindən biridir: ürəyin işemik xəstəliyin və miyokard infarktının. Aterosklerozun yaranmasının səbəbləri: 40 yaşdan yuxarı yaş həddi, hipertoniya xəstəliyi, siqaretçəkmə ,şəkərlidiabet, artıqçəki,qanda “pis” yağların yüksək göstəricisi, irsi meyllilik, yağ xolesterinlə zəngin qidaların istifadəsi.
Xolesterin orqanızmdə daim əmələ gəlir və hüceyrə membranların qurulmasında cinsi, steroid hormonların, vitamin “D” sintezində istifadə olunur. Bütün xolesterolun 50-80% -i qaraciyərdə, qalan hissəsi isə heyvan mənşəli məhsullarla hazır vəziyyətdə orqanızmə daxil olur.Xolesteronun suda həll olmadığı üçün onun orqan və toxumalararasından əqli suda həllolunan zülalar-lipoproteinlərlə birləşməsi ilə çatdırılır. Aşağı sıxlı lipoproteinlər xolesterini toxumalara daşıyır, digəri yuxarı sıxlı lipoproteinlər isə artıq olan xolesterini hüceyrələrdən çıxarır. Buna görə “pis” və “yaxşı” xolesterin anlayışı ortaya çıxır. “Pis” xolesterinin artıqlığı və “yaxşı” xolesterinin azlığı ateroskleroz yaradır. Heçbir insan aterosklerozun başlanqıcını hiss etmir, çünkü bu proses tədricən, cavan yaşlarından başlayır. Nəticədə, müasir tibb köməyi ilə ateroskleroz erkən mərhələdə təyine dilr və sonrakım üalicəsi öz effektini göstərir. Buna görə tez-tez xolesterol və lipoproteinlərin qanda təyinini aparmaq lazımdır.
Aterosklerozun qarşısını almaq üçün ilk növbədə, siqaretdən imtina etmək, çəkini tənzimləmək, yeməkdə müəyyənməhdudiyyətlər yaratmaq və fiziki fəaliyyəti artırmaq lazımdır.

Müəllif: Dr. Şəhla Abbasova Terapevt
Mənbə: cih.az

0 şərh