Hipertoniyanı müalicə etmək üçün

Hipertoniya elə xəstəliklərdəndir ki, onu təkcə dava-dərmanla müalicə etmək mümkün olmur. Bu mərəzdən can qurtarmaq istəyənlər bəzən bütün həyat tərzlərini dəyişməli olurlar. Ancaq ilkin mərhələdə təkcə qidalanmada və yaşayış normalarında kiçik korrektələr etməklə də təzyiqi normal vəziyyərə gətirmək mümkündür. Sözügedən həyat tərzindəki dəyişikliklər isə çox sadə və hamı üçün mümkün bir sistem üzərində qurulub.

1. Həftədə 3-5 dəfə iti addımlarla 30-40 dəqiqə piyada gəzinti. Gəzintini üzgüçülük və ya velosiped sürməilə də əvəz etmək olar. Ancaq hər bir halda özünüzü usandırmayın və məşğələləri yorulana qədər etməyin.

2. Alkaqollu içkilərdən tamamilə imtina etmək. Bu mümkün deyilsə (əslində hər şey insan iradəsindən asılıdır) içkini minimuma endirmək - tünd alkoqollu içkilər 50 qr., çaxır, likor 120 qr., pivə 0,5 litr -  lazımdır. Qadınlar isə göstərilən normada 2 dəfə az içməlidirlər.

3. Kaliumla zəngin qidalar qəbul etmək. Hipertoniklər gündəlik qida rasionlarını eləseçməlidirlər ki, 5-6 qr. kalium qəbul edə bilsinlər. Çünki, bu maddə sidik ifrazını artırmaqla ürək əzələlərini möhkəmlədir. Məsələn lobya, dəniz kələmi, gavalı, kişmiş, noxud və kartofun 100 qramında 0,5 qr. kalium var. Mal əti, treska, skumbriya, kalmar, yaşıl noxud, göy soğan, üzüm, şəftəli və əriyin hər 100 qramında isə 0,4 qr. kalium olur.

4. Artıq çəkidən azad olun. Siz atdığıni hər 5 kq. artıq çəkiyə görə yuxarı təzyiqi 5-7 mm, aşağı təzyiqi isə 2,5-4 mm civə sütunu endirmiş olursunuz.

5. Gündəlik qida rasionunuza 400-500 təzə meyvə-tərəvəz daxil edin. Bitki lifləri orqanizmdəki artıq xolesterini “qovmaqla” aterosklerozun qarşısını alır.

6. Maqniumla zəngin qidalar yeyin. Maqnium damarları genişləndirmə və sidikqovucu xüsusiyyətinə malikdir. Bu maddə çovdar və buğda çörəyində, yulafda, qarabaşaqda, yerkökündə və çuğundurda kifayət qədərdir.

0 şərh