İnsult

İnsult keçirmiş insanları xəstəxanaya yerləşdirərkən ilk 24 saat ərzində, müalicə etdikdə daha tez effekt almaq mümkündür. Bunun üçün Amerika və Rusiya kardioloqları xəstənin özünün təyin edə biləcəyi bir neçə sadə insultönü əlamətləri nəzərə (xüsusən bədənin bir tərəfinin), qəfləti çaşqınlıq, nitqdə pozğunluq, qəfləti görmə pozğunluğu, başgicəllənmə və ya koordinasiyanın itməsi, yerişin çətinləşməsi, səbəbsiz güclü baş ağrıları. 

Duz insulta təsir edirmi?

Harvard universitetinin həkimləri artıq 15 ildir ki, insultun əmələ gəlməsi və ürəyin qəflətən dayanmasının səbəblərini araşdırmaqda davam edirlər. Hazırda problemi hərtərəfli təhlil edən alimlər bu qənaətə gəlmişlər ki, məhz xörək duzunun həddindən artıq işlədilməsi belə faciəvi nəticələrə gətirib çıxarır. Doğrudur, bəzi məqamlar hələ də müəmmalı olaraq qalır: xörək duzu (natrium xlorid) qan təzyiqini necə yüksəldir. Buna ən sadə cavab belədir: duzun miqdarı həddindən artıq olduqda böyrəklər onu bütünlüklə sidiyə ötürə  bilmir. Bu zaman duzun bir hissəsi qan damarlarına düşür. Nəticədə qanın tərkibində suyun miqdarı artır, bu da onun həcmini və təzyiqini yüksəldir.

Qeyd etmək yerinə düşərdi: yaşlı adam gün ərzində 6 qramdan çox duz qəbul etməməlidir.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

 

0 şərh