Qanda "-" və "+" rezuslar
1940-cı ildə isə insan qanında rezus amilin kəşf edilməsi həmin xəstəliyin səbəbini aydınlaşdırdı.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Varikoz xəstəliyi (varikoz) – venaların genişlənməsi, qıvrılması, qapaq aparatının dağılması ilə xarakterizə olunan patologiyadır. Xəstəliyin ilkin təzahürlərinə damar ulduzcuqları və düyünlərin yaranması, dərialtı venaların şişməsi, venaların ağrılı olması, ayaqlarda ağırlıq hissi aiddir. Varikozun proqressivləşməsi zamanı venoz qan dövranının xroniki çatışmazlığının əlamətləri: pəncə və baldırın ödemi, baldır əzələlərində qıcolmalar, trofik xoralar, tromboflebit, varikoz dəyişilmiş venaların partlaması müşahidə olunur. Flebologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən 18 yaşdan yuxarı qadınların 30-40%-i, kişilərin isə 10-20%-i varikozdan əziyyət çəkir.Diaqnozun qoyulması çətinlik törətmir. Hemodinamik pozğunluqların ağırlığını qiymətləndirmək üçün dupleks angioskanlama, aşağı ətrafların venalarının USDQ aparılır. Bundan əlavə rentgenoloji və radionuklid müayinələrdən istifadə etmək olar.
Ürək miksoması – qulaqcıq – və ya mədəcikdaxili böyümə ilə xarakterizə olunan birincili şişdir. Böyüklərdə ürəyin xoşxassəli şişləri arasında 50%, uşaqlarda isə 15% hallarda rast gəlinir. Miksomaların 75%-i sol, 20%-i isə sağ qulaqcıqda yerləşir; az hallarda şiş mədəcikləri və ya qapaq aparatını zədələyir. Miksoma daha çox 40-60 yaşlı şəxslərdə, xüsusən qadınlarda müşahidə olunur.